Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2070/2022 01.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Protokol tərtib edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta haqqında icraat aparılan “TABATERRA“ QSC-nin müdafiəçisi və etibarnamə üzrə nümayəndəsi “Faiq Nağıyev və Partnyorları” Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, “TABATERRA“ QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən Şəxs QSC barəsində inzibati xəta haqqında 09 avqust 2022-ci il tarixli, 00700-0165/22 saylı protokol tərtib edilmişdir ona görə ki, Gömrük əməliyyatları idarəsindən daxil olmuş 34/012/002734 saylı xx.xx.2022-ci il tarixli raportda Şəxs QSC (VÖEN **********) tərəfindən xx.xx.2022-ci il tarixdə **********13766 nömrəli malın qeydiyyat (barkod) kodu ilə idxal olunan Litva mənşəli “siqaret istehsalı üçün filterlər” yükünün netto çəkisi mal müşayət sənədlərində 2775.00 kq göstərildiyi halda sərhəd keçid gömrük məntəqəsi tərəfindən əlavə olaraq 2687.00 kq artıq çəki müəyyən edilərək VAİS proqramında qeyd edildiyi, Şəxs QSC tərəfindən idxal edilən mallar gömrük orqanına xx.xx.2022-ci il tarixli **********7375 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edildikdən sonra xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri “Sumqayıt Kimya Sənaye Park”ının ərazisində yerləşən Şəxs QSC-nin anbarında mallara gömrük yoxlaması tətbiq edildiyi, nəticədə malların ədəd sayı bəyannamədə göstərilənlərlə eynilik təşkil edərək ******* ədəd, netto çəkisi isə gömrük bəyannaməsində və **********7579 sorğu nömrəli qısa idxal bəyannaməsində bəyan ediləndən 1712.00 kq artıq olduğu qeyd edilmişdir. Məhkəmədə protokol tərtib edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, Şəxs QSC ölkəyə idxal etdiyi mallar barədə Gömrük orqanına bəyannamə təqdim etmişdir. Bəyannamədə malın çəkisi 2775.00 kq göstərilmişdir. Yoxlama keçirildikdən sonra malın çəkisi 2775.00 kq deyil 1712.00 kq artıq olduğu müəyyən edilmişdir. Həmin çəki Gömrük orqanı tərəfindən müəyyən edildikdən sonra gömrük əməkdaşları Şəxs QSC-yə məxsus Sumqayıt Kimya Sənaye Park”ının ərazisində mallar baxış keçirilmiş və Şəxs QSC gömrük bəyannaməsində malların çəkisini düzgün göstərmədiyi müəyyən olunmuşdur. Həmin bəyan edilməyən çəki idxal etdiyi gömrük bəyannaməsinə təsir etmir. Raport daxil olmuş, materialın araşdırılması nəticəsində Şəxs QSC barəsində xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokolu müdafiə etdiyini və Şəxs QSC barəsində qanuna müvafiq inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan “TABATERRA“ QSC-nin müdafiəçisi və etibarnamə üzrə nümayəndəsi “Faiq Nağıyev və Partnyorları” Vəkil Bürosunun vəkili Vəkil izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə Şəxs QSC-nin əməkdaşlıq etdiyi “JTİ CAUCASUS” şirkəti invoys göndərmiş, Şəxs QSC həmin invoysa əsasən qısa idxal bəyannaməsi doldurulmuş və xx.xx.2022-ci il tarixdə qısa idxal bəyannaməsi verilmişdir. xx.xx.2022-ci il tarixdə mallar olan nəqliyyat vasitəsi sərhədi keçmiş və qısa idxal bəyannaməsi Gömrük orqanı tərəfindən təsdiq edilmişdir. Bəyannamənin təsdiq olunması o deməkdir ki, malın müşayət məktubunda və mallarda uyğunsuzluq yoxdur. Təqdim edilən sənədlərə əsasən Gömrük İdarəsi tərəfindən mallara baxış keçirilir, əgər uyğunsuzluq olarsa qısa idxal bəyannaməsi təsdiq olunmur. Amma bildirmək istəyir ki, Gömrük orqanı qısa idxal bəyannaməsini təsdiq etmişdir. xx.xx.2022-ci il tarixdə qısa idxal bəyannaməsi təsdiq edildikdən sonra səhərisi gün 6-cı gün olduğuna və qısa iş günü olduğuna görə saat 13:00-a kimi Şəxs QSC qisa idxal bəyannaməsini sistemə yükləyir və malın keçirilməsi üçün Gömrük orqanına müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə saat 09:00-dan başlayaraq gömrük bəyannaməsinə baxış keçirilmiş və telefonla Şəxs QSC-yə məlumat verilərək sənədlərdə və cəkidə uyğunsuzluq olduğu bilirilmişdir. Sonra gömrük əməkdaşları gələrək mallara yerində çəkmiş və cəkidə uyğunsuzluq olduğunu müəyyən etmişlər. xx.xx.2022-ci il tarixdə Şəxs QSC tərəfindən “JTİ CAUCASUS” şirkətinə müraciət edilərək göndərilən sənədlərdə uyğunsuzluq olduğu bildirilmiş və xx.xx.2022-ci il tarixdə “JTİ CAUCASUS” şirkətindən Şəxs QSC-yə cavab məktubu ünvanlayaraq göndərdikləri sənədlərdə uyğunsuzluq olduğunu, çəkini səhv qeyd etdiklərini bildirmişdir. xx.xx.2022-ci il tarixdə Şəxs QSC Gömrük orqanına müraciət edərək bəyannamədə səhvlik olduğunu və bəyannaməyə düzəliş etmək üçün köməklik göstərməyi xahiş etmişlər. Gömrük orqanı tərəfindən icazə verilmiş, bəyannamədə düzəliş edilmiş və bu səhvin Şəxs QSC-nin təqsiri ucbatından olmadığını bildirərək “JTİ CAUCASUS” şirkəti tərəfindən Şəxs QSC-yə ünvanlanmış cavab məktubu Gömrük orqanına təqdim edilmişdir. Gələn filtirlərin sayı və hətta üzərində yazılan rəqəmlər də düzdür. “JTİ CAUCASUS” şirkəti tərəfindən Şəxs QSC-yə göndərilən məlumatların səhv olmasını və həmin səhv məlumatlara əsasən qisa idxal bəyannaməsinin doldurulmasını nəzərə alaraq Şəxs QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 09 avqust 2022-ci il tarixli, 00700-0165/22 nömrəli inzibati xəta haqqında protokol əsasında başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan **********7375 nömrəli, xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, idxal olunan malların çəkisi 2775.00 kq göstərilmişdir. İş materiallarında olan düzəliş olunmuş **********7375 nömrəli, xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, idxal olunan malların çəkisi düzəliş edilərək 4487.00 kq göstərilmişdir. İş materiallarında olan “JTİ CAUCASUS” şirkətinin 1557/2022 nomrəli, xx.xx.2022-ci il tarixli məlumatlandırıcı məktubdan görünür ki, 92513219 nömrəli hesab-fakturası ilə 99UP136/99ZB341 nömrəli göndərilən yük üçün səhv çəki daxil edilmişdir. Ümumi çəki: 5807 kq və xalis çəki 4487 kq, paletlərin ümumi sayı 30 ədəd və filterlərin sayı eyni qalır (1020.6 KU + 6520.5 KU = 7541.1 KU). İş materiallarında olan Şəxs QSC tərəfindən Sumqayıt Baş Gömrük İdarəsinə ünvanlanmış 186/22 nömrəli, xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, 1557/2022 nomrəli, xx.xx.2022-ci il tarixli informativ məktubda YGB-də həmin çəkilərin səhvən göstərdiyi təsdiqlənmiş və malın düzgün çəkilərinin hansı olduğu əksini tapması bildirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsinə əsasən mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onların tələb olunan xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (borcunun) məbləği haqqında müvafiq icra hakimiyyəti orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatların verilməsinə görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə proses işçilərinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs QSC mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onların tələb olunan xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (borcunun) məbləği haqqında müvafiq icra hakimiyyəti orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatların vermişdir. Ona görə də, inzibati xəta törətmiş Şəxs QSC-nin barəsində inzibati tənbeh növü inzibati cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cu maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: ünvan 2 ünvanında qeydiyyatda olan “TABATERRA“ QSC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 1000 (min) manat məbləğində cərimə tutularaq X1 Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ******************** hesaba köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-2070/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2070/2022
01.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver