Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-207/2023 23.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Məmmədov icraatımda olan Sumqayıt şəhər Polis İdarəsi 5-ci polis bölməsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərə işin baxılmağa hazırlanması zamanı baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə (bundan sonra mətndə İXM-nin) 23 yanvar 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 14:00 radələrində qeyri-rəsmi arvadı X3 birlikdə yaşadığı Sumqayıt şəhəri, BTZ bağlarındakı fərdi evdə döymüşdür. İnzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. İş materiallarına əlavə olunmuş Sumqayıt ŞPİ-nin 5-ci PB-nin baş təhqiqatçısı, polis mayoru X1 HK-1/1135 saylı yoxlama materialı üzrə qəbul etdiyi “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə Şəxs İXM-nin 157-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunmalıdır. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər MTE və PA şöbəsinin xx.xx.2022-ci il tarixli (bölməyə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur) 1909 saylı ekspert rəyi alınaraq müəyyən edilmişdir ki, X2 bədəni üzərindəki xəsarətlər - «sol gözətrafının qançırı» küt əşya təsirindən törənmişdir, xx.xx.2022-ci il tarixdə göstərilən şəraitdə əmələ gələ bilər, özü-özünə yetirməsi inkar olunur və dərəcəsinə görə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməmişdir. İş materiallarına əlavə olunmuş Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-208/2023 saylı, 23 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Sumqayıt ŞPİ-nin 5-ci PB-nin baş təhqiqatçısı, polis mayoru X1 HK-1/1135 saylı yoxlama materialı üzrə qəbul etdiyi “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə Şəxs İXM-nin 157-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunmuş və İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 350,00 (üç yüz əlli) manat məbləğində cərimə olunmuşdur. Belə ki, hazırkı inzibati xətaya görə Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli qərarı ilə inzibati xətanın törədilməsində təqsirli bilinərək 350,00 manat məbləğində inzibati qaydada cərimə olunduğundan o, ikinci dəfə eyni inzibati məsuliyyətə cəlb oluna bilməz. İXM-nin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 106.0.3-cü madəsinə əsasən hakim inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilibedilməməsini yoxlayır. Həmin məcəllənin 109.1.6-ci maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılmasına dair qərar qəbul edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən hazırkı iş üzrə inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə uyğun olmadığından həmin protokol və protokola əlavə olunmuş sənədlər onu tərtib edən orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100, 106, 109-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: Sumqayıt şəhər Polis İdarəsi 5-ci polis bölməsi tərəfindən Şəxs barəsində tərtib olunmuş 23 yanvar 2023-cü il tarixli, MN № ******* №li inzibati xəta haqqında protokol və protokola əlavə olunmuş sənədlər onu tərtib edən oraqna, yəni Sumqayıt şəhər Polis İdarəsinin 5-ci polis bölməsinə geri qaytarılsın. Hazırkı qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-207/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-207/2023
23.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver