Məhkəmə qərarları › İş №3(060)-2066/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2066/2022

10.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2066/2022 10.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X9, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Gümşüdlü Orxan Elçin oğlunun, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, Sumqayıt şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 yaşayan Gümşüdlü Orxan Elçin oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 və 529.2-ci maddələri ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X12 tərəfindən 10 avqust 2022-ci il tarixdə Gümşüdlü Orxan Elçin oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 maddəi ilə xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Gümşüdlü Orxan Elçin oğlu Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1422/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsini üzürsüz səbəbdən icra etməmiş və nəticədə 6960 manat aliment borcu yaranmışdır. Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X12 tərəfindən 10 avqust 2022-ci il tarixdə Gümşüdlü Orxan Elçin oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Gümşüdlü Orxan Elçin oğlu Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1704/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən qərar qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətdən artıq keçməsinə baxmayaraq 300 manat cəriməni ödəməmişdir. Protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X12 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1422/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Gümşüdlü Orxan Elçin oğlundan xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadən saxlanmaları üçün hər ay hər uşağa görə 120 (yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutulub iddiaçı X4 verilməsi qət edilmişdir. Bundan əlavə Gümşüdlü Orxan Elçin oğlu Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1704/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 manat məbləğində cərimə olunmuşdur. Dəfələrlə onun tərəfindən Gümşüdlü Orxan Elçin oğluna aliment miqdarının və cərimənin ödənilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq ödəniş etməmiş və çağırışlara gəlməmişdir. Gümşüdlü Orxan Elçin oğlunun barəsində məcburi gətirilmə barədə qərar çıxarılmış, qərar icra olunaraq o Sumqayıt şəhəri üzrə İcra İdarəsinə gətirilmiş, lakin tələbkarla razılığa gəlmişlər. Sonradan tələbkar ona müraciət edərək borclunun verdiyi sözə əməl etmədiyini bildirmiş, yenidən Sumqayıt şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilmiş və barəsində protokol tərtib edilərək məhkəməyə müraciət olunmuşdur. Onun barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Gümşüdlü Orxan Elçin oğlu məhkəmə iclasında izahat verərək bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1422/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən ondan xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadən saxlanmaları üçün hər ay hər uşağa görə 120 (yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutulub iddiaçı X4 verilməsi qət edilmişdir. Bundan əlavə o Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1704/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 manat məbləğində cərimə olunmuşdur. Maddi imkanı zəif olduğuna görə hal-hazırda ödəniş edə bilmir. Borclardan gələcəkdə hissə-hissə ödəniş edəcəyini bildirərək barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1422/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Gümşüdlü Orxan Elçin oğlundan xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadən saxlanmaları üçün hər ay hər uşağa görə 120 (yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutulub ona verilməsi qət edilmişdir. Dəfələrlə müraciət etməyinə baxmayaraq borclu alimenti ödəməkdən boyun qaçırır və buna görə də, 6900 manat borc yaranmışdır. Alimenti ödəyəcəyinə söz verdiyini nəzərə alaraq onun barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan 2(060)-1422/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1422/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Gümşüdlü Orxan Elçin oğlundan xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadən saxlanmaları üçün hər ay hər uşağa görə 120 (yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutulub ona verilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1704/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Gümşüdlü Orxan Elçin oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan X1 10.08.022-ci il tarixli ərizəsindən görünür ki, o, borclu Gümşüdlü Orxan Elçin oğlu ilə razılığa gəlmişlər, ona görə də, onun barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, tələbkarın izahatlarını, vəkilin çıxışını dinləyərək və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Gümşüdlü Orxan Elçin oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilməli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə isə nəzərdə tutulmuş inzibati xətaları törətmiş və ona həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəlləsinin 529.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır. İnzibati xəta haqqında işə baxılarkən Gümşüdlü Orxan Elçin oğlunun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmadı. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Gümşüdlü Orxan Elçin oğlu Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1422/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Gümşüdlü Orxan Elçin oğlundan xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadən saxlanmaları üçün hər ay hər uşağa görə 120 (yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutulub iddiaçı X4 verilməsi qət edilsə də, bu günədək onun tərəfindən icra sənədləri icra etməmişdir. Lakin tələbkar ərizə ilə məhkəməyə müraciət edərək borclu ilə razılığa gəldiklərini bildirərək onun barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Ona görə də, Gümşüdlü Orxan Elçin oğlunun barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Gümşüdlü Orxan Elçin oğlu Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1704/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 manat məbləğində cərimə olunmuşdur. Lakin icra sənədi qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətdən artıq keçməsinə baxmayaraq qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməmişdir. Ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsinin sanksiyası həddində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 18 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə, qərara aldı : Gümşüdlü Orxan Elçin oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Gümşüdlü Orxan Elçin oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin, ona 160 (yüz altmış) saat ictimai işlər tənbeh növü tətbiq olunsun. Qərarın icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Gümşüdlü Orxan Elçin oğlunun üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən X8 Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 03 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar