Məhkəmə qərarları › İş №3(060)-2055/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2055/2022

09.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2055/2022 09.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Zərərçəkmiş şəxslər X1 və Zərərçəkmiş şəxs1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1995-cı ildə Saatlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Saatlı rayonu, Saatlı şəhəri, X4 küçəsi, ev 24 ünvanında qeydiyyatda olmaqla ünvan 2ında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri Pİ-nin 5-ci PB-dən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə MN ******* nömrəli xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə Sumqayıt şəhəri, BTZ bağları ərazisində Fərhad Feyziyevə məxsus dayanmış vəziyyətdə olan “Mercedes” markalı, **-XX-*** dövlət nömrə nişanlı avtomaşının akumlyatorunu oğurlayaraq xırda talama etmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə MN ******* nömrəli xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə Ceyranbatan ərazisində Zərərçəkmiş şəxs1 aid “KAMAZ” markalı, **-DE-*** dövlət nömrə nişanlı maşının 02 (iki) ədəd akumlyatorunu oğurlayaraq xırda talama etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək bildirdi ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə Sumqayıt şəhəri BTZ bağları ərazisində Fərhad Feyziyevə məxsus dayanmış vəziyyətdə olan “Mercedes” markalı, **-XX-*** dövlət nömrə nişanlı avtomaşının 02 (iki) ədəd akumlyatorunu və həmin gecə Ceyranbatan ərazisində Zərərçəkmiş şəxs1 aid “KAMAZ” markalı, **-DE-*** dövlət nömrə nişanlı maşının 02 (iki) ədəd akumlyatorunu oğurlamışdır. Akumlyatorları oğurladıqdan sonra ertəsi gün yoldan keçən taksi ilə akumlyatorları Bakı şəhəri Binəqədi rayonu ərazisində metal qəbulu ilə məşğul olan şəxsə şəxsiyyət vəsiqəsini təqdim etməklə 240 (iki yüz qırx) manata satmış və həmin pulu özünə xərcləmişdir. Törətdiyi əməldən səmimi olaraq peşmandır, bir daha belə hallara yol verməyəcəyini və gələcəkdə ziyanı qaytaracağını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X2 məhkəmə iclasında bildirdi ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə ərzində yaşadığı evin qarşısında saxladığı ona məxsus “Mercedes” markalı, **-XX-*** dövlət nömrə nişanlı yük maşınının 02 (iki) ədəd akumlyatoru oğurlanmışdır. O hər bir akumlyatorun hazırki vəziyyətdə maddi dəyərinin 200 (iki yüz) manat olduğunu deyərək baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 400 (dörd yüz) manat dəyərində ziyan dəydiyini və ziyanın ödənilmədiyini bildirdi. Ona görə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında bildirdi ki, xx.xx.2022-ci il tarixdə axşam saatlarında özünə məxsus “KAMAZ” markalı, **-DE-*** dövlət nömrə nişanlı yük maşınını yaşadığı evin qarşısında küçədə saxlayıb evəgetmiş və xx.xx.2022-ci il tarixdə təxminən saat 07:00 radələrində yük maşınına yaxınlaşan zaman maşının 02 (iki) ədəd akumlyatorunun oğurlandığını görmüşdür. O hər bir akumlyatorun yenisinin biri 300 (üç yüz) manata olmaqla ikisini 600 (altı yüz) manata almışdır. Hazırki vəziyyətdə iki akumlyatorun işlənmiş vəziyyətdə dəyəri 400 (dörd yüz) manat olduğundan ona 400 (dörd yüz) manat dəyərində ziyan dəydiyini və ziyanın ödənilmədiyini bildirdi. Ona görə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi” haqqında qərarlardan görünür ki, cinayət işinin başlanılması rədd edilmiş, Şəxs əməlində Azərbacan Respublikası İXM-nin 227-ci maddəsinin tərkib əlamətləri olduğundan, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsindən ötrü qərarın surəti Sumqayıt ŞPİ-nə göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, proses iştirakçılarının izahatını, vəkilin çıxışını dinləyərək hesab edir ki, inzibati xətanın törədilməsi Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş MN ******* nömrəli və MN ******* nömrəli xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokollarla və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası həddində müəyyən edilmiş həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 18 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək 30 (otuz) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbsin əvvəli 09 avqust 2022-ci il tarixdən, saat 15:00-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 03 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar