Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2051/2025 14.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilmiş EQ 28794700 saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair X4 tərəfindən verilmiş şikayətin baxılmağa hazırlanması məsələsinə baxaraq, MÜƏYYƏN ETDİM: X4 şikayətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixli EQ 28794700 saylı, inzibati tənbeh vermə haqqında qərarı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib dönmək üçün təyin olunan yerdən 1-2 metr daha öncə dönmə əməliyyatı həyata keçirdiyinə görə 100 (yüz) manat və 3 bal cərimə olunmuşdur. Qeyd edir ki, bütün dönənlər bu şəkildə döndüyündən artıq təyin olunan yerdən öncə olan nişan belə pozulub dönmə yeri kimi görsənir. Bu polislər tərəfindən edilən çox böyük bir haqqızlıqdır. Cərimə də oğluna, Ağabəyli Sərxana yazılıb (həmin zaman Məmmədov Sərxan). Şikayət etmək üçün Sumqayıt Şəhər Baş X8 İdarəsinə müraciət etməklərinə baxmayaraq, onlara verilən məlumat yalnız o oldu ki, hamıya yazılır məhkəməyə verə bilərsiz, versəniz belə, uduzacaqsınız. Beləliklə, onlar dəbbə pulu gəlməsin deyə cəriməni ödədilər. Rəsmi müraciətlə qeyd etmişlər ki, sükan arxasında özü X4 olub. Bir ay sonra rəsmi şəkildə onlara məktub gəlir, ki guya video müşahidə kameraları vasitəsi ilə baxış keçirilib və sükan arxasında elə oğlu idi. Bu qədər haqsızlığa artıq dözə bilmədiyinə görə artıq hər iki məsələ üçün şikayət etmək qərarına gəldi. Həm yazılmış haqsız cərimə, həm də bəzi Polis əməkdaşlarının işə səhlənkar yanaşıb vətəndaşların işlərinə ciddi yanaşmadıqlarına görə şikayətinin təmin olunmasını xahiş edir. Hesab edir ki, inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli qərar inzibati xəta hadisəsi olmadığına görə ləğv edilməlidir. Məhkəmə şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Şikayətin geri qaytarılması üçün bir neçə əsas mövcuddur. İnzibati tənbeh vermə haqqında qərardan şikayətə baxılmasının nəticəsinə dair xx.xx.2025-ci il tarixli 3-13-16/1-M-133103 nömrəli qərardan məlum olur ki, xx.xx.2025-ci il tarixli elektron qərar X5 barəsində tərtib olunmuşdur. Lakin, elektron qərar sonuncunun atası Bəxtiyar Məmmədov tərəfindən mübahisələndirilmişdir. Məhkəmə bu hissədə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 65.1-1-ci maddəsinə əsasən məhkəmənin baxdığı inzibati xəta haqqında iş üzrə icraata fiziki şəxsin müdafiəçisi qismində yalnız vəkil, zərər çəkmiş fiziki şəxsin nümayəndəsi qismində isə onun yaxın qohumu və ya vəkil buraxılır. Hazırkı iş üzrə X5 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan, barəsində qərar çıxarılmış şəxs olduğundan şikayət etmək hüququ özünə və ya onun müdafiəçisi qismində səlahiyyətləri təsdiq edilmiş vəkilə aiddir. İnzibati xəta hadisəsi qeydə alınarkən nəqliyyat vasitəsinin Bəxtiyar Məmmədov tərəfindən faktiki idarə edilməsi faktı mövcud olsa belə, hazırkı mərhələdə şikayət etmək hüququ Sərxan Ağabəyliyə (Məmmədova) və ya onun müdafiəçisinə məxsusdur. Qüvvədə olan X3 əsasən yalnız zərərçəkmiş şəxsə münasibətdə yaxın qohum nümayəndə olmaq səlahiyyəti mövcuddur. Bundan başqa məhkəmə izah etməyi zəruri hesab edir ki, səlahiyyətli şəxs məhkəməyə müraciət edəcəyi təqdirdə İXM-ə əsasən şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətə riayət etməlidir. Şikayətə əlavə edilmiş materialdan görünür ki, mübahisələndirilən qərar xx.xx.2025ci il tarixdə tərtib olunub, şikayət isə 20 (iyirmi) gündən artıq müddət keçdikdən sonra, yəni xx.xx.2025-ci il tarixdə verilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Həmçinin Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Şikayət verən şəxs tərəfindən belə bir vəsatət verilməmiş, həmçinin mübahisələndirilən qərarı 20 gün müddətində əldə etməsi barədə hər hansı sübutu şikayətə əlavə edilməmişdir. X4 tərəfindən şikayətə xx.xx.2025-ci il tarixli EQ 28794700 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın surəti əlavə edilməmişdir ki, həmin tənbeh qərarının şikayətçidə mövcud olduğu təqdirdə məhkəməyə təqdim etməsi arzuolunandır. Göründüyü kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 28794700 saylı qərar X5 barəsində qəbul olunmuş, lakin həmin qərar qanuni səlahiyyəti olmayan X4 tərəfindən mübahisələndirilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 28794700 saylı qərardan vermiş olduğu şikayət ərizəsində olan nöqsanları (ərizəni Sərxan Ağabəyli(Məmmədov) və ya etibarnamə və vəkil orderi olan müdafiəçisi tərəfindən imzalanmaqla) aradan qaldıraraq şikayət vermək müddətinin bərpa edilməsi barədə ərizə ilə yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab qeyd edir ki, Bəxtiyar Məmmmədovun şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Odur ki, X1 şikayəti icraata qəbul edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 110, 128-132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X4 tərəfindən verilmiş şikayət ərizəsi, ona əlavə olunmuş sənədlərlə birlikdə X2 geri qaytarılsın. Şikayət vermiş şəxs X2 izah olunur ki, barəsində elektron qərar qəbul edilmiş şəxsin, yəni Ağabəyli (Məmmədov) Sərxan Bəxtiyar oğlunun və ya onun müdafiəçisi qismində vəkili məhkəməyə müraciət etməklə, elektron qərarın surətini şikayətə əlavə etməklə (arzuolunandır) və şikayət vermək müddətinin bərpa edilməsi barədə vəsatətlə yenidən məhkəməyə müraciət etmək hüququ vardır. Bu Qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-2051/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2051/2025
14.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver