Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2041/2023 24.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1978-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Tuğzavod ərazisi, fərdi ev ünvanda yaşayan Şəxs barəsində Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsindən daxil olmuş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə axşam saatlarında Sumqayıt şəhəri, Tuğzavod qəsəbəsi ərazisində hadisə yerinə gedən polis əməkdaşlarına tabesizlik göstərərək polis işçisinin qanuni tələbini tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol vermişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə axşam saatlarında evə gəlmiş və evdə 14 yaşlı oğlu Heybətlə aralarında mübahisə yaranmışdır. Mübahisəyə səbəb o səhər işə gedən zaman oğlu Heybətə həyətdə olan xoruzu yemləməsini və dama salmamasını demiş, lakin axşam evə gəldikdə Heybətin xoruzu dama saldığını, xoruzun istidən öldüyünü görmüş və buna görə də, oğlu Heybəti döymüşdür. Bir qədər sonra polis əməkdaşları yaşadığı ünvana gəlmişlər və onu Polis Bölməsinə dəvət etmişlər. Həmin vaxt polis əməkdaşı onun kürəyindən tutmuş və maşına tərəf aparmaq istəmiş, lakin o, polis əməkdaşının boynundan əli ilə tutmuş və əlini kürəyindən çəkməsini demişdir. Sonra polis maşınına əyləşib Polis Bölməsinə getmişdir. Həmçinin o, həmin vaxt ünvansız nalayiq ifadələr işlətməmişdir. Himayəsində 02 (iki) azyaşlı uşağının olmasını nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 5-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı X3 bildirdi ki, xx.xx.2023-cü il tarixdə axşam saatlarında bölmənin əməliyyat qrupunda polis sahə rəisi, polis baş leytenantı Rəşad Cəfərov ilə birlikdə xidmətdə olan zaman DİN-in 102 xidmətindən daxil olan çağırış əsasında əməliyyat qrupu ilə Bakı-Sumqayıt yolunun kənarında “Socar” YDMnin arxasında yerləşən ünvana getmişlər. Həmin ünvana çatanda qonşuların küçədə olduğunu, bir uşağın paltarının qan olmasını, üzündə xəsarətlər olduğunu gördüyünü, uşağın atası Faiq tərəfindən döyüldüyü bildirmişdir. Onlar Faiqə yaxınlaşıb onu PB-nə dəvət edən zaman o, yüksək səslə ucadan ünvansız nalayiq ifadələr işlətmiş, ona etdiyi hərəkətləri dayandıraraq polis bölməsinə gəlməsi üçün dəvət olunsa da o, öz qanunazidd hərəkətlərinə davam edərək onların qanuni tələblərimizə tabe olmamışdır. Həmin vaxt o, Faiqin kürəyindən tutmuş, maşına tərəf aparmaq istəmiş, lakin o, onun boynundan əli ilə tutmuş və əlini kürəyindən çəkməsini demişdir. Buna baxmayaraq həmin şəxs polis bölməsinə gətirilmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 5-ci PB-nin polis sahə rəisi, polis baş leytenantı X2 da X1 izahatı ilə eyni məzmunlu izahat vermişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 23:45 radələrində tutulmuş, xx.xx.2023-cü il tarixdə azad olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatlarını dinləyərək və işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam təsdiq edilir, o, həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar aşkar olunmadı. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, məhkəmə işin hallarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatlarını dinləyib, iş materialları ilə birlikdə qiymətləndirərək hesab edir ki, xx.xx.2023-cü il tarixdə axşam saatlarında Sumqayıt şəhəri, Tuğzavod qəsəbəsi ərazisində hadisə yerinə gedən polis əməkdaşlarına tabesizlik göstərərək polis işçisinin qanuni tələbini tabe olmamışdır. Onun təqsiri işdə olan sübutlarla təsdiq edilir, əməli düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tövsif edilmişdir və onun 01 (bir) gün inzibati qaydada tutulmağı nəzərə alınaraq o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin və həmin Məcəllənin 31.4- 1-ci maddəsinə əsasən 01 (bir) gün inzibati qaydada tutulduğu müddət nəzərə alınmaqla qəti olaraq 150 (yüz əlli) manat məbləğində cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-2041/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2041/2023
24.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver