Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-207/2025 21.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiallara baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddələri ilə inzibati xəta haqqında 21 yanvar 2025-ci il tarixli İXP seriyalı ******* və ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2024cü il tarixdə saat 11.00 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “X1” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yolun kənarında dayanan “Mercedes” markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobili arxadan vuraraq həmin avtomobilə maddi ziyan vurmuşdur və xx.xx.2025-ci il tarixdə saat 21.38 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “X1” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt şəhəri, C.Məmmədquluzadə küçəsində svetaforun qadağanedici işığında dayanarkən qarşısında dayanan “Volsvagen” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobili arxadan vuraraq həmin avtomobilə maddi ziyan vurmuşdur. Azərbaycan Respublikası Sumqayıt şəhər DYPŞ-si tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəlləsinin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” 02 sentyabr 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə görə, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin orqan Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq bu xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddələri ilə təqsirləndirilməsinə dair 21 yanvar 2025-ci il tarixli İXP seriyalı ******* və ******* nömrəli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-207/2025 və 3(060)-208/2025 nömrəli işlər bir icraatda 3(060)-208/2025 nömrə ilə birləşdirilməli, 3(060)-207/2025 nömrəli iş birləşdirildiyi üçün həmin nömrə üzrə işin icraatına xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2, 109, 118-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddələri ilə təqsirləndirilməsinə dair 21 yanvar 2025-ci il tarixli İXP seriyalı ******* və ******* nömrəli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)- 207/2025 və 3(060)-208/2025 nömrəli işlər bir icraatda 3(060)-208/2024 nömrə ilə birləşdirilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddələri ilə inzibati xəta haqqında materiallar 3(060)-208/2025 nömrə ilə məhkəmənin icraatına qəbul edilsin. İşin açıq məhkəmə baxışı «21» yanvar 2025-ci il tarixə, saat 14:20-ə məhkəmə binasına təyin edilsin. Məhkəmə iclası Azərbaycan dilində aparılsın. İnzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının işin baxılmasında iştirakı təmin edilsin. Hakim Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-207/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-207/2025
21.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver