Məhkəmə qərarları › İş №3(060)-2037/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2037/2023

22.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2037/2023 22.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X2, Tələbkar Zərərçəkmiş şəxs, Onun müdafiəçisi və etibarnamə üzrə nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən Vəkil2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi “ŞİMAL” Vəkil Bürosunun vəkili Vəkil1 işrirakı ilə, xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X3 tərəfindən xx.xx.2023cü il tarixli, MN ******* nömrəli protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-598/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsində göstərilən əmlaklar olmadıqda 7442 manat Şəxs Zərərçəkmiş şəxs verməlidir. Borclu Şəxs üzərində olan borcdan tələbkarın xeyrinə 1000 manat ödəniş etmiş və üzürlü səbəb olmadan icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X3 məhkəmə iclasında bildirdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-598/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsində göstərilən əmlaklar olmadıqda 7442 manat Şəxs tutularaq Zərərçəkmiş şəxs verməlidir. İcra vərəqi xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuşdur. xx.xx.2023-cü il tarixdə borclu Sumqayıt şəhəri üzrə İcra İdarəsinə dəvət olunmuş, icraata başlama haqqında qərarla və bildirişlə tanış olunmuş, qətnamə ilə müəyyən olunmuş məbləği könüllü ödəməsi üçün 10 gün vaxt verilmişdir. Borclu 12006.2023-cü il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə dəvət olunaraq izahatı alınmışdır. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü tarixədək qətnamə üzrə müəyyən olunmuş məbləğdən 1000 manat ödəniş etmişdir. İyul ayında borclunun barəsində məlumatlar araşdırılarkən onun Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Socarın X1 işlədiyi müəyyən olunmuş və tələb onu əmək haqqına yönəldilmişdir. Borcluya bildiriş göndərilmiş, o, qeydiyyatda olduğu ünvanda yaşasa da, çağırışlara gəlməmiş, barəsində axtarış elan edilərək qərar icra edilməsi üçün Sumqayıt ŞPİ-nə göndərilmiş, Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt şəhəri üzrə İcra İdarəsinə təhvil verilmiş və onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq Sumqayıt Şəhər Məhkəməsinə müraciət edilmişdir. Protokolu müdafiə etdiyini və borclu Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-598/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsində göstərilən əmlaklar olmadıqda 7442 manat ondan tutularaq Zərərçəkmiş şəxs verməlidir. Qətnamədə göstərilən qızıllar lombarda qoyularaq pul götürülmüş, faizi ödəyə bilmədiklərinə görə qızıllar satılmışdır. Tələbkar əmlakları evdən götürüb aparmış, qətnamədə yazılmış əşyalar isə sınan və ya xarab olan əmlaklardır. Tələbkar da həmin əmlakların pulunu tələb edir. Bu günədək borc məbləğindən tələbkara 1000 manat ödəniş etmişdir. Təzə işə düzəldiyini, 550 manat əmək haqqı aldığını və hər ay 275 manat aliment ödədiyini bildirdi. Tələb əmək haqqına yönəldilmişdir. Hal-hazırda ödəniş etməyə imkanının olmamasını və borcu gələcəkdə hissə-hissə ödəyəcəyini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-598/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsində göstərilən əmlaklar olmadıqda 7442 manat Şəxs tutularaq ona verməlidir. Birgə nikakdan bir qız övladları olduğunu, onun talesemiya xəstəliyi və sudrqası olduğunu və müalicəsi üçün pul lazım olduğu üçün qətnamə ilə müəyyən olunmuş əmlakları deyil, onun əvəzində pulun ödənilməsini bildirdi. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra məmuruna müraciət etmiş, o da borcluyla danışdığını və onun məbləği tam ödəyəcəyini demişdir. Lakin buna baxmayaraq borlu qətnamə üzrə müəyyən olunmuş məbləğdən cəmi 1000 manat ödəniş etmişdir. Borcun ödənilməsini tələb edir. Borclu Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Tələbkar Zərərçəkmiş şəxs müdafiəçisi və etibarnamə üzrə nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən Vəkil2 da tələbkar Zərərçəkmiş şəxs ilə eyni məzmunlu izahat vermişdir. İş materiallarına əlavə olunmuş qəbzlərin surətindən görünür ki, borclu Şəxs qətnamə üzrə müəyyən olunmuş məbləğdən 1000 manatını tələbkar Zərərçəkmiş şəxs hesabına ödəmişdir. Məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, tələbkarın izahatını və vəkilin çıxışını dinləyib belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır. İnzibati xəta haqqında işə baxılarkən məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X3 tərəfindən xx.xx.2023cü il tarixli, MN ******* nömrəli protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-598/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsində göstərilən əmlaklar olmadıqda 7442 manat Şəxs Zərərçəkmiş şəxs verməlidir. Borclu Şəxs üzərində olan borcdan tələbkarın xeyrinə 1000 manat ödəniş etmiş və qalan məbləğin ödənilməsi üçün tələb borclunun əmək haqqına yönəldilmişdir. Bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiyası həddində inzibati cərimə cəzası tətbiq edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat pul dövlət büdcəsindən tutularaq “ŞİMAL” Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs “ŞİMAL” Vəkil Bürosunun vəkili Vəkil1nın göstərdiyi 05 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq “ŞİMAL” Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar