Məhkəmə qərarları › İş №3(060)-2048/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2048/2023

28.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2048/2023 28.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X2 katibliyilə, Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinin sahə rəisi, polis baş leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi Şimal Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1970-ci ildə Laçın rayonu, Alxaslı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, evli, orta təhsilli, Laçın rayonu, Alxaslı ərazi dairəsi, Alxaslı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə (bundan sonra mətndə İXM-nin) 26 avqust 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, xx.xx.2023-cü il tarixdə saat 17:40 radələrində Sumqayıt şəhəri, N.Nərimanov küçəsində və 4-cü PB-nin inzibati binasında ünvansız nalayiq küçə söyüşləri söymüşdür. Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 28 avqust 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Məhkəmə iclasında Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinin sahə rəisi X3 tərtib etdiyi inzibati xəta haqqında protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətaların törədilməsində özünü təqsirli bilməyərək göstərdi ki, o, fərdi taksi fəaliyyəti ilə məşğuldur. xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, N.Nərimanov küçəsinə yerləşən “Karvan” TM-nə müştəri taksi sifariş vermiş, o da müştərinin arxasınca sifariş verilən ünvana getmişdir. Qeyd olunan ünvana gəldikdə müştərini veşi olduğundan idarə etdiyi avtomaşını arxa-arxaya hərəkət etdirən zaman YPX-nin əməkdaşları ona avtomobili “Karvan” TM-nin qarşısında saxlanılmasına icazə vermədikdə o buna öz etirazını bildirərək qeyd etmişdir ki, “Karvan” TM-nin arşısında dayanma-durma işarəsi mövcut deyildir. Bu zaman Polis əməkdaşı əraziyə PPX-nin əməkdaşklarını dəvət etmiş, PPX-nin əməkdaşları əraziyə gəldikdə o ərazi üzrə PB-nə aparıldı. Lakin o, Sumqayıt şəhəri, N.Nərimanov küçəsində və 4-cü PB-nin inzibati binasında xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlərə yol verməmişdir. Qeyd olunanlara əsasən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsinin inspektoru, polis baş serjantı Şahid ifadəsində qeyd etdi ki, xx.xx.2023-cü il tarixdə 20-24 çağırışlı **-YP-*** dövlət qeydiyyat nişanlı avtopatrulla postaçı yoldaşı polis serjantı Bəhram Rəhəmli ilə birlikdə təhkim olunduqları 6 saylı marşrutda N.Nərimanov küçəsində dayanma-durma qaydalarını pozan sürücülərlə bağlı tədbir gördükləri zaman “Hyundai minik” markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobil dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq nəqliyyat vasitəsini yolun hərəkət hissəsində saxlayaraq dayanma-durma qaydalarını pozmağa davam etmişdir. Daha sonra nəqliyyat vasitəsini yolun sol kənarı ilə geriyə hərəkət etdirən zaman yolu keçməkdə olan piyadanın üzərinə hərəkət etdirdiyi üçün ona öz iradlarını bildirən zaman nəqliyyat vasitəsini yolun ortasında saxlayaraq avtomobildən enərək vətəndaşların sıxlığından istifadə edib fikirləri öz üzərinə cəlb etmək üçün yüksək səslə nalayiq ünvansız küçə söyüşləri söyməyə başlamışdır. Öz növbələrində ondan bu hərəkətlərini yekunlaşdırıb sakitləşməyi tələb etsələr də o yenə ünvansız küçə söyüşləri söyməyə davam etdi. Daha sonra əraziyə PPX-nin əməkdaşları dəvət olundu və sürücü PB-nə aparıldıqda o təkrar olaraq PB-nin inzibati binasında yüksək səslə nalayiq ünvansız küçə söyüşləri söyməyə davam etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, şahidi və protokolu tərtib etmiş şəxsi dinləyib, iş materialına əlavə olunmuş DVD video diskə baxaraq, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirildiyi üçün o, həmin maddələr ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Eyni Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığını İXM-nin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətaların xarakterini, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı, təqsirinin dərəcəsini və işin hallarını nəzərə alır və hesab edir ki, Şəxs İXM-nin 510-cu maddəsi ilə inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. İXM-nin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalarla bağlı həmin maddələrnin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 18 manat pul dövlət büdcəsindən tutularaq Şimal Vəkil Bürosunun hesabına köçürülməlidir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və o 70,00 (yetmiş) manat məbləğində inzibati cərimə olunsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilən Şəxs Şimal Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 03 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 manat dövlət büdcəsindən tutularaq Şimal Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar