Məhkəmə qərarları › İş №3(060)-2040/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2040/2023

24.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2040/2023 24.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin İ Tağım Yol patrul xidməti inspektoru, polis baş serjantı X5 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarın ləğv edilməsi barədə şikayətinə baxaraq müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinə X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin İ Tağım Yol patrul xidməti inspektoru, polis baş serjantı X5 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarın ləğv edilməsi barədə şikayəti daxil olmuşdur. İş materiallarındakı məlumatlara əsasən protokolun tərtib edilməsinə səbəb “FORD- TRANSİT YÜK” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X1 rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar ərazisində hərəkətdə olarkən xüsusi səs, qırmızı və ya göy sayrışan işıq siqnalı verən, keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsi nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərardan görünür ki, inzibati xəta Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar ərazisi törədilmişdir. Məhkəmə iş materiallarını araşdırıb müəyyən etdi ki, daxil olmuş material baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.7-ci maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı onun səlahiyyətinə aid deyildirsə, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkməsinin Plenumunun 04 noyabr 2020ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Beləliklə, səlahiyyətli orqanın qərarından məhkəməyə verilən şikayətin ehtimal olunan inzibati xətanın Abşeron rayonu ərazisində baş verdiyini və barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxsin qərardan şikayətə yaşayış yeri üzrə baxılması barədə vəsatətinin olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 110, 112, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin İ Tağım Yol patrul xidməti inspektoru, polis baş serjantı X5 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarın ləğv edilməsi barədə şikayətinə dair 3(060)-2040/2023 saylı iş aidiyyatı üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilsin. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar