Məhkəmə qərarları › İş №3(060)-2053/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2053/2023

03.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2053/2023 03.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə ünvan 1ində doğulmuş, ali təhsilli, evli, ünvan 1i ünvanında qeydiyyatda olan və ünvan 2vanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında AP seriyalı, ******* №-li protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, sürücü Sumqayıt şəhəri, St.Sumqayıt ərazisində saxlanılan zaman, alkotestr vasitəsilə yoxlanılmış, yoxlama zamanı alkoqol sərxoşluğu halında olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsi nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, özünü təqsirli bilmir, DYP əməkdaşları onu saat 08:40 radələrində saxlamışlar. O heç bir qayda pozuntusuna yol verməmişdir, polis əməkdaşı onu öz maşınına əyləşdirərək alkotestrlə onu yoxlamış, o 4 dəfə üflədikdən sonra onda alkoqol sərxoşluğu vəziyyəti olduğu aşkar olunmuşdur. Polis əməkdaşları maşını DYPŞ-nə aparmışlar, orada o bildirmişdir ki, işə tələsir, ona görə də onlar ona nə dedilərsə elə də izahat yazaraq oradan çıxıb getmiş, müdirinə zəng edərək işə gecikdiyini xəbər vermişdir. İdarədə olarkən ondan 400 manat cəriməni ödətdirmək istədilər ki, maşını buraxsınlar, o idarədən çıxdıqdan sonra narkoloji dispanserə gedərək orada yenidən yoxlanışdan keçmiş və onda alkoqol sərxoşluğu vəziyyəti aşkar olunmamışdır. Buna görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan alkotestin nəticəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə müayinə edilən vaxt, yəni xx.xx.2023-cü il tarixdə saat 08:31-də Şəxs sərxoş vəziyyətdə 0,447% olmuş, onda alkoqol sərxoşluğu vəziyyəti olmuşdur. İş materiallarında olan Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 4349 saylı, xx.xx.2023-cü il tarixli akta əsasən müayinə edilən vaxt yəni xx.xx.2023-cü il tarixdə saat 09:50-də Şəxs ayıq vəziyyətdə (alkoqolun miqdarı 0,00%) olmuş, onda alkoqol sərxoşluğu vəziyyəti olmamışdır. Bununla əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən sərxoşluğun təyini ekspertizası təyin edilmiş, xx.xx.2023-cü il tarixdə Sumqayıt Məhkəməsinə daxil olmuş 06.10.223-cü il tarixli 6315 saylı ekspert rəyindəndən görünür ki, alkoqol qəbulundan sonra 1 saat ərzində qanda alkoqlun miqdarı təxminən 0,2-0,3 promil % azalır, aşağı düşür. Belə ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 08:31-də alkometr cihazı ilə müayinə zamanı göstəricinin 0,447% olduğunu nəzərə alaraq, xx.xx.2023-cü il tarixdə saat 09:50-də göstəricinin 0,00 promil olması mümkündür. Şəxs müayinə olunduğu xx.xx.2023-cü il tarixdə saat 08:31-dən təkrar müayinə edildiyi xx.xx.2023-cü il tarixdə saat 09:50-dək olan müddət ərzində sərxoşluğun aradan qalxması mümkündür. Həmçinin iş materiallarında olan Şəxs izahtından görünr ki, o saxlanıldığı vaxt öz izahatında sərxoş olmasını bildirmişdir. Bundan əlavə inzibati xəta haqqında protokolda şəxs heç bir etirazının olmasını qeyd etməmişdir. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İ bəndinin 8-ci hissəsinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Məhkəmə hesab edir ki, Şəxs avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Onun ilkin olaraq yoxlandığı alkotestin nəticəsi mötəbər sübut kimi qiymətləndirilməlidir. Həmin alkotestin (0,447%) nəticəsi, tərtib edilmiş protokol, öz izahatı, məhkəmə araşdırması zamanı verilmiş eksper rəyi və digər sübutlarla təsdiq edilir. Buna görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, ona görə də, o həmin maddə ilə təqsirli bilinib barəsində müvafiq tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə qeyd olunanları və törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar