Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2036/2022 05.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Məmmədov Elçin Qüdrət oğlu icraatımda olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Quba regional ərazi şöbəsinin X1 barəsindəki MN № ******* saylı, 11 avqust 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X1 tərəfindən verilmiş şikayət ərizəsinə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Quba regional ərazi şöbəsinin (bundan sonra mətndə Quba regional ərazi şöbəsinin) MN № ******* saylı, 11 avqust 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1.500,00 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Quba regional ərazi şöbəsinin MN № ******* saylı, 11 avqust 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X1 şikayət ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair xx.xx.2020-ci il tarixli Qərarına əsasən, Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Quba regional ərazi şöbəsinin MN № ******* saylı, 11 avqust 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X1 tərəfindən inzibati xətanın ünvan 1 ünvanında törədildiyi müəyyən edildiyindən və X1 tərəfindən onun şikayət ərizəsinə yaşayış yeri üzrə baxılması barədə məhkəməyə vəsatət daxil olmadığından inzibati xəta haqqında şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə aidiyyatı üzrə baxılması üçün İXM-nin 132.2ci maddəsinə əsasən Siyəzən Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 110.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Quba regional ərazi şöbəsinin MN № ******* saylı, 11 avqust 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X1 tərəfindən verilmiş şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə aidiyyəti üzrə baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilsin. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-2036/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2036/2022
05.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver