Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2071/2022 12.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində inzibati xəta haqqında 05 avqust 2022-ci il tarixli, EP № ******* saylı protokol tərtib edilmişdir ona görə ki, Şəxs MMC 34507.62 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2020-ci il tarixdə ölkədən xaricə köçürmüş və 2 (iki) il müddət keçsə də, 25132,59 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 25 iyun 2022-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Buna görə də, Şəxs MMC barəsində inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilməsi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 bildirdi ki, Azərbaycan Respublikası Msrkəzl Bankı "xxxx" MMC barəsində xx.xx.2022-ci ii tarixli, EP № ******* saylı inzibati xata haqqında protokol tərtib etmiş və baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərmədir. İnzibati protokol "xxxx" MMC (Bundan sonra "STP") tərəfindən 24,07.2020-cl il tarixdə 34507,62 (otuz dörd min beş yüz yeddi ABŞ dolları altmış iki sent) ABŞ dolları məbləğində pulun xaricə köçürülməsi, lakin 25132,59 (iyirmi beş min bir yüz otuz iki ABŞ dolları əlli doqquz sent) ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətin) ölkəyə idxal edilməməsi (ölkənin gömrük sərhədini keçməsinə dair sənədlərin köçürməni həyata keçirən banka təqdim edilməməsi), valyuta vəsaitinin 2 il ərzində geri qaytarmaması ilə əlaqədar tərtib edilmişdir. STP ilə Türkiyə Cümhuriyyətinin rezidenti "X3 Mak.San. ve Tlc. LTD ŞTİ" (bundan sonra: Çemeşan) arasında xx.xx.2020-ci il tarixdə STP/CNG-2020 Säyll Təchizat Müqaviləsi bağlanmışdır. Müqavilənin xx.xx.2020-ci il tarixli, 04 saylı Əlavəsi ilə “Çemeşan” tərəfindən ”STP"yə 34507,62 (otuz dörd min beş yüz yeddi ABŞ dolları, altmış iki sent) ABŞ dolları dəyərində, müxtəlif adda və ölçülərdə polad lövhələrin və digər malların satılması razılaşdırılmışdır. "STP" tərəfindən xx.xx.2020-ci ii tarixdə "xxxx" ASC vasitəsilə "Çemesan” sözü gedən məbləğ, yəni 34507,62 ABŞ doilan ödənilmişdir. Belə ki, aşağıdakı Gömrük Bəyannamələri ilə göstərilən deyərdə mallar ölkəyə İdxal olunmuşdur: xx.xx.2020-ci iİ tarixli, **********1522 sorğu saylı Gömrük Bəyannaməsi ilə 1530,75 (bir min beş yüz otuz ABŞ dolları, yetmiş beş sent) ABŞ dolları dəyərində, xx.xx.2020-ci il tarixli **********5054 sorğu saylı Gömrük Bəyannaməsi ilə 7844,28 (yeddi min səkkiz yüz qırx dörd ABŞ dolları, iyirmi səkkiz sent) ABŞ dolları dəyərində, cəmi 9375,03 (doqquz min üç yüz yetmiş beş ABŞ dolları, üç sent) ABŞ dolları dəyərində olan mallar idxal edilmişdir. Digər bir tərəfdən əməkdaşlıq etdikləri "Çemesan" tərəfindən xx.xx.2020-ci ii tarixdə 25807,11 ABŞ dolları məbləğində vəsait onlara geri qaytarılmışdır. Göründüyü kimi dəyəri ödənilmiş malların bir qismi ölkəyə idxal olunmuş, qalan məbləğ İsə 674,52 ABŞ dolları artıq olmaqla geri qaytarılmışdır. Azərbaycan Respublikası Mərkəzi X1 xx.xx.2016-cı il tarixli, 45/1 saylı Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalarının 4.3.1,3-cü yarımbəndinə əsasən, "qabaqcadan ödəniş apanldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədlkdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir." Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydəları"nın 4,3.1.3-cü yarımbəndinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarına əsasən, "X2 Heyəti Konstitusiya Məhkəməsi Plenumunun yuxanda adı çəkilən qərarında müəyyən edilmiş tövsiyələrinə uyğun olaraq, həmçinin şon illər ölkənin tədiyə balansının göstəricilərində müşahidə edilən yaxşılaşmanı, gömrük nəzarətinin, bütövlüklə valyuta nəzarətinin gücləndirilməsi istiqamətində aparılan islahatların müsbət nəticələrini nəzərə alaraq 20 fevral 2020-ci il tarixli qərarı ilə Qaydalara dəyişiklik etmiş, qabaqcadan malların idxalı ilə əlaqədar ödəniş aparıldıqda malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin müvəkkil banka təqdim olunması müddəti 270 gündən ən geci 2 il müddətinə qədər uzadılmışdır. Bundan başqa idxal olunmayan mal və xidmətlərin dəyəri 10000 ABŞ dolları ekvivalenti məbləğini aşmadığı halda valyuta nəzarəti orqanına bu barədə məlumatın verilməsi tələbi aradan qaldırılmışdır." Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-cl maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2022-ci il tarixli, EP № ******* saylı inzibati protokolunu ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının 05 avqust 2022-ci il tarixli, EP № ******* saylı protokol ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. İş materiallarında olan xx.xx.2020-ci iİ tarixli, **********1522 sorğu saylı Gömrük Bəyannaməsi ilə 1530,75 (bir min beş yüz otuz ABŞ dolları, yetmiş beş sent) ABŞ dolları dəyərində mal ölkəyə idxal olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli **********5054 sorğu saylı Gömrük Bəyannaməsi ilə 7844,28 (yeddi min səkkiz yüz qırx dörd ABŞ dolları, iyirmi səkkiz sent) ABŞ dolları dəyərində mal ölkəyə idxal olunmuşdur. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli hesabdan çıxarışdan görünür ki, "X4 Mak.San. ve Tic. LTD ŞTİ” tərəfindən Şəxs MMC-nin "xxxx" ASC-də olan hesabına xx.xx.2020-ci il tarixdə 25807,11 ABŞ dolları ödənilmişdir. İş materiallarında olan Şəxs MMC tərəfindən verilmiş arayışdan görünür ki, "X4 Mak.San. ve Tic. LTD ŞTİ” tərəfindən Şəxs MMC-nin "xxxx" ASC-də olan hesablaşma hesabına xx.xx.2020-ci il tarixdə 25807,11 ABŞ dolları məbləğinin 25132.59 ABŞ dolları hissəsi xx.xx.2020-ci il tarixli, STP/CNG-2020 saylı Təchizat Müqaviləsinin 04 saylı Əlavəsi üzrə, qalıq hissəsi isə xx.xx.2020-ci il tarixli, STP/CNG-2020 saylı Təchizat Müqaviləsinin 02 saylı Əlavəsi üzrə geri qaytarılmışdır. Hazırda Şəxs MMC tərəfindən "X4 Mak.San. ve Tic. LTD ŞTİ”-yə ödənilmiş avans pul vəsaiti mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 №li Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə xx.xx.2020-ci ildə dəyişiklik edilmiş və həmin dəyişiklik xx.xx.2020-ci ildən qüvvəyə minmişdir. Həmin Qaydaların 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında inzibati xəta haqqında işə baxılarkən qərar çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs xx.xx.2020-ci iİ tarixli, **********1522 sorğu saylı Gömrük Bəyannaməsi ilə 1530,75 (bir min beş yüz otuz ABŞ dolları, yetmiş beş sent) ABŞ dolları dəyərində, xx.xx.2020-ci il tarixli **********5054 sorğu saylı Gömrük Bəyannaməsi ilə 7844,28 (yeddi min səkkiz yüz qırx dörd ABŞ dolları, iyirmi səkkiz sent) ABŞ dolları dəyərində mal ölkəyə idxal olunmuşdur. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli hesabdan çıxarışdan görünür ki, "X4 Mak.San. ve Tic. LTD ŞTİ” tərəfindən Şəxs MMC-nin "xxxx" ASC-də olan hesabına xx.xx.2020-ci il tarixdə 25807,11 ABŞ dolları ödənilmişdir. Şəxs MMC tərəfindən verilmiş arayışdan görünür ki, "X4 Mak.San. ve Tic. LTD ŞTİ” tərəfindən Şəxs MMC-nin "xxxx" ASC-də olan hesablaşma hesabına xx.xx.2020-ci il tarixdə 25807,11 ABŞ dolları məbləğinin 25132.59 ABŞ dolları hissəsi xx.xx.2020-ci il tarixli, STP/CNG-2020 saylı Təchizat Müqaviləsinin 04 saylı Əlavəsi üzrə, qalıq hissəsi isə xx.xx.2020-ci il tarixli, STP/CNG-2020 saylı Təchizat Müqaviləsinin 02 saylı Əlavəsi üzrə geri qaytarılmışdır. Hazırda Şəxs MMC tərəfindən "X4 Mak.San. ve Tic. LTD ŞTİ”-yə ödənilmiş avans pul vəsaiti mövcud deyildir. Şəxs MMC tərəfindən "X4 Mak.San. ve Tic. LTD ŞTİ”-yə ödənilmiş avans pul vəsaiti mövcud olmadığından Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində inzibati xəta haqqında 05 avqust 2022-ci il tarixli, EP № ******* saylı protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1 və 114.2.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 05 avqust 2022-ci il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-2071/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2071/2022
12.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver