Məhkəmə qərarları › İş №3(060)-2064/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2064/2021

29.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2064/2021 29.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyiilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvaninda qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 tərəfindən 25 may 2021-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Səbail Rayon Polis İdarəsi 8-ci polis bölməsinin 25.11.2020-ci il tarixli qərarına əsasən Şəxs 1.00,00 manat məbləğində cərimə edilmiş, lakin 3 aydan artıq müddət ərzində icra etməmişdir. Sumqayıt şəhəri üzrə İcra idarəsi tərəfindən inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmiş və qeyd olunan material 14 iyun 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 29 iyun 2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra idarəsi icra məmuru X2 məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, Səbail Rayon Polis İdarəsi 8-ci polis bölməsinin 25.11.2020-ci il tarixli, MN № ******* saylı inzibati protokol üzrə 25.11.2020-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın tərtib olunmasına əsas olmuş cəriməni tam olaraq ödəmişdir. Qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Şəxs tərəfindən məhkəməyə təqdim olunmuş “xxxx” ASC-nin 20773 №-li ödəniş qəbzindən görünür ki, Şəxs barəsində tərtib olunmuş MN № ******* №li inzibati xəta haqqında protokol üzrə cərimə pulu tam olaraq ödənilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, Şəxs inzibati məsuliyyətdən azad edilməlidir. İş materiallarında olan Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 tərəfindən verilmiş 17.02.2021-ci il tarixli «icraata başlamaq haqqında» qərarının surətindən görünür ki, Səbail Rayon Polis İdarəsi 8-ci polis bölməsinin 25.11.2020-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar üzrə icraata başlanmışdır. İş materiallarında olan Sumqayıt şəhəri üzrə İcra idarəsi tərəfindən Şəxs ünvanlanmış 17.02.2021-ci il tarixli 41596/21-37 saylı bildirişin surətindən görünür ki, Səbail Rayon Polis İdarəsi 8-ci polis bölməsinin 25.11.2020-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarının könüllü icrası üçün həmin şəxsə 10 gün vaxt verilmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru tərəfindən 25.05.2021-ci il tarixli borcludan icra sənədi ilə bağlı izahat alınmış və həmin izahatında hazırda cəriməni ödəməyə maddi imkanının olmamasını qeyd etmişdir. İXM-nin 529.1-cı maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Bundan başqa, həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, həmin Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə cərimələr məhkəmə qərarı qəbul edilənədək ödənildiyinə görə, o, inzibati məsuliyyətdən azad olunmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1, 115, 129 və 130-cu maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs inzibati məsuliyyətdən azad olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar