Məhkəmə qərarları › İş №3(060)-2061/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2061/2023

28.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2061/2023 28.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X3 katibliyilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1974-cü ildə Ucar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 və 529.2-ci maddələri ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhəri üzrə İcra idarəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və ona əlavə olunmuş materiallara Sumqayıt Məhkəmə Konpleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 tərəfindən 28 avqust 2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1 və 529.2-ci maddələri ilə MN № ******* saylı və MN № ******* saylı inzibati xəta haqqında protokollar tərtib olunmuşdur ona görə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1620/2013 saylı xx.xx.2013-cü il tarixli icra sənədi üzrə qalıq 3.150,00 ABŞ dolları məbləğində vəsaiti ödənilməsi ilə bağlı icra məmurunun tələbi üzrsüz səbəbdən icra edilməmişdir. Bundan başqa o, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)- 1067/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi ilə müəyyən edilmiş 500,00 manat məbləğində cərimə qanuni qüvvəyə mindiyi 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməmişdir. İnzibati xəta haqqında protokol baxılmaq üçün məhkəməyə göndərilmiş və qeyd olunan material 28 avqust 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Sumqayıt Şəhər Məhkəməsinin 28 avqust 2023-cü il tarixli qərardadı ilə Şəxs İXMnin 528.1 və 529.2-ci maddələri ilə təqsirləndirilməsinə dair 3(060)-2061/2023 və 3(060)- 2060/2023 №li işlər bir icraatda 3(060)-2061/2023 nömrə ilə birləşdirilmişdir. Məhkəmədə protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1620/2013 saylı xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 3.500,00 ABŞ dolları tutularaq icra sənədi üzrə tələbkar Hüriyyə Mirzəyevaya ödənilməlidir. Borclu icra sənədi üzrə borcundan xx.xx.2022-ci il tarixdə tələbkara 300,00 manat ödəniş etmiş və qalıq 3.150,00 ABŞ dolları məbləğində vəsaiti üzrsüz səbəbdən icra edilməmişdir. Borclu barəsində məcburi icra tədbirləri görülmüş, icraata başlama haqqında qərar borcluya təqdim olunmuşdur. Ötən müddət ərzində borclu tərəfindən ödənişlər olmadığından tərəfindən borclu barəsində xx.xx.2023-cü il tarixdə İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib olunmuş və Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə o, təqsirli bilinərək 500,00 manat inzibati cərimə olunmuşdur. Bundan başqa o, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1067/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinmiş və o, 500,00 manat məbləğində inzibati cərimə olunmuşdur. Cərimə qanuni qüvvəyə mindiyi 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilmədiyindən onun barəsində İXM-nin 529.2-ci maddəsi ilə protokol tərtib etmişdir. Borclu barəsində axtarış qərarı qəbul olunmuş. Odur ki, məhkəmədən qanuna müvafiq qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən ondan 3.500,00 ABŞ dolları tutularaq icra sənədi üzrə tələbkar Hüriyyə Mirzəyevaya ödənilməlidir. O, icra sənədi üzrə borcundan xx.xx.2022-ci il tarixdə tələbkara 300,00 manat ödəniş etmişdir. Bundan başqa Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən o, İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500,00 manat məbləğində inzibati cərimə olunmuşdur. Halhazırda icra sənədləri üzrə borcdan ödəniş etməyə maddi imkanı yoxdur, lakin qısa müddət ərzində borcundan ödənişlər edəcəkdir. Qeyd olunanlara əsasən barəsində ədalətli qərar qəbul olunmasını xahiş etdi. İş materiallarında olan 2(060)-1620/2013 saylı, xx.xx.2013-cü il tarixli icra vərəqəsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1620/2013 saylı qətnaməsinə əsasən borclu şəxs Şəxs 350,00 ABŞ dolları tutularaq X2 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1067/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 manat məbləğində cərimə olunmuşdur. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və protokol tərtib etmiş şəxsin izahatlarını dinləyərək və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 528.1 və 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir və o, həmin maddələrin sanksiyası həddində tənbeh edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətaların xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1067/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500,00 manat məbləğində cərimə olunmasına dair icra sənədini də qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətdən artıq keçməsinə baxmayaraq qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyindən ona İXM-nin 529.2-ci maddəsinin sanksiyası həddində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməlidir. İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 28.1-ci maddəsinə əsasən ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. İXM-in 28.2-ci maddəsinə əsasən ictimai işlər yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 28.3-cü maddəsinə əsasən ictimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. İXM-in 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə X5ni gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. İXM-nin 145.1.6-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərarı icra etməməyə görə bu Məcəllənin 529.1, 529.2 və ya 529.4cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edildikdə qərarın icrasına xitam verilir. İXM-nin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və icra sənədində göstərilən tələbi üzrlü səbəb olmadan ödəmədiyini nəzərə alaraq hesab edir ki, Şəxs ictimai işlər növündə inzibati tənbehlər tətbiq edilməlidir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1 və 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin İXM-nin 34.3-cü maddəsinə əsasən ona X5 tətbiq edilməklə 160 (bir yüz altmış) saat ictimai işlər tənbeh növü tətbiq olunsun. Qərarın icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə X5ni gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1176/2023 saylı xx.xx.2023-cü il tarixli qərarını icra etməməsinə görə İXM-nin 529.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunduğundan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1067/2023 saylı xx.xx.2023-cü il tarixli qərarının icrasına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar