Məhkəmə qərarları › İş №3(060)-2042/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2042/2021

02.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2042/2021 02.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyilə, qərardan şikayət vermiş şəxs X8 nümayəndəsi və vəkili X5, qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Sumqayıt regional ərazi şöbəsinin etibarnamə üzrə nümayəndəsi X13 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Sumqayıt regional ərazi şöbəsinin MN № ******* saylı, 03 iyun 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X11 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə müəyyən etdi: X11 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Sumqayıt regional ərazi şöbəsinin X11 barəsində qəbul etdiyi MN № ******* saylı, 03 iyun 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, X9 Cəmiyyətdə sürücu vəzifəsində işləmişdir. 01 fevral 2021-ci il tarixdə X9 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən “işçilərin sayı və ya ştatları ixtisar edildilməsi” əsası ilə əmək müqaviləsinə xitam verilmişdir. AR Əmək Məcəlləsinin müvafiq müddəalarına əsasən X7 ixtisar ilə bağlı bildiriş (xəbərdarlıq) 18.01.2021-ci il tarixdə təqdim olunmuş, hüquqları izah edilmiş, lakin o, bildirişə imza etməkdən imtina etmişdir. Sonradan “xəstələnməsi”, “rayonda olması”, “anasının xəstəliyi” və.s kimi bəhanələrlə işə gəlməmiş və xəstə olduğu dövr üçün əmək qabiliyyətinin müvəqqəti itirilməsini təsdiq edən sənəd və ya hər hansı bir arayış təqdim etməmişdir. Halbuki, bu əsaslarla müavinət vermədən Əmək Məcəlləsinin müvafiq maddəsi ilə əmək müqaviləsinə xitam vermək mümkün idi. Vasif İsmayılov 18 yanvar 2021-ci il tarixıi bildirişə (xəbərdarlığa) 01 fevral 2021-ci il tarixdə imza atmış və ona ixtisarla bağlı müavinət hesablanan zaman orta aylıq qazancı son 2 ayın qazancı ilə deyil sonuncu ayların məbləği baxımından ən çox məbləğ hesablanmış aylar götürülmüş və bununla da müavinət daha çox hesablanmışdır. X9 22 fevral 2021-ci il tarixdə elektron qaydada səlahiyyətli orqan - Azərbaycan Respublikası Əmək və Əhailinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Sumqayıt regionla ərazi şöbəsinə şikayət məktubu yazmış və orada son haqq-hesabın düzgün hesab edilməməsi bildirilmişdir. Tərəfimizdən müvafiq mühasibatlıq sənədləri səlahiyyətli orqana təqdim edilmş və son haqq-hesabın düzgün hesablandığı sübuta yetirilmişdir. Bundan sonra səlahiyyətli orqan Cəmiyyətə ixtisar prosesinin düzgün aparılmadığını bildirmiş və qərəzli münasibət göstərmişdir. Azərbaycan Respublikası Əmək və Əahilinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Sumqayıt regional ərazi şöbəsi tərəfindən tərtib edilmiş MN ******* nömrəli 03.06.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qərəzli və qanunvericilik tələblərinin pozulması ilə qəbul edilmişdir. Belə ki, işçi X9 ilə əmək müqaviləsinə 01 fevral 2021-ci tarixində xitam verildiyindən inzibati xəta həmin tarixdə bitmişdir. Belə olduğu təqdirdə 01 fevral 2021-ci il tarixindən hesablanmaqla artıq hazırkı vaxta 03 aydan çox müddət keçmişdir. İnzibati xəta haqqında qərardan şikayət Sumqayıt Şəhər Məhkəməsinə 11 iyun 2021-ci il tarixdə daxil olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 131.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Məhkəmə iclasında şikayətçi X8 nümayəndəsi və vəkili X10 şikayətini müdafiə edərək şikayətə uyğun izhat verərək şikayətin təmin olunmasını xahiş etdi. Qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Sumqayıt regional ərazi şöbəsinin etibarnamə üzrə nümayəndəsi X19 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, 22 fevral 2021-ci il tarixdə X6 elektron müraciəti əsasında araşdırılma aparılmış, araşdırma nəticəsində müəyyən olunmuşdur ki, sürücü X6 tutduğu vəzifə ştat vahidi 30.12.2020-ci il tarixli №Ş-42/20 nömrəli əmr ilə ləğv edildiyi üçün “xxxx” MMC tərəfindən əmək müqaviləsinə xitam verilməsi məqsədi ilə 07 yanvar 2021-ci il tarixli K-007/21 saylı əmrlə X6 Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi azı 4 təqvim həftəsi əvvəlcədən xəbərdarlıq edilmədiyindəm nəticədə Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndinin tələbləri pozulmuşdur. “xxxx” MMC tərəfindən 19 may 2021-ci il tarixli məktubla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Sumqayıt regional ərazi şöbəsinə məktub ünvanlamış, həmin məktubda da X7 ixtisar ilə bağlı təqdim edilmiş bildirişdə (xəbərdarlıq) göstərilmiş 18.01.2021-ci il tarixi səhv olaraq qəbul edilməsini xahiş edilmişdir. Təkrar olaraq 01 fevral 2021-ci il tarixli K-009/21 saylı əmrlə X6 Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən “işçilərin sayı və ya ştatların ixtisar edilməsi” ilə əlaqədar əmək müqaviləsinə xitam verilmişdir. Araıdırma zamanı “xxxx” MMC tərəfindən Əmək Məcəlləsinin tələblərinin pozulduğu aşkar edilmiş, həmin pozuntu faktı 24 may 2021-ci il tarixli inzibati xəta haqqında protokolla rəsmiləşdirilmiş və 03 iyun 2021-ci il tarixli qərarla X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə 1.500,00 manat cərimə olunmuşdur. İXM-də qeyd olunan 3 aylıq müddət onlar tərəfindən ötürülməmişdir, çünki inzibati xətanın aşkar olması 24 may 2021-ci ildə baş vermiş və həmin tarixdə protokol tərtib edilmişdir. X3 qeyd olunanların nəzərə alınmaqla şikayətin əsassız və qanunsuz olduğu üçün təmin olunmaması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə şikayət vemiş şəxsin nümayəndəsi və vəkilinin, qərarından şikayət verilmiş orqanın nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materialında olan 24 may 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş mübahisələndirilən qərardan görünür ki, X11 03 iyun 2021-ci il tarixli MN № ******* №li qərar ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə 1.500,00 manat cərimə olunmuşdur. İş materialında olan 01.11.2019-cu il tarixli K-053/19 №-li əmrdən görünür ki, 01.11.2019-cu il tarixində əmək haqqı ştat cədvəlinə uyğun ödənilməklə 1 (bir) ay sınaq müddəti tətbiq edilməklə “xxxx” MMC-yə İnzibati işlər şöbəsinə X1 vəzifəsinə qəbul edilmişdir. İş materialında olan “xxxx” MMC-nin baş direktorunun müavini X11 tərəfindən həmin cəmiyyətdə sürücü vəzifəsində çalışan X7 ünvanlanmış 18.01.2021-ci il tarixli xəbərdarlıq bildirişində qeyd olunmuşdur ki, X6 tutduğu vəzifə ştat vahidi 30.12.2020-ci il tarixli №Ş-42/20 nömrəli əmr ilə ləğv edildiyindən Əmək Məcəlləsinin 77-ci maddəsinin 1ci bəndinə əsasən xəbərdarlıq edilir ki, iş həcminin azaldılması ilə əlaqədar X6 işlədiyi vəzifə 18.01.2021-ci ildən etibarən ixtisar olunacaqdır. (Xəbərdarlıq bildirişi X9 tərəfindən 01.02.2021-ci il tarixdə qəbul edilmişdir.) İş materialında olan “xxxx” MMC-nin əmək müqaviləsinə xitam verilməsi məqsədi ilə 01.02.2021-ci il tarixli əmrdən görünür ki, X6 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən “işçilərin sayı və ya ştatları ixtisar edillməsi” əsası ilə əmək müqaviləsinə xitam verilmişdir. İş materialına əlavə olunmuş “xxxx” MMC-nin əmək müqaviləsinə xitam verilməsi məqsədi ilə 07.01.2021-ci il tarixli əmrdən görünür ki, X6 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən “işçilərin sayı və ya ştatları ixtisar edildilməsi” əsası ilə əmək müqaviləsinə xitam verilmişdir. İş materialına əlavə olunmuş xxxx” MMC tərəfindən X14 Xidmətinin Sumqayıt regional ərazi şöbəsinin rəisi A.Əhmədova ünvanlanmış 19 may 2021-ci il tarixli bildirişindən görünür ki, X7 İxtisar ilə bağlı təqdim edilmiş bildirişdə (xəbərdarlıq) göstərilmiş 18.01.2021-ci il tarixi texniki səhv olaraq qəbul edilməsi xahiş edilmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə 15 fevral 2016-cı il tarixli, 795 saylı Azərbaycan Respublikasi Prezidentinin Fərmanının 5.4-cü bəndinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.3-cü maddəsinə müvafiq olaraq müəyyən edilmişdir ki, həmin Məcəllənin 191.2ci, 192.1 – 192.11-ci, 193-cü, 194-cü, 195.2-ci, 198.1-ci, 199 – 203-cü, 205-1.1-ci, 469.2ci, 477-ci, 477-1.1.2-ci, 477-1.1.4-cü, 477-1.1.5-ci, 477-1.2-ci, 539, 540.1, 540.2, 540.3, 540.4, 556 və 576-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi baxır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əahilinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Sumqayıt regional ərazi şöbəsi tərəfindən tərtib edilmiş 24 may 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş hazırda mübahisələndirilən 03 iyun 2021-ci il tarixli MN № ******* №li inzibati tənbeh vermə haqqında qərar qanunvericiliyin tələblərinə uyğundur və X8 şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Belə ki, işçi X9 ilə əmək müqaviləsinə xitam veriləcəyi barədə 18.01.2021-ci il tarixli xəbərdarlıq bildirişi 01 fevral 2021-ci tarixində Vasif İsmayılova təqdim edilmiş və Əmək Məcəlləsinin tələbləri pozularaq 4 həftəlik müddət gözlənilmədən bildiriş təqdim olunan gün də yəni 01 fevral 2021-ci tarixində Vasif İsmayılovla əmək münasibətlərinə xitam verilməsi barədə əmr verilmişdir. Bununla da X4 Məcəlləsinin tələblərini pozmuş və onun barəsində İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə, yəni “işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərini pozularaq xitam verilməsi”nə görə protokol tərtib olunmuşdur. X8 Əmək Məcəlləsinin tələblərini pozması faktı 24 may 2021-ci il tarixli protokolla rəsmiləşdirildiyindən, protokol tərtib olunan vaxta kimi X14 Xidmətinin Sumqayıt regional ərazi şöbəsi ilə, “xxxx” MMC arasında hazırki işlə bağlı müəyyən yazışmalar olmuş, araşdırma aparılmışdır. X8 əməlində İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tərkibinin olması məhz X14 Xidmətinin Sumqayıt regional ərazi şöbəsinə 24 may 2021-ci il tarixdə məlum olmuş və həmin tarixdə də inzibati protokol tərtib olunmuşdur. İXM-nin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. X11 tərəfindən törədilən inzibati xəta 24 may 2021-ci il tarixdə aşkara çıxarıldığından və onun barəsində 03 iyun 2021-ci il tarixli, MN № ******* №li inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyindən verilən şikayət təmin edilə bilməz. İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: X11 tərəfindən verilmiş şikayət təmin olunmasın. Azərbaycan Respublikası Əmək və Əahilinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Sumqayıt regional ərazi şöbəsi tərəfindən tərtib edilmiş 24 may 2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş 03 iyun 2021-ci il tarixli, MN № ******* №li inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar