Məhkəmə qərarları › İş №3(060)-2043/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2043/2025

13.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2043/2025 13.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Sumqayıt şəhəri üzrə icra idarəsinin böyük icra məmuru X1, İcra sənədi üzrə tələbkarlar Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-ci ildə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuş, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə əsasən borclu Sumqayıt Şəhər Məhkəməsinin 2(060)– 2659/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə 1840 manat, 3(060)-2428/22 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə 500 manat, 2(060)-1231 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə 117,26 manat , 2(060)-3706 saylı, xx.xx.2021-ci il tarixli, icra sənədi üzrə 2732 manat, 2(060)-945 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə 886 manat, ümumilikdə 6075,26 manat pulu ödəmir və icra məmurunun çağırışlarına gəlmir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş icra məmuru X2 izahatında bildirdi ki, borcludan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)–2659/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə 1840 manat Zərərçəkmiş şəxs4 xeyrinə, 3(060)-2428/22 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə 500 manat, 2(060)-1231 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə 117,26 manat "xxxx"un xeyrinə, 2(060)-3706 saylı, xx.xx.2021-ci il tarixli, icra sənədi üzrə 2732 manat “ABC Telekom”un xeyrinə, 2(060)-945 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə 886 manat Zərərçəkmiş şəxs3 xeyrinə, ümumilikdə 6075,26 manat pul tutulmalıdır. Borclu icra məmurunun çağırışlarına gəlməmişdir və barəsində axtarış elan edilmişdir. Buna görə də barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsiylə protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Protokolu müdafiə edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, borcunu tam şəkildə ödəyə bilməməyinin səbəbi 2025-ci il yanvar ayından xəstə olması və işsizliyi olmuşdur. Bildirmişdir ki, Zərərçəkmiş şəxs3 keçən ay 400 manat, avqustun 11-i isə 50 manat ödəniş etmişdir. Bir neçə müddət əvvəl isə hər iki tələbkara zəng edəərk kart hesablarına 200 manat atacağını bildirmişdir. Həmçinin qeyd edir ki, 10 gün əvvəl icra məmuru onun xəbəri olmadan və onunla əlaqə yaratmadan barəsində axtarış elan etmişdir. Polis əməkdaşı ona zəng edərək barəsində axtarış elan edildiyini bildirmişdir. Bundan sonra icra məmuru Pərvanə xanıma zənglər etmiş, lakin sonuncu ona cavab verməmişdir. Həmçinin qeyd edir ki, icra məmuru Pərvanə xanımın zənglərinə cavab verib və çağırışlara gəlib. Bundan başqa tələbkar "xxxx" MMC-ə borcunun olmasından xəbəri olmayıb, çünki həmin MMC ona bu barədə məlumat verməmişdir. Hal-hazırda hər iki tələbkara 100 manat ödəməyə imkanı çatır. Əgər ona vaxt verilərsə, borcunu ödəyə biləcəyini bildirmişdir. Himayəsində 2 azyaşlı övladının olmasını, indiyə qədər borcundan ödənişlər etməsini və xəstəliyini nəzərə alınaraq barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs4 bildirdi ki, 2017-ci ildə Şəxs ondan 7200 manat borc almışdır. 2019-cu ildə 2500 manat borcundan ödəmiş və 4700 manat qalmışdır. Məhkəmə vasitəsilə 4 il ərzində 2860 manatını geri ala bilmişdir. Hal-hazırda isə Şəxs ona 1840 manat ödənilməmiş borcu qalmışdır. Məhkəmədən ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmədə icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs3 bildirdi ki, borclunun ona 1336 manat borcu var idi. Şəxs ona 400 manat və sonuncu dəfə isə 50 manat ödəyib. Halhazırda aralarında razılıq əldə olunub və avqustun 20-ə qədər Həsən ona 500 manat ödəyəcəyini söz vermişdir. Məhkəmədən ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, borclu Sumqayıt Şəhər Məhkəməsinin 2(060)– 2659/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə 1840 manat, 3(060)-2428/22 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə 500 manat, 2(060)-1231 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə 117,26 manat , 2(060)-3706 saylı, xx.xx.2021-ci il tarixli, icra sənədi üzrə 2732 manat, 2(060)-945 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə 886 manat, ümumilikdə 6075,26 manat pulu ödəmir və icra məmurunun çağırışlarına gəlmir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)–2659/2021 saylı, xx.xx.2021-ci il tarixli, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2428/22 saylı xx.xx.2022-ci il tarixli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1231 saylı, xx.xx.2021-ci il tarixli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3706 saylı, xx.xx.2021-ci il tarixli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-945 saylı, xx.xx.2025ci il tarixli icra sənədləri bir icraatda birləşdirilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(060)- 1231/2021 nömrəli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 46,86 manat abunə haqqı qismində vurulmuş zərər, hüquqi yardım göstərilməsinə görə 50 manat və məhkəmə xərclərinin əvəzi olaraq 20,40 manat, cəmi 117,26 (bir yüz on yeddi manat iyirmi altı qəpik) "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(060)-1231/2021 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2428/22 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2428/22 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3706 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 2652 (iki min altı yüz əlli iki) manat əsas borc, 50 (əlli) manat dəbbə borcu, ümumilikdə 2702 (iki min yeddi yüz iki) manat ödənilməmiş hissə və 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 2732 (iki min yeddi yüz otuz iki) manat məbləğində pulun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3706 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan ABC Telecom MMC-yə ünvanlanmış məktubdan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3706/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə 2732 manat qalıq borc məbləği tam ödənilənədək borclu Şəxs əmək haqqından 50% (əlli faiz) tutulub tələbkar «ABC Telecom MMC-nin hesabına, borc tam ödənildikdən sonra “İcra ödənişinin alınması haqqında qərar üzrə 191.24 manat icra ödənişinin tutulub Sumqayıt şəhəri üzrə İcra idarəsini xüsusi fondunun hesabına köçürülməsi üçün göndərilir və icra sənədi icraatı götürüldükdən sonra bu barədə dərhal Sumqayıt şəhəri üzrə İcra idarəsinə məluma verilməsi xahiş olunmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)–2659/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 4700 manat tutularaq iddiaçı Zərərçəkmiş şəxs4 ödənilməlidir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-945 saylı, xx.xx.2025-ci il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs 1300 manat pul vəsaiti və 36 manat ödənilməmiş dövlət rüsumu tutularaq iddiaçı Zərərçəkmiş şəxs3 xeyrinə ödənilməlidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-945 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Şəxs izahatından görünür ki, işləmədiyi və maddi imkanı olmadığı üçün borcunu ödəyə bilmir. Borcundan hər ay hissə-hissə(300- 500manat) olmaqla ödəyəcəyinə söz verir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli borclunun məcburi gətirilmə tədbirinin tətbiq edilməsi barədə qərardan görünür ki, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində məcburi gətirilmə tədbiri tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə borclu Şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Şəxs izahatından görünür ki, bu günə qədər 650 azn ödəniş edib. Borcunu tamödəyə bilməməsinin səbəbi işsizliyi və xəstəliyi olmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Zərərçəkmiş şəxs4 tərəfindən yazılmış izahatdan görünür ki, borclu bu günədək ona 2860 manat ödəmişdir. Hazırda borc məbləği 1840 manat təşkil edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Şəxs izahatından görünür ki, borclu olduğu icra sənədi üzrə borclarını ödəyəndən sonra hər ay 300 manat olmaqla borcunu ödəyəcək. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Şəxs izahatından görünür ki, borclu olduğu icra sənədləri üzrə yalnız iki icra sənədi üzrə ödəniş etmişdir. Bunlardan əlavə Zərərçəkmiş şəxs3 450 azn, Zərərçəkmiş şəxs4 isə 2860 azn ödəniş etmişdir. Borcunu tam şəkildə ödəyə bilmir. Zərərçəkmiş şəxs3 ilə razılaşaraq xx.xx.2025-ci ilə qədər ona 500 azn ödəyəcəyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib qərara gəlir ki, Şəxs qeyd edilən hərəkətləri, yəni Sumqayıt Şəhər Məhkəməsinin 2(060)–2659/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə 1840 manat, 3(060)-2428/22 saylı xx.xx.2022ci il tarixli icra sənədi üzrə 500 manat, 2(060)-1231 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə 117,26 manat , 2(060)-3706 saylı, xx.xx.2021-ci il tarixli, icra sənədi üzrə 2732 manat, 2(060)-945 saylı, xx.xx.2025-ci il tarixli icra sənədləri üzrə tələbi üzrsüz səbəbdən icra etməməsi Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Qanun ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuş və sonuncunun bununla əlaqədar tələblərinin Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğu təsbit edilmişdir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən Qanunda, həmçinin məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə biləcək tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd olunan inzibati xətaya görə məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün icra məmurunun qanuni tələblərini şəxs tərəfindən üzrsüz səbəbdən icra etməməsi faktının müəyyən olunması zəruridir. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Həmin Qanunun 14-cü maddəsinə əsasən hər bir uşağın vicdan, fikir və söz azadlığı vardır, valideynlər, digər şəxslər və dövlət orqanları uşağın vicdan, fikir və söz azadlığına hörmətlə yanaşmalıdırlar. “İcra haqqında” AR qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 32 və 33-cü maddələrinə əsasən məhkəmə Şəxs himayəsində 2 azyaşlı övladının olmasını məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar