Məhkəmə qərarları › İş №3(060)-2032/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2032/2024

26.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2032/2024 26.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlu, X1 barəsində olan 1436988/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsinə dair şikayətin baxılmağa hazırlanması məsələsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İM: X3 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, AR İN Əmlak Məsələləri Dövlət Xidməti Şamaxı Ərazi Şöbəsinin 1436988/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 132.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı hakim tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi (132.1.1), inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu (132.1.2), vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır (132.1.3). Məhkəmə verilən şikayətə baxılmağa hazırlıq zamanı müəyyən etmişdir ki, şikayət tərtib edilən zaman yalnışlığa yol verilmişdir. İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. İş materiallarından görünür ki, Hacı Hacıyev mübahisələndirilən qərarı iş materialına əlavə etməmişdir. Odur ki, Hacı Hacıyevin şikayəti icraata qəbul edilə bilməz, eyni zamanda sonuncuya izah edilməlidir ki, şikayətlə birlikdə şikayət verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatətlə və yol verilmiş pozuntular aradan qaldırılmaqla məhkəməyə müraciət edə bilər. Odur ki, qanunun qeyd olunan tələbini və yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, göstərilən pozuntuların aradan qaldırılması məqsədilə Hacı Hacıyevin şikayət ərizəsi geri qaytarılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq, QƏRARAALDİM: X3 tərəfindən verilmiş AR İN Əmlak Məsələləri Dövlət Xidməti Şamaxı Ərazi Şöbəsinin 1436988/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsinə dair şikayət ərizəsi, ona əlavə olunmuş sənədlərlə birlikdə X2 geri qaytarılsın. X2 şikayətlə birlikdə şikayət verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatətlə və yol verilmiş pozuntular aradan qaldırılmaqla məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar