Məhkəmə qərarları › İş №3(060)-2050/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2050/2022

16.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2050/2022 16.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Qərardan şıkayət vermiş şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, EQ 10875054 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə verilmiş şikayətə baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : Qərardan şikayət vermiş şəxs X2 İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, EQ 10875054 nömrəli qərardan şikayət verərək, inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərardan şikayət vermiş şəxs X4 məhkəmə iclasında bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 15:38 radələrində Sumqayıt şəhəri, Sülh prospekti ərazisində avtomobili nasaz olduğu üçün dayanma durma qadağan olunmuş yerdə dayanmış və özü avtomobilin yanında olmuşdur. YPX əməkdaşları avtomobilə yaxınlaşaraq şəklini çəkməyə başlamışlar. O, avtomobilinin nasaz olmasını YPX əməmkdaşlarına bildirsə də, onlar onu dinləməyərək avtomobilin şəklini çəkib getmişlər. Barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, EQ 10875054 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və başlanılmış inzibati icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin nümayəndəsi müvafiq olaraq gəlməmişdir və üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, EQ 10875054 nömrəli qərardan müəyyən olunur ki, X1 Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən 20 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında materiallar X4 barəsində İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, EQ 10875054 nömrəli qərarın ləğv edilməsi üçün məhkəmə tərəfindən heç bir hüquqi əsas müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci və 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, EQ 10875054 nömrəli qərardan X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar