Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2039/2020 19.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun, Aslanova İradə Allahverdi qızının katibliyi, Barəsində inzibati qərar çıxarılan şəxs X1 iştirakı ilə, Bakı şəhəri Baş Polis İdarəsi Dövlət X8 inspektoru polis mayoru Himmət Paşazadənin xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarından barəsində inzibati qərar çıxarılan şəxs X1 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Materialdan görünür ki, X3 xx.xx.2020-ci il tarixdə saat 11:52-də 8 saylı müvəqqəti dayanacaq məntəqəsi ərazisində Vaz 21065 minik markalı 50BU952 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlıq quraşdıraraq nəqliyyat vasitəsini idarə etmişdir, ona görə də, Bakı şəhəri Baş Polis İdarəsi Dövlət X8 İnspektoru Polis mayoru Himmət Paşazadə tərəfindən xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarla X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə 150 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində olan həmin qərarın ləğv edilməsini, əməlində inzibati xəta tərkibi olmadığı üçün iş üzrə icraata xitam verilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, x xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Səməd Vurğun küçəsində ona məxsus Vaz 2106 markalı avtomobil ilə hərəkət edərkən saat 11:30 radələrində YPX onu saxlamış və Bakı şəhər DYPİ Müşayiət-Eskort bölüyü YPX inspektoru polis baş serjantı X2 tərəfindən barəsində İXP ******* saylı protokol tərtib olunmuşdur. Prtokolda onun "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 1 saylı əlavəsində göstərilən tələblərini pozması qeyd olunaraq İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə törətmiş olduğu xətaya görə məsuliyyət qeyd edilmişdir. O, bu protokolun tərtib olunmasına etirazını və avtomobilin ilk öncə xüsusi sınaq poliqonuna aparılmalı olduğunu bildirsə də, inspektor razılaşmamış və avtomobili 8 saylı müvəqqəti dayanacaq məntəqəsinə aparmışdır. Protokola etirazını bildirmiş olduğu üçün şikayətinə xx xxxxxxxx 2020-ci ildə BPİ-nin DYP İdarəsində baxılsa da, qanuni həll yolunu tapmamışdır. Təkrar olaraq xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhər BPİ DYP İdarəsinə elektron şikayət məktubu ünvanlamışdır. Bu dəfə BPİ-nin DYP İdarəsinə şikayət məktubuna cavab olaraq, əsaslandırmasına heş bir qanuni istinad göstərmədən, öz versiyalarını sübuta yetirmədən barəsində xx xxxxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1 saylı əlavəsinin tələbini pozmaqla İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi üzrə 150 manat məbləğində cərimə edilməsilə bağlı qərar çıxarılmışdır. Onun etirazı haqqında çıxarılan qərarın hüquqi əsaslarının olmaması, həmçinin hadisənin x xxxxxxxx 2020-ci il tarixdə baş verməsinə baxmayaraq şikayət əsasında araşdırmanın nəticəsi ilə bağlı göndərilən cavabda hadisənin xx xxxxxxxx 2020-ci ildə baş verdiyi göstərilir. Araşdırmanın cavabı xx xxxxxxxx 2020-ci ildə ona göndərilməsinə baxmayaraq, araşdırma tamamlanmamış xx xxxxxxxx 2020-ci il tarixdə qərar qəbul edilmişdir. Protokolda qeyd olunan:" İnzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitə" bölümü tamamilə boş olaraq qalır. Bu da araşdırmanın nə dərəcədə şəffaf aparıldığına sübutdur. Avtomobil nəzərdə tutulmuş normativi, yəni "M1 kateqoriyalı minik avtomobilləri və N1 kateqoriyalı yük-sərnişin və sərnişin avtomobilləri üçün nəzərdə tutulmuş -96-db səs səviyyəsini pozmur. . Məhkəmə iclasında iştirak edən barəsində inzibati qərar çıxarılan şəxs X3 şikayətində göstərilənləri təsdiq edərək bildirdi ki, qərar düzgün verilməmiş, maşında əlavə cihaz quraşdırılmasının qanuni olub-olmamasıaraşdırılmadan ona protokol tərtib edilmiş, onun tələb etdiyi hallar yoxlanmamış və nəzərə alınmamışdır. Ona görə də, şikayətin təmin edilməsini və qərarın ləğv edilməsini, əməlində inzibati xəta tərkibi olmadığı üçün iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş inzibati xəta haqqında qərar qəbul etmiş şəxs gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib, hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Bakı şəhəri Baş Polis İdarəsi Dövlət X8 inspektoru polis mayoru Himmət Paşazadə xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər Baş polis İdarəsi Dövlət X7 göndərilməlidir. Belə ki, məhkəmə tərəfindən X1 şikayəti üzrə inzibati xəta haqqında qərarın qanuniliyi yoxlanılarkən müəyyən edilmişdir ki, Bakı şəhəri Baş Polis İdarəsi Dövlət X8 inspektoru polis mayoru Himmət Paşazadə tərəfindən qərar qəbul edilərkən Azərbaycan Respublikası İXM-nin tələblərinə tam əməl edilməmiş, iş üzrə əhəmiyyət kəsb edən hallar ətraflı araşdırılmamışdır, X1 nəqliyyat vasitəsini idarə edərkən hansı normativ tələbi pozaraq hansı avadanlıqlar quraşdırması barədə məlumatlar qərarda öz əksini tapmamışdır. X1 nəqliyyat vasitəsinə qanunsuz avadanlıq quraşdırması, həmin avadanlığın standartlara uyğun olmamasının hansı sübutla təsdiq edilməsi qərarda göstərilməmiş, sənədlərdən də müəyyən etmək mümkün deyildir. Hal-hazırda həmin halların, həmçinin X3 tərəfindən qeyd edilən digər məsələlərin məhkəmə tərəfindən araşdırılması və aradan qaldırılması, iş üzrə yeni qərar qəbul edilməsi mümkün deyildir. Yuxarıda qeyd edilən bütün hallar və qeyd edilən normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, Bakı şəhəri Baş Polis İdarəsi Dövlət X8 inspektoru polis mayoru Himmət Paşazadənin xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarı mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmaması və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının tam, obyektiv və hərtərəfli araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasına görə ləğv edilməli və Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş barəsində inzibati qərar çıxarılan şəxs X1 iştirakı ilə yenidən baxılması üçün Bakı şəhəri Baş Polis İdarəsi Dövlət X7 göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Bakı şəhəri Baş Polis İdarəsi Dövlət X8 İnspektoru Polis mayoru Himmət Paşazadənin xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Baş Polis İdarəsi Dövlət X5ytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 134.1.4, 135-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X3 barəsində Bakı şəhəri Baş Polis İdarəsi Dövlət X8 İnspektoru Polis mayoru Himmət Paşazadənin xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən barəsində inzibati qərar çıxarılan şəxs X1 iştirakı ilə Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməklə baxılması üçün Bakı şəhəri Baş Polis İdarəsi Dövlət X7 göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-2039/2020
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2039/2020
19.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver