Məhkəmə qərarları › İş №3(060)-2068/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2068/2021

17.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2068/2021 17.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğsədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, Vəsatət vermiş şəxs X2 iştirakı ilə, Bakı Nəqliyyat Agentliyinin 29.03.2021-ci il tarixdə, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair X3 tərəfindən verilmiş şikayət ərizəsinə baxaraq, müəyyən etdi: X3 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Bakı Nəqliyyat Agentliyinin inzibati tənbeh vermə haqqında BNA ******* saylı, 29.03.2021-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. X3 eyni zamanda şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair vəsatətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək ötürülmüş müddətin üzürlü hesab edilərək şikayətə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 17.06.2021-ci il tarixli qərarı ilə şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizə təmin edilməmişdir. Ötürülmüş prosessual müddətin bərpasına dair ərizə təmin edilmədiyindən şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118, və 132-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: Bakı Nəqliyyat Agentliyinin 29.03.2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair X3 tərəfindən verilmiş şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. Bu Qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar