Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2051/2022 24.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Protokolu tərtib edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Abşeron Xızı regional ərazi şöbəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Sumqayit regional ərazi şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti ünvan 1 ünvanında yerləşən Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 26 may 2022-ci il tarixdə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməmişdir. Protokol baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Məhkəmə iclasında protokolu tərtib edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Abşeron Xızı regional ərazi şöbəsinin nümayəndəsi Nümayəndə izahatinda göstərdi ki, Şəxs fəaliyyət göstərməsinə baxmayaraq işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşəəmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməmişdir. İşçilərlə əmək müqaviləsi bağlanandan dərhal sonra sahibkar işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin edilməlidir. May ayında işçilərlə əmək müqaviləsi bağlanılmış, lakin işçilər sığorta olunmamışlar. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Abşeron Xızı regional ərazi şöbəsi tərəfindən elektron sistemdən çıxarışdan Şəxs işçilərlə 2022-ci ilin may ayında işçilərlə əmək müqaviləsi bağlanılmış, lakin işçilər sığorta olunmamışlar. Şəxs MMC-yə məktubla müraciət olunmuş, nümayəndəsi dəvət olunmuş, ona bütün hüquq və vəzifələr izah olunmuş və protokol tərtib olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti ünvan 1 ünvanında yerləşən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 26 may 2022-ci il tarixdə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol üzrə qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs müdafiəçisi Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Vəkil izahatında göstərdi ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Abşeron Xızı regional ərazi şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 26 may 2022-ci il tarixdə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokolla razı deyil. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadına əsasən "xxxx" QSC ilə X3 arasında barışıq sazişi bağlanılmış və iş üzrə icraata xitam verilmişdir. 5.990.000 (beş milyon doqquz yüz doxsan) manat borcun qaytarılması üçün müddət müəyyən olunmuş və həmin müddət ərzində götürülən öhdəlik yerinə yetirilməsə “Möhtəşəm Saray” şadlıq evi torpaqla birlikdə "xxxx" QSC-yə təhvil verilməsi göstərilmişdir. X1 tərəfindən öhdəlik icra edilmədiyinə görə xx.xx.2021-ci il tarixdə “Möhtəşəm Saray” şadlıq evi icraçı Toğrul Rüstəmov tərəfindən boşaldılaraq "xxxx" QSC-yə təhvil verilmişdir. Şadlıq evi "xxxx" QSCyə təhvil verildikdən sonra bütün kommunal ödənişlər "xxxx" QSC-yə keçmişdir. "xxxx" QSC ilə X3 arasında xx.xx.2022-ci il tarixdə maliyyə lizinqi müqaviləsi bağlanmışdır. X3 Şəxs təsisçisidir. “Möhtəşəm Saray” şadlıq evi X2 təhvil verildikdən sonra şadlıq evində may ayında toy olmadığına və 1 il baxımsız qaldığına görə orada təmir işləri aparılmış və bütün kommunal xidmətlər bərpa olunmuşdur. Şadlıq evi xx.xx.2022-ci il tarixdən fəaliyyət göstərməyə başlamışdır. xx.xx.2022-ci il tarixdə işçilərlə əmək müqaviləsi bağlanılsa da, toy xx.xx.2022-ci il tarixdə olduğuna görə işçilər həmin gün istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmuşlar. Lizinq müqaviləsinə görə torpaq X2 təhvil verilmiş, lakin şalıq evi "xxxx" QSC-nin balansında qalmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Abşeron Xızı regional ərazi şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 26 may 2022-ci il tarixdə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol əsasında başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1255/2018 saylı, xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, "xxxx" QSC ilə X3 arasında barışıq sazişi bağlanılmış və iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə maliyyə lizinqi müqaviləsindən görünür ki, "xxxx" QSC ilə X3 arasında müqavilə bağlanmışdır. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli hesab fakturasından görünür ki, Şəxs işçiləri istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta etdirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə proses işçilərinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməmişdir. Ona görə də, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh növü inzibati cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cu maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: Sumqayıt şəhəri, 21-ci mikrorayon, ev 306/1 ünvanında qeydiyyatda olan Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 5000 (beş min) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-2051/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2051/2022
24.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver