Məhkəmə qərarları › İş №3(060)-2062/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2062/2022

10.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2062/2022 10.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Protokol tərtib edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X3, Tələbkar Mikayılova (Həsənova) Sevinc Rafael qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1964-cü ildə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhər üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X6 tərəfindən xx.xx.2022ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək barəsində MN ******* №-li protokol tərtib olunmuşdur. Protokolda göstərilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4713/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən ödəməli olduğu 6240 (altı min iki yüz qırx) manat aliment pulundan üzürsüz səbəbdən icra etməmişdir. Bu günə 4320 (dörd min üç yüz iyirmi) manat ödənilməyən borc qalamışdır. Məhkəmə iclasında protokol tərtib edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X6 izahat verərək bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 4713/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən xx.xx.2004-cü il təvəllüdlü X1 üçün Şəxs hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq Mikayılova (Həsənova) Sevinc Rafael qızına verilməsi qət edilmişdir. İcra işində olan qəbzlər və bank çıxarışlarından müəyyən olunmuşdur ki, 6240 (altı min iki yüz qırx) manat aliment məbləğindən 4320 (dörd min üç yüz iyirmi) manat ödənilməmiş aliment borcu qalmışdır. Dəfələrlə yığılmış aliment borcunun ödənilməsi borcluya bildirilsə də, borcu ödəməmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə müraciət olunmuşdur. Protokolu müdafiə etdiyini və borclu Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahat verərək bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4713/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən xx.xx.2004-cü il təvəllüdlü X1 üçün ondan hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq Mikayılova (Həsənova) Sevinc Rafael qızına verilməsi qət edilmişdir. Ödənişlər etdiyini deyərək borc məbləğinin səhv hesablandığını bildirmişdir. Uşaqların onun olmadığını və Sumqayıt Şəhər Məhkəməsində atalığın müəyyən olunması haqqında mülki iddia qaldırdığını bildirmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiası rədd edilmiş, həmin qətnamədən apellyasiya şikayəti vermiş və hal-hazırda mülki iş Sumqayıt Apellyasiya Məhkəmədinin icraatındadır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən məhkəmə-genetik ekspertiza təyin edilməsinə baxmayaraq tələbkar Mikayılova (Həsənova) Sevinc Rafael qızı ekspertiza keçirilməsi üçün gəlməmişdir. DNT analizinin verilməsini tələbkardan tələb etmiş, o isə bundan yayınmışdır. Uşaqların onun olması məhkəmə-genetik ekspertizası tərəfindən təsdiq edilməsə aliment verməyəcəyini bildirdi. Məhkəmə iclasında tələbkar Mikayılova (Həsənova) Sevinc Rafael qızı izahat verərək bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4713/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən xx.xx.2004-cü il təvəllüdlü X1 üçün Şəxs hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Aliment miqdarını vaxtında ödəmədiyi üçün borc yığılmışdır. Ekspertiza təyin olunan gün uşaq xəstə olduğu üçün gedə bilməmişlər. Yığılan aliment borcunun ödənilməsini bildirərək barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-586/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Şəxs cavabdehlər X4 və X2 atası olmadığının müəyyən olunması və Sumqayıt Şəhər Qeydiyyat Şöbəsi tərəfindən X4 və X2 doğum haqqında qeydindən uşağın atası kimi onun barəsində olan məlumatların cıxarılması tələbi rədd edilmişdir. İş materiallarında olan 2(105)-1520/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən iddiaçı Şəxs cavabdehlər X4 və X2 atası olmadığının müəyyən olunması və Sumqayıt Şəhər Qeydiyyat Şöbəsi tərəfindən X4 və X2 doğum haqqında qeydindən uşağın atası kimi onun barəsində olan məlumatların cıxarılması tələbinə dair mülki iş üzrə məhkəmə-genetik ekspertizası təyin edilmişdir. Məhkəmə proses iştirakçısının izahatını, vəkilin çıxışını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhər üzrə İcra idarəsinə geri qaytarılmalıdır. Belə ki, hal-hazırda Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında borclu Şəxs hazırki iş üzrə aliment ödənilməsi tələb edilən X5 qarşı atası olmadığının müəyyən olunması və Sumqayıt Şəhər Qeydiyyat Şöbəsi tərəfindən X2 doğum haqqında qeydindən uşağın atası kimi onun barəsində olan məlumatların cıxarılması tələbinə dair mülki iş olduğundan və bu işlər bir-biri ilə əlaqəli olduğundan Sumqayıt Apellyasiya Məhkəməsinin icraatındakı mülki iş üzrə nəticə verilmədiyindən Şəxs inzibati iş üzrə məsuliyyətə cəlb edilib-edilməməsi məsələsinə baxılması məqsədə müvafiq deyildir. Beləliklə məhkəmə hesab edir ki, Sumqayıt Şəhəri üzrə İcra İdarəsi tərəfindən Şəxs barəsində məhkəməyə təqdim edilmiş sənədlər natamamdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhəri üzrə İcra idarəsinə geri qaytarılsın. Sumqayıt şəhəri üzrə İcra idarəsinə qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilmiş nöqsanlar tam aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları izah olunsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 05 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Bu Qərardaddan şikayət verilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar