Məhkəmə qərarları › İş №3(060)-205/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-205/2021

12.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-205/2021 12.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X15 Məmmədovun sədrliyi, məhkəmə iclas katibi X4 katibliyilə, qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehsalakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin Abşeron regional bölməsinin nümayəndəsi X2 iştirakı ilə, Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehsalakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin Abşeron regional bölməsinin inzibati xəta haqqında 14 avqust 2014-cü il tarixli 001235 №li qərarından X11 tərəfindən verilmiş şikayət ərizəsinə məhkəmə iclasında baxaraq müəyyən etdi: X11 şikayət ərizəsi ilə Sumqyaıt Şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehsalakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin Abşeron regional bölməsinin inzibati xəta haqqında 14 avqust 2014-cü il tarixli 001235 №li qərarın ləğv edilməsini xahiş etmişdir. X11 şikayətində göstərmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehsalakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin Abşeron regional bölməsinin inzibati xəta haqqında 14 avqust 2014-cü il tarixli 001235 №li qərarı ilə o, İnzibati Xətalar Məcəlləsinin 266.1 və 228.0.3-cü maddələri ilə təqsirli bilinib 1.500 manat məbləğində cərimə edilmişdir. Həmin inzibati xəta haqqında protokoldan Sumqayıt şəhəri üzrə İcra idarəsinə çağrılarkən, yəni 08.01.2021-ci il tarixdə məlumatı olmuş və icra məmurundan qərarın surətini götürmüşdür. Qərarla tanış olduqdan sonra məlum olmuşdur ki, yoxlamanın keçirilməsində, baxış protokolunun yazılmasında və aktın tərtib edilməsində qətiyyən iştirak etməmişdir. Həmçinin qərarda güya onun tərəfindən 31.07.2014-cü il tarixdə yazılmış ərizəyə əsasən etiketlənməsi normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan mallar məhv edilmişdir. Ancaq tam əminliklə bildirmək istəmişdir ki, tərəfindən belə bir ərizə əsla yazılmamışdır. Əlavə olaraq bildirmək istəmişdir ki, onun həmin inzibati xəta protokolundan və qərarından heç bir məlumatım olmayıb, onu tanış etməmişlər və ümumiyyətlə həmin inzibati pozuntunun aşkar edilməsində və sənədləşdirilməsində heç bir iştirakı təmin edilməmişdir. Qeyd olunanları nəzərə alaraq İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin Abşeron regional bölməsinin müdiri X14 tərəfindən qəbul edilmiş 14.08.2014-cü il tarixli 001235 saylı ticarət qaydaları əleyhinə olan inzibati qərarı qanunsuz və əsassız yazıldığı üçün ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehsalakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin Abşeron regional bölməsinin nümayəndəsi X5 izahatında bildirdi ki, X11 barəsində Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehsalakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin Abşeron regional bölməsinin inzibati xəta haqqında 14 avqust 2014-cü il tarixli 001235 №li qərarı qəbul edilmişdir. Lakin, X3 gedən qərardan 2014-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə şikayət vermişdir. Sumqayıt şəhər Məhkəməsinin 3(060)-1518/2014 saylı, 08 sentyabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehsalakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin Abşeron regional bölməsinin inzibati xəta haqqında 14 avqust 2014-cü il tarixli 001235 №li qərarı dəyişdirilmiş və X1 Xətalar Məcəllsinin 226.1 və 228.0.3-cü maddələri ilə təqsirli bilinib, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsi tətbiq edilməklə inzibati qaydada xəbərdarlıq edilmişdir. Məhkəmə şikayət ərizəsini, qərarından şikayət verilmiş orqanın nümayəndəsinin izahatını, həmçinin Sumqayıt Şəhər Məhkəməsinin icraatında olmuş 3(060)-1518/2014 saylı işin materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. İş materiallarına əlavə olunmuş Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1518/2014 saylı, 08 sentyabr 2014-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehsalakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin Abşeron regional bölməsinin inzibati xəta haqqında 14 avqust 2014-cü il tarixli 001235 №li qərarı qismən dəyişdirilmiş və X1 Xətalar Məcəllsinin 226.1 və 228.0.3-cü maddələri ilə təqsirli bilinib, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsi tərtib edilməklə inzibati qaydada xəbərdarlıq edilmişdir. Göründüyü kimi X6 eyni şikayətinə 2014-cü ildə baxılaraq artıq müvafiq məhkəmə qərarı qəbul edilmişdir. Qeyd edilənlər hazırkı şikayətin baxılmasını mümkünsüz edən hallar olduğundan məhkəməyə şikayət ərizəsini və ona əlavə olunmuş sənədlərin geri qaytarılması nəticəsinə gəlməyə əsas verir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132, 132.1.2-ci maddələrinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub olmamasının məsələlərini həll edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128 və 129-cu maddəsinə əsasən, məhkəmə qərara aldı: Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehsalakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin Abşeron regional bölməsinin müdiri X12 qəbul etdiyi inzibati xəta haqqında iş üzrə № 001235 saylı, 14 avqust 2014-cü il tarixli qərarın ləğv edilməsinə dair X6 şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə X8 geri qaytarılsın. Bu Qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar