Məhkəmə qərarları › İş №3(060)-2052/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2052/2023

07.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2052/2023 07.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Qararından şikayət verilən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin eibarnamə üzrə nümayəndəsi X3, Qərardan şikayət vermiş X1 iştirakı ilə Qərardan şikayət vermiş X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətinin bərpa olunması barədə vəsatətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X2 Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsi ilə təqsirli bilinib 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə edilmişdir. X2 həmin qərardan Sumqayıt Şəhər Məhkəməsinə şikayət vermişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X2 müddətin bərpası barədə vəsatəti onunla əsaslandırdı ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatında 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ******* saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində inzibati xəta qərarı qəbul edilərək İXM-nin 272.1-ci maddəsi ilə əsassız olaraq 700 (yeddi yüz) manat cərimə, hətta 420 (dörd yüz iyirmi) manat dəbbə pulu ödəməyi barədə qərar qəbul olunmuşdur. O, ümumiyyətlə qəsdən və ya ehtiyatsızlıqdan heç bir inzibati xəta törətməmişdir. Belə ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatında 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ******* saylı, xx.xx.2023-cü İl tarixli qərarından Sumqayıt şəhər İcra və probasiya şöbəsinin bildirişindən sonra xəbər tutmuşdur. Ona görə də, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN №1289341 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün prosesual müddətin buraxılması səbəblərini üzrlü hesab edilməsini və həmin müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qararından şikayət verilən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin eibarnamə üzrə nümayəndəsi X5 bildirdi ki, qərardan şikayət vermiş X2 qanunsuz balıq ovu ilə məşğul olduğu üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN №1289341 nömrəli inzibati tənbeh vermə haqqında qərar ilə 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Həmin cəriməni qanunla müəyyən olunmuş müddət ərzində ödəmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 150.13-cü maddəsinə əsasən hər gün üçün cərimənin 1 faizi məbləğində dəbbə pulu hesablanmışdır. X2 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN №1289341 nömrəli inzibati tənbeh vermə haqqında qərarı o, xx.xx.2023-cü il tarixdə qəbzə imza edilməklə qəbul edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN №1289341 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsinə dair şikayət vermiş X1 ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan xəbərnamə qəbzindən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN №1289341 nömrəli inzibati tənbeh vermə haqqında qərar xx.xx.2023-cü il tarixdə Xələfov soyadlı şəxs tərəfindən qəbzə imza edilməklə qəbul edilmişdir. Məhkəmə iş materiallarını və müddətin bərpasına dair dəlilləri araşdırıb belə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN №1289341 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsinə dair şikayət vermiş X1 ərizəsi təmin edilməməlidir. Beləliklə iş materiallarından müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN №1289341 nömrəli inzibati tənbeh vermə haqqında qərar xx.xx.2023-cü il tarixdə Xələfov soyadlı şəxs tərəfindən qəbzə imza edilməklə qəbul edilmişdir. X2 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN №1289341 nömrəli inzibati tənbeh vermə haqqında qərarı qəbul etsə də, qərardan qanunla müəyyən edilmiş qaydada şikayət vermə müddətində məhkəməyə şikayəti verməmiş, həmçinin X2 tərəfindən məhkəməyə qərardan qanunla müəyyən edilmiş qaydada şikayət vermə müddətinin üzürlü səbəblərdən buraxılmasını təsdiq edən heç bir mötəbər sübut təqdim edilməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN №1289341 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə üçün buraxılmış prosessual müddətin bərpası rədd olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 130.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN №1289341 nömrəli inzibati tənbeh vermə haqqında qərardan buraxılmış prosessual müddətin bərpa olunması barədə şikayəti rədd edilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar