Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2039/2022 17.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, xx.xx.1979-cu ildə tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokol və əlavə olunmuş materiallara Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə (bundan sonra mətndə İXM-nin) 05 avqust 2022-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində X3 məxsus icarəyə götürdüyü zirzəmiyə qəsdən su buraxaraq 4.000,00 manat ziyan vurmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 05 avqust 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətinə baxır. İnzibati xəta haqqında işə baxılması 17 avqust 2022-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsi tərəfindən 05 avqust 2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində X3 məxsus icarəyə götürdüyü zirzəmiyə qəsdən su buraxaraq 4.000,00 manat ziyan vurmuş və nəticədə Şəxs İXM-nin 232-1-ci maddəsinə əsasən inzibati xəta törətməsi faktı aşkarlanmışdır. İş materialında olan Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsinin təhqiqatçısı, polis baş leytenantı X5 HK-1/570 №li yoxlama materialı üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli cinayət işinin rədd olunması barədə qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin Şəxs barəsində İXM-nin 232-1-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi məqsədilə Sumqayıt şəhər Polis İdarəsinin 1-ci pıos bölməsinə göndərilmişdir. Qeyd olunan yoxlama materialı üzrə aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, Şəxs məxsus ünvanda su krantının qırılması zamanı X2 istiafdəsində olan anbara axan su nəticəsində sonuncuya ümumilikdə 4.000,00 manat məbləğində maddi ziyan dəyməsi faktında özgənin əmlakının zədələmə və yaxud məhv etmə kimi qiymətləndirilməməsi səbəbindən Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 186-cı maddəsinin tərkib əlamətləri istisna olunur, belə ki, qüvvədə olan mövcud qanunvericiliyə əsasən AR CM-nin 186-cı maddəsinin tərkib əlamətləri üzrə məsuliyyət tövsüfedici əlamətlərinə görə əmlakı qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdar təşkil etməmiş, yəni şərti maliyyə vahidinin min mislindən az məbləğ təşkil edir. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə ərzində Şəxs məxsus evindən axan su zamanı X3 maddi ziyan vurulması faktında aparılmış yoxlamanın nəticəsi üzrə cinayət işinin başlanılması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin tərkib əlamətləri olduğu müəyyən edildiyindən inzibati qaydada məsuliyyətə cəlb olunması qeyd edilmişdir. İş materiallarında olan 10 mart 2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən X9 ilə icarəçi X4 Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 6, yarım zirzəmi, ümumi sahəsi 86,2 m2 ibarə olan qeyri yaşayış sahəsinin 86,2 m2 sahəsini 10 (on) il müddətində icarəyə vermişdir. İş materiallarında olan siyahıdan görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə “Elmar” marketin anbarına axıdılmış su nəticəsində istifadəyə yararsız hala düşmüş qida və qeyri-qida məhsullarına 3.552,97 manat və əlavə olaraq anbarın ümumi sahəsinin 86,2 m2 hissəsinə 500,00 manat məbləğində ziyan dəyməsi qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli X2 izahatından görünür ki, xx.xx.2022 il tarixdə Hacı adlı şəxsə məxsus Sumqayıt şəhəri 12-ci mkr ərazisində yerləşən bina-6-nın zirzəmisində olan 86 kv olan anbarı icarəyə götürülmüşdür. O, anbarı götürməmişdən qabaqda anbarın sahibi ilə üst mərtəbədə yaşayan Şəxs adlı şəxs 1 ilə yaxındır ki aralarında mülki mübahisləri varmış. O, xx.xx.2022-ci il tarixdə saat 23 radələrində anbarı bağlayıb evə getmiş, xx.xx.2022 ci il saat 09 radələrində işə gəlib anbarı açanda görmüşdür ki, anbarın içərisi təmiz sudur və üst mərtəbədə yaşayan Şəxs onun anbarına su axıtmış, nəticədə divarlar, tavan hissəsi və içərisində olan qida məhsulları və digər avadanlıqlar yararsız vəziyyətə düşmüş, nəticədə ona içərisindəki mallar və divar tavanla birlikdə ümumilikdə 4000 manat dəyərində maddi ziayn dəymişdir. İş materiallarında olan Şəxs izahatından görünür ki, xx.xx.2022 ci il tarixdə təxminən saat 05 radələrində yuxudan durub sanuzel otağına getmək istəyəndə suyun rezin torbadan qırılıb çıxdığını və oranı təmiz su basdığını görmüş, o, dərhal suyu bağlamış və otağı təmizlədikdən sonra səhər işə getdiyi üçün gedib yatmışdır. Səhəri gün işə gedəndə evinin altında zirzəmidə yerləşən Elmar marketin anbarına gəlib bildirmək istəyib ki, əgər ora su axıbsa gecə belə bir hadisə olub, su torbadan qırılıb, həmin vaxt binanın MİS-nin işçisidə gəlib ona dedi ki, anbarı su basıb orada yerdə salfetkalar islanıb və divarlarla tavanın islandığını ona bildirmişdir. O da özü canlı şəkildə anbarın divarının islandığını görmüş, sonra çıxıb işə getmişdir. O, bildirmək istəyir ki, suyun qırılması nəticəsində baş verən bu hadisədə onun xəbəri olmadan baş verdiyi üçün heç bir günahı yoxdur, o bilərəkdən heç nə etməmişdir. İş materiallarında olan DVD diskdə olan video görüntüdən və foto şəkillərdən görünür ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 6, yarım zirzəmi, ümumi sahəsi 86,2 m2 ibarə olan qeyri yaşayış sahəsinin 86,2 m2 sahəsini su basması nəticəsində icindəki qida və qeyri-qida məhsullarına və anbarın divarlar, tavan hissəsi yararsız vəziyyətə düşmüşdür. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi, iş materialına əlavə edilmiş DVD video görüntü ilə, inzibati xəta haqqında protokol və cinayət işinin başlanmasının rədd olunması barədə qərarla öz təsdiqini tapır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs izm 232-1-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 232-1-ci maddəsinə əsasən Özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məsuliyyətini yüngülləşdirən və ağırlaşdırılan hallar müəyyən olunmadı. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Odur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36.2-ci maddəsinə uyğun olaraq zərər şəkmiş şəxsə izah olunmalıdır ki, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları vardır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və 5.000,00 (beş min) manat məbləğində cərimə olunsun. Zərər şəkmiş şəxs X3 izah olunur ki, vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-2039/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2039/2022
17.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver