Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2042/2023 24.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X1 katibliyilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin xx.xx.2023-cü il tarixli, 1-O-71547 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair X2 şikayətinə baxaraq müəyyən etdi: X4 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, mülkiyyətçisi olduğu “Moskviç” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomaşın 2011-ci ildən hal-hazıradək əməli istifadəsində olmadığı üçün həmin dövrdə tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək, həmin cərimələrin aidiyyəti şəxsə yönəldilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. İş materialında olan Baş X7 İdarəsinin xx.xx.2023-cü il tarixli, 1-O-71547 saylı nəqliyyat vasitəsinin müvəqqəti olaraq mühafizə olunan duracağa yerləşdirilməsi haqqında qərardan görünür ki, “Moskviç” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İXM-nin 96.1.1-ci maddəsinin tələblərinə əsasən saxlanılmış, onu idarə edən fiziki şəxs nəqliyyat vasitəsi idarə olunmasından kənarlaşdırılmaqla nəqliyyat vasitəsi müvqqəti olaraq mühafizə olunan duracağa yerləşdirilməsi barədə qərar qəbul edilmişdir. Şikayətdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin xx.xx.2023-cü il tarixli, 1-O-71547 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş edilir, lakin şikayətə mübahisələndirilən qərar əlavə olunmamışdır. Bundan başqa məhkəmə onu da qeyd edir ki, inzibati xətanın törədildiyi yer şikayətdə qeyd olunmamışdır. İXM-nin tələblərinə əsasən inzibati xətalar haqqında işlərə və qərardan şikayətlərə xətanın törədildiyi yerdə baxılır. İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Hazırkı iş üzrə şikayət vermiş şəxs tərəfindən vəsatət verilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair 4 noyabr 2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyini nəzərə alaraq məhkəmə hesab edir ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab qeyd edir ki, X2 şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İXM-nin 132, 132.1.2-ci maddələrinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub olmaması məsələlərini həll edir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 110, 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin xx.xx.2023-cü il tarixli, 1-O-71547 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayət ərizəsi, ona əlavə olunmuş sənədlərlə birlikdə X3 geri qaytarılsın. Şikayət vermiş şəxs X3 izah olunur ki, qərardadda göstərilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra İnzibati Xətalar Məcəlləsinin şikayətin verilməsinə və aidiyyət məsələlərinə dair tələblərinə əməl edilməklə yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Bu Qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-2042/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2042/2023
24.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver