Məhkəmə qərarları › İş №3(060)-2051/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2051/2023

29.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2051/2023 29.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara xitam verilməsinə dair X3 tərəfindən verilmiş şikayət ərizəsinə baxaraq müəyyən etdi: Qərardan şikayət vermiş şəxs X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-cü maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara xitam verilməsi barədə Sumqayıt Şəhər Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Həmin şikayət ərizəsinin nəticə hissəsində isə xx.xx.2023-cü il tarixli, MN ********** nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayət ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Beləliklə məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, qərardan şikayət vermiş şəxs X3 şikayət ərizəsinin əvvəlində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verməsini göstərsə də, şikayət ərizəsinin nəticə hissəsində isə xx.xx.2023-cü il tarixli, MN ********** nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, sənədləri onu tərtib etmiş şəxsə geri qaytarılır. Ona görə də, X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli qərardan verdiyi şikayət ona əlavə olunmuş sənədlərlə birlikdə qərardan şikayət vermiş şəxs X2 geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 109.1.6-cı maddəsinə əsasən, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara xitam verilməsinə dair X3 tərəfindən verilmiş şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardan şikayət vermiş şəxs X2 qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilmiş nöqsanlar tam aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları izah olunsun. Bu Qərardaddan şikayət verilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar