Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2055/2023 11.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X3 katibliyilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsi 1-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində 28 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 232-1-ci maddəsi ilə inzibati xəta haqqında MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, xx.xx.2023-cü il tarixdə saat 12:00 – 13:00 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 27-nin qarşısında Şəxs Zərərçəkmiş şəxs məxsus Samsung markalı mobil telefonu və eynəyi yararsız hala salaraq ona ümumilikdə 75,00 manat maddi ziyan vurmuşdur. İnzibati xətanın törədilməsi ilə bağlı toplanmış material baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 28 avqust 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 11 sentyabr 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 232-1-ci maddəsi ilə özünü təqsirli bilməyərək izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə 2015-ci il təvəllüdlü oğlu Məhəmməd Ağazadə yaşadığı binanın həyətində uşaqlarla oynayan zaman qonşuluqda yaşayan oğlundan təxminən 2-3 yaş böyük olan Nahid adlı şəxs ilə aralarında mübahisə baş vermiş, mübahisə zamanı oğluna təpiklə vurmuş va nalayiq ifadələr işlətmişdir. Qeyd olunan hadisədən məlumatı olan zaman o, həmin uşağın yaşadığı evə getmiş Nahidin anası və nənəsinə iradını bildirmiş və evinə qayıtmışdır. Səhəri gün xx.xx.2023-cü il tarixdə saat 12 radələrində təkrar yenə həmin uşağın anası və nənəsi övladının üzərinə küçədə gələrək təhqir edərək hədə qorxular gəlmişlər. O, Nahidin anası və nənəsinin həyətdən keçdiklərini görmüş və onların arxasınca həyətə çıxaraq nə üçün oğlunu təhqir etmələrini bildirmək istəyərkən Zərərçəkmiş şəxs əli ilə ona cırmaq ataraq sifət və qollarını cırmışdır. Barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx.xx.2023 cu il tarixdə qonşu binada yaşayan adını sonradan bildiyi Lətifə onun yaşadığı ünvana gələrək oğlu Nahidla onun oğlu ilə arasında mübahisəyə görə iradını bildirmiş və kobud rəftar edərək təhqiredici sözlərdən istifadə etmiş və səs küy salaraq sonra çıxıb getmişdir. Səhəri gün mağazaya gedəndə Lətifənin oğlu Məhəmmədlə rastlaşmışdır. Mağazaya gedib qayıtdıqda binanın girişində Lətifənin dayandığını görmüş ona yaxınlaşıb niyə onun övladı barəsində nalayiq ifadələr işlətdiyini bildirən zaman üzərinə gələrək ona əl qol atmış və aralarında mübahisə baş vermişdir. Mübahisə zaman onun boynunda olan qızıl sepi qırılmışdır və Samsung A7 markalı telefonu yerə düşmüşdür. Qeyd olunanlara əsasən məhkəmədən ədalətli qərar qəbul olunmaını xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs əməlində İXM-nin 231-1-ci maddəsinin bütün əlamətləri mövcuddur. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsinin təhqiqatçısı polis baş leytenantı X2 HK-1/991 saylı, xx.xx.2023-cü il tarixli yoxlama materialı üzrə qəbul etdiyi “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, xx.xx.2023-ci il tarixdə Zərərçəkmiş şəxs maddi ziyan vurmuş Şəxs barəsində İXM-nin 232-1-ci maddəsinin tərkib əlamətləri mövcud olduğundan inzibati təsir tədbirlərinin görülməsindən ötrü qəbul olunmuş qərarın surəti aidiyyəti üzrə sahə rəisinə verilmişdir. İXM-nin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanılmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-nin 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, cinayət işinin başlanılmasının rədd olunması barədə qərar xx.xx.2023-cü il tarixdə qəbul olunsa da, Şəxs barəsində olan inzibati xəta haqqında protokol 28 avqust 2023-cü il tarixdə, yəni qanunla müəyyən olunmuş müddət keçdikdən sonra tərtib olunmuşdur. İXM-nin 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərədə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-nin 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38.3-cü maddəsində nəzərdə tutulmuş müddət keçdiyinə görə xitam verilməlidir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 38, 53.1.6, 114.2.1, 115, 129 və 130-cu maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsi tərəfindən tərtib edilmiş 28 avqust 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanmış inzibati xətaya dair iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-2055/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2055/2023
11.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver