Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2066/2021 16.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X7 Məmmədovun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, Sumqayıt şəhər prokurorunun köməkçisi, İ dərəcəli hüquqşünas X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Quluyev Ceyhun Ələmqulu oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili X3 iştirakıları ilə, xx.xx.1977-ci ildə Qubadlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, İİ qrup əlil, “xxxx” MMC-də sürücü vəxifəsində işləmiş, Qubadlı rayonu, Muğanlı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən məcburi köçkünlər binasında yaşayan Quluyev Ceyhun Ələmqulu oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1, 333.1 və 511.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhər prokuroru, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov tərəfindən Quluyev Ceyhun Ələmqulu oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1, 333.1 və 511.1-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraatın başlnması haqqında 03 iyun 2021-ci il tarixli qərar qəbul olunmuşdur ona görə ki, 04.02.2021-ci il tarixdə saat 19:55 radələrində, Qubadlı rayonunun Muğanlı kəndində qeydiyyatda olan, Bakı şəhər Qaradağ rayonu, Müşfıqabad qəsəbəsində yerləşən məcburi köçkünlər binasında yaşayan 04.02.1977-ci il təvəllüdlü Quluyev Ceyhun Ələmqulu oğlu Sumqayıt şəhər Sülh və Koroğlu prospektinin kəsişməsində idarə etdiyi, Bakı şəhər Binəqədi rayonu “xxxx” 3 saylı Avtonəqliyyat müəsisəsinə məxsus “Daewoo” markalı **- TG-*** dövlət nömrə nişanlı 114 saylı avtobusla işıqforun qırmızı işığında hərəkətini davam etdirdiyi üçün həmin ərazidə xidmət aparan çağırışlı “Hyundai İX35” markalı **-YP-*** dövlət nömrə nişanlı avtopatrulun inspektorları saxla işarəsi vermiş, sürücü kobud manevr qaydalarını pozaraq tabesizlik göstərərək hərəkətini davam etdirmiş, Azərbaycan prospekti istiqamətində hərəkətdə olarkən xüsusi vasitələr tətbiq edilməklə avtobus dayandırıldıqdan sonra barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün ona yaxınlaşan Sumqayıt şəhər Polis İdarəsinin DYPŞ-nin 2035 çağırışlı “BMW” markalı **-YP- *** dövlət nömrə nişanlı avtopatrulda xidmətdə olan həmin şöbənin Yol patrul xidmətinin baş inspektoru, polis leytenantı X6 1 dəfə yumruqla sifət nahiyyəsinə və 1 dəfə təpiklə sol baldır nahiyyəsinə zərbə endirməklə hakimiyyət nümayəndəsi hesab edilən polis əməkdaşına qarşı zor tətbiq etmişdir. Sumqayıt şəhər prokurorluğu tərəfindən Quluyev Ceyhun Ələmqulu oğlu barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 14 iyun 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə iclasında Sumqayıt şəhər prokurorunun köməkçisi, İ dərəcəli hüquqşünas X4 qəbul edilmiş qərara uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Quluyev Ceyhun Ələmqulu oğlu özünü təqsirli bilərək izahatında göstərdi ki, 04.02.2021-ci il tarixdə saat 19:55 radələrində, Sumqayıt şəhər Sülh və Koroğlu prospektinin kəsişməsində idarə etdiyi, Bakı şəhər Binəqədi rayonu “xxxx” 3 saylı Avtonəqliyyat müəsisəsinə məxsus “Daewoo” markalı **-TG- *** dövlət nömrə nişanlı 114 saylı avtobusla işıqforun qırmızı işığında hərəkətini davam etdirdiyi üçün həmin ərazidə xidmət aparan avtopatrulun inspektorları saxla işarəsi vermiş, o, isə tabesizlik göstərərək hərəkətini davam etmişdir. Bu hərəkətlərinə görə peşimandır. Barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Quluyev Ceyhun Ələmqulu oğlunun vəkili X5 qeyd etdi ki, hazırda qərarda qeyd olunan xüsüsiyyətlərlə bağlı hüqquqlarını müdafiə etdiyi şəxs batrəsində cinayət işi vardır. Qərarda qeyd olunan məsələlər həmin cinayət işinin predmetinə aid olduğu üçün hazırkı protokol tərtib oluna bilməzdir. Qeyd olunanların nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiaında olan Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına görə Quluyev Ceyhun Ələmqulu oğlu müayinə vaxtı (04.02.2021-ci il tarixdə) alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. İş materialında olan Məhkəmə Ekspertizası Mərkəzinin 17 mart 2021-ci il tarixli 9/1045 saylı ekspertiza rəyindən görünür ki, Tədqiq edilən 2011 -ci il buraxılışlı “Daewoo BS 090” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtobusun 04 fevral 2021-ci il tarixdə baş vermiş hadisə nəticəsində zədələnməsindən zərərçəkmişə dəymiş maddi ziyanın məbləği (təmir-bərpa işlərinin dəyəri), hissələrə düşən köhnəlmə faizi nəzərə alınmaqla nəzəri hesablama yolu ilə təxminən 2930,00 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti - 2430,00 manat, təmir işlərinin qiyməti - 500,00 manat. Aparılmış ekspert tədqiqatı nəticəsində təqdim edilmiş “Mərcan” firması tərəfindən 11 fevral 2021-ci il tarixdə verilmiş arayışda olan dəyişilməli ehtiyyat hissələri və təmir-bərpa işləri barədə məlumatlarına əsasən, təzə avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2011 -ci il buraxılışlı “Hyundai İX35 minik” markalı **-YP-*** dövlət nömrə nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən günə, yəni 04 fevral 2021-ci il tarixdə nəzəri hesablama yolu ilə təxminən 2105,00 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti - 1655,00 manat, təmir- bərpa işlərinin qiyməti - 450,00 manat; Tədqiq edilən 2011 -ci il buraxılışlı “Hyundai İX35 minik” markalı **-YP-*** dövlət nömrə nişanlı avtomobilin 04 fevral 2021-ci il tarixdə baş vermiş hadisə nəticəsində zədələnməsindən zərərçəkmişə dəymiş maddi ziyanın məbləği (təmir-bərpa işlərinin dəyəri), hissələrə düşən köhnəlmə faizi nəzərə alınmaqla nəzəri hesablama yolu ilə təxminən 1670,00 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti - 1220,00 manat, təmir işlərinin qiyməti - 450,00 manat. Aparılmış ekspert tədqiqatı nəticəsində təqdim edilmiş “Mərcan” firması tərəfindən 11 fevral 2021-ci il tarixdə verilmiş arayışda olan dəyişilməli ehtiyyat hissələri və təmir-bərpa işləri barədə məlumatlarına əsasən, təzə avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2013-cü il buraxılışlı “BMW 328İ minik” markalı **-YP-*** dövlət nömrə nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən günə, yəni 04 fevral 2021-ci il tarixdə nəzəri hesablama yolu ilə təxminən 2780,00 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti - 2250,00 manat, təmir- bərpa işlərinin qiyməti - 530,00 manat; Tədqiq edilən 2013-cü il buraxılışlı “BMW 328İ minik” markalı **-YP-*** dövlət nömrə nişanlı avtomobilin 04 fevral 2021-ci il tarixdə baş vermiş hadisə nəticəsində zədələnməsindən zərərçəkmişə dəymiş maddi ziyanın məbləği (təmir-bərpa işlərinin dəyəri), hissələrə düşən köhnəlmə faizi nəzərə alınmaqla nəzəri hesablama yolu ilə təxminən 2348,00 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti - 1818,00 manat, təmir işlərinin qiyməti - 530,00 manat. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Quluyev Ceyhun Ələmqulu oğlunu və qərar qəbul etmiş oraqnın nümayəndəsini dinləyib, inzibati materiallara əlavə olunmuş Quluyev Ceyhun Ələmqulu oğlunun törətməsi istinad olunan inzibati xətaların əks etdirən (DVD diski dinləyib) sübutlara qiymət verərək hesab edir ki, Quluyev Ceyhun Ələmqulu oğlunun İnzibati Xətalar Məcəlləsinin 232-1, 333.1 və 511.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və ona qeyd olunan maddələr üzrə inzibati tənbeh tətbiq olunmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Quluyev Ceyhun Ələmqulu oğlunun səmimi peşmançılığını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Ağırlaşdıran hallar müəyyən olunmadı. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 926057 №-li aktından görünür ki, Quluyev Ceyhun Ələmqulu oğlu İİ qrup əlildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində 14 yaşınadək uşağı olan qadınlar, 14 yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz.İnzibati xətanın xarakterini xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Quluyev Ceyhun Ələmqulu oğlu inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Quluyev Ceyhun Ələmqulu oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1, 333.1 və 511.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq olunmaqla Quluyev Ceyhun Ələmqulu oğlunun nəqliyyat vasitələrini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-2066/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2066/2021
16.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver