Məhkəmə qərarları › İş №3(060)-2041/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2041/2025

14.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2041/2025 14.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlu, «Art-Proje” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X1 Xidmətindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: «Art-Proje” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində qeyd olunan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN № ******* saylı protokol Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X1 Xidməti tərəfindən tərtib olunaraq xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən olunmuşdur ki, protokol düzgün tərtib olunmamış, daxil olmuş material natamamdır və işə baxılarkən tamamlamaq mümkün deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsi inzibati xəta haqqında protokol tərtib edilməsinin qaydalarını müəyyən edir. Həmin maddənin 1.4-cü bəndinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti qeyd olunmalıdır. İnzibati xəta haqqında protokolun “müəyyən edildi” hissəsində, yəni mahiyyətində Şəxs xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərarda nəzərdə tutulmuş inzibati cərimənin ödənilmədiyi müəyyən edilmişdir ki, qeyd olunan məzmun iş materialları ilə ziddiyyətlidir. İş materiallarına əsasən inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixində qəbul olunmuşdur. İş materiallarına əlavə edilmiş xaric olan sənəd-məktublardan məlum olur ki, protokola dəvət edilmiş, lakin həmin məktubların rəsmi qaydada çatdırılması barədə məlumatlar əlavə edilməmişdir. Bundan başqa xx.xx.2025-ci il tarixli "xxxx" MMC-yə və onun direktoru Şəxs ünvanlanmış məktublar müvafiq olaraq Bakı şəhəri Binəqədi rayonu və Abşeron rayonu Xırdalan şəhərindəki ünvanlara göndərilmişdir. Lakin xaric olan sənəd-məktubda hüquqi şəxsin ünvanı olaraq ünvan 2lavə olaraq qeyd edir ki, xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla inzibati qaydada cərimə edilən "xxxx" MMC-nin direktoru Şəxs həmin qərardan məlumatlı olması barədə əsaslı şübhələr mövcuddur. Belə ki, məhkəmə elektron informasiya sistemindən məlum olmuşdur ki, eyni inzibati xəta hadisəsi üzrə "xxxx" MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilərək Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2026/2024 nömrəli, 23 sentyabr 2024-cü il tarixli qərarı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan DƏMX tərəfindən apellyasiya şikayət verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-506/2024 xx.xx.2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş Sumqayıt Şəhər Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Eyni inzibati xəta hadisəsi üzrə hüquqi şəxsin barəsində icraata xitam verildiyi halda, hüquqi şəxsin direktorunun inzibati cərimə edilməsi mümkün olsa da, həmin qərardan direktorun məlumatlı olaraq şikayət etməməsi ağlabatan deyil. İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsində göstərilir ki, İnzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın. İnzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə məlumatlandırmanın qaydaları Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57 və 125-ci maddələri tənzimlənir. İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt gönrərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi-göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanının əməkdaşına tapşıra bilər. Belə ki, iş materiallarında xx.xx.2025-ci il tarixli MN № ******* saylı protokol inzibati xəta haqqında protokolun barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə rəsmi qaydada təqdim olunması barədə məktub iş materiallarına əlavə edilsə də həmin məktubun ünvan sahibi tərəfindən alınmasını təsdiq edən hər hansı bir qəbz və ya yaxud poçt göndərişinin verilməsi haqqında xəbərnamə əlavə edilməmişdir. Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin mahiyyətindən görünür ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. xx.xx.2025-ci il tarixli, MN № ******* saylı protokol tərtib edilərkən yol verilən və yuxarıda qeyd edilən nöqsanlar xüsusi əhəmiyyət kəsb edən və işə baxarkən tamamlanması mümkün olmayan səhvlər olduğundan hesab edirəm ki, protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: «Art-Proje” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X1 Xidmətinə geri qaytarılsın. Azərbaycan Respublikası Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X1 Xidməti qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilmiş nöqsanlar tam aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları izah olunsun. Bu Qərardaddan şikayət verilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar