Məhkəmə qərarları › İş №3(060)-2035/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2035/2023

11.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2035/2023 11.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Sumqayıt şəhər DYPŞ Yol Patrul inspektoru, polis serjantı X2, Qərardan şıkayət vermiş şəxs X1 iştirakı ilə, Sumqayıt şəhər DYPŞ Yol Patrul inspektoru, polis serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə verilmiş şikayətə baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : Qərardan şikayət vermiş şəxs X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə Sumqayıt şəhər DYPŞ Yol Patrul inspektoru, polis serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərardan şikayət verərək, inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Protokolu tərtib edən Sumqayıt şəhər DYPŞ Yol Patrul inspektoru, polis serjantı X4 məhkəmə iclasında bildirdi ki, xx.xx.2023-cü il tarixdə xidmətdə olarkən MERCEDES BENZ E220 CDİ MİNİK markalı, ** DS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Sumqayıt şəhəri, Lermontov küçəsində əks istiqamətə çıxaraq 1.1 nişanının tələbini pozmuşdur. Həmin avtomaşın onun tərəfindən saxlanılmış, özünü təqdim etmiş və sürücüyə qayda pozuntusu izah edilmişdir. Sonra sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə protokol tərtib olunmuş və həmin protokol əsasında TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qərardan şıkayət vermiş şəxs X1 şikayətinin təmin olunmamasını və xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Qərardan şikayət vermiş şəxs X3 məhkəmə iclasında bildirdi ki, Sumqayıt şəhər DYPŞ Yol Patrul inspektoru, polis serjantı X4 tərəfindən xx.xx.2023-cü il tarilxi, TP ******* saylı elektron qərar qəbul etmişdir. Həmin qərarda qeyd olunmuşdur ki, MERCEDES BENZ E220 CDİ MİNİK markalı, ** DS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X3 xx.xx.2023-cü il tarixində, saat 15:02 radələrində Sumqayıt şəhəri, Lermontov küçəsi ərazisində 1.1, 1.3 və 1.1 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliуyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməklə qaydanı pozmuş və o Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətmiş və barəsində 150 (bir yüz əlli) manat məbləğində cərmə tənbeh növü tətbiq edilmişdir. Hazırda həmin qərarı o, rəsmi qaydada xx.xx.2023-cü il tarixində almış, barəsində tərtib olunmuş qərar ilə razı olmadığına görə həmin qərardan şikayət vermək qərarına gəlmişdir. Həmin vaxt o piyada keçidinindən keçən piyadaya yol verməmişdir. Buna baxmayaraq Sumqayıt şəhər DYPŞ Yol Patrul inspektoru, polis serjantı X4 törətdiyi inzibati xətanı düzgün qiymətləndirməyərək barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə 150 (bir yüz əlli) manat məbləğində cərmə tənbeh növü tətbiq etmişdir. Həmin ərazidə kamera mövcuddur. Kameraya baxış keçirilərsə onun haqqlı olduğu sübuta yetirilə bilər. Hesab edir ki, Sumqayıt şəhər DYPŞ Yol Patrul inspektoru, polis serjantı X4 barəsində əsasız və qanunsuz inzibati tənbeh tətbiri görmüşdür. Barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və başlanılmış inzibati icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt şəhər DYPŞ Yol Patrul inspektoru X5 da X2 göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan diskə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, qərardan şikayət vermiş şəxs X1 idarə etdiyi MERCEDES BENZ E220 CDİ MİNİK markalı, ** DS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa hissəsi yolun əks istiqamətinə tərəf piyada keçidi zolağının üzərində dayanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərardan müəyyən olunur ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə yüz əlli manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında materiallar X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə Sumqayıt şəhər DYPŞ Yol Patrul inspektoru, polis serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsi üçün məhkəmə tərəfindən heç bir hüquqi əsas müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə Sumqayıt şəhər DYPŞ Yol Patrul inspektoru, polis serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərardan X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. 02 (iki) ədəd disk inzibati xəta haqqında iş üzrə materialda saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar