Məhkəmə qərarları › İş №3(060)-206/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-206/2023

23.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-206/2023 23.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Protokolu tərtib etmiş şəxs-Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə rəisi, polis kapitanı Yusif Həsənovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs iştirakı ilə, xx.xx.1979-cu ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam-orta təhsilli, fərdi əməklə məşğul olan, subay,CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Xəzri yaşayış massivi, fərdi yaşayış evi ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiallara Sumqayıt şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə xx.xx.2023-cü il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 01:35-də üzərinə keçirilən baxış zamanı üzərindən 0,078 qram çəkidə heroin narkotik vasitə aşkar olunmuşdur. Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Məhkəmə iclasında protokolu tərtib etmiş Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə rəisi, polis kapitanı Yusif Həsənov göstərdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 01:35-də üzərinə keçirilən baxış zamanı üzərindən 0,078 qram çəkidə heroin narkotik vasitə aşkar olunmuşdur. Məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək göstərdi ki, təxminən 4-5 ildir ki, o narkotik vasitələrdən istifadə edir. Belə ki, narkotik vasitə olan kakosu siqaret kimi çəkir.O Natiq adlı şəxslə Sumqayıt şəhəri, Yaşıldərə bağları ərazisində bir nəfər şəxsin evində təmir işləri ilə məşğul olur. 05 dekabr 2022-ci il tarixdə təxminən saat 01:30 radələrində o tək Sumqayıt şəhəri, BTZ bağları ərazisində yaşayan Natiqin evinə gedirmiş ki, gecəni orada qalsın və səhər Natiqlə birlikdə işə getsin. O BTZ bağları ərazisində yerləşən “Brend” marketin yaxınlığından keçən zaman PPX əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək onunla söhbət etməyə başlamışlar. Söhbət zamanı onlar ondan üzərində qeyri-qanuni bir əşya olub-olmadığını soruşmuşlar, o da onlara üzərində narkotik vasitə olan kakos olduğunu bildirmişdir. Buna görə də polis əməkdaşları onu dəvət edərək Sumqayıt ŞPİ-nin 5-ci polis bölməsinə gətirmişlər. Polis bölməsində otaqların birində polis əməkdaşlarının və ona təqdim olunmuş vəkil X1 iştirakı ilə və onun razılığı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o əynində olan tünd göy rəngli parça gödəkçənin sol yan cibindən bir ədəd özünə məxsus “Nokia” markalı sadə telefonu, bir qutu “Rothmans” markalı siqareti, 4 manat pulu və həmin gödəkçənin sağ yan cibindən isə “Rothmans” markalı siqaret qutusunun içərisində siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində içərisində narkotik vasitə olan kakosu polis əməkdaşlarına təqdim etmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə olan kakosu srağagün, yəni xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yaşayan “Nikoş” adlı şəxsdən 7 manata özü istifadə etmək üçün almışdır. Üzərindən aşkar olunaraq götürülmüş bir bükümdə olan narkotik vasitə onun iştirakı ilə elektron tərəzidə ölçülmüş və 0,19 qram olması müəyyən olunmuşdur. Həmin narkotik vasitə polis əməkdaşları tərəfindən qablaşdırılaraq bu barədə protokol tərtib olunmuşdur. Bir qutu “Rothmans” markalı siqaret və 4 manat pul özünə qaytarılmış, bir ədəd “Nokia” markalı mobil telefonu isə protokola əlavə olunmuşdur. Protokol tərtib olunduqdan sonra isə ucadan oxunmuş və o digər iştirakçılarla birlikdə protokola imza etmişdir. O narkotik vasitədən ayda 1-2 dəfə istifadə edir. Əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarında olan 7415 saylı, xx.xx.2022-ci il tarixli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Şəxs opioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 6/6891 saylı, xx.xx.2022ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün №242” dairəvi möhür əksi olan, “Vət. Şəxs üzərindən aşkar olunmuş” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,078 qram olan qəhvəyi rəngli tozşəkilli maddəkustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirilən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 300 (üç yüz) manat cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar