Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2071/2025 15.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1997-ci ildə Masallı rayonu, Yeddioymaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Yeddioymaq əhatə dairəsi, Yeddioymaq Kəndində qeydiyyatda olan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Şəxs barəsində tərtib edilmiş 15 avqust 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. 15 avqust 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs xx.xx.2025-ci il tarixdə, saat 08:00 radələrində Sumqayıt şəhəri, 43-cü məhəllə avtobus dayanacağında nalayiq ifadələr və hərəkətlər edərək ictimai asayişi pozmuş, Zərərçəkmiş şəxs göndərdiyi səsdə onu və polis əməkdaşlarını nalayiq ifadələrlə söymüşdür. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin polis sahə rəisi X2 izahatında bildirmişdir ki, Zərərçəkmiş şəxs şikayəti əsasında Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bildirmişdir ki, onların arasında baş vermiş münaqişə şəxsi münasibətlər zəmnində olmuşdur. Belə ki, Şəxs Zərərçəkmiş şəxs nalayiq ifadələrlə telefonda təhqir etmişdir. Həmçinin, Zərərçəkmiş şəxs göndərilmiş səsyazılarında polis əməkdaşlarının təhqir olunduğu da açıq-aydın görünür. Həmin səsyazıları özündə əks etdirən disk məhkəməyə təqdim edilmişdir. Bundan əlavə Şəxs xx.xx.2025-ci il tarixdə, saat 08:00 radələrində Sumqayıt şəhəri, 43-cü məhəllə avtobus dayanacağında nalayiq ifadələr və hərəkətlər edərək ictimai asayişi pozmuşdur. Belə ki, o 7 nömrəli avtobusda Zərərçəkmiş şəxs hədəqorxu gələrək ona qarşı nalayiq ifadələr işlətmişdir. Buna görə də Şəxs barəsində İXM-in 510-cu maddəsiylə inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Protokolu müdafiə edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, baş vermiş münaqişəni Zərərçəkmiş şəxs başlatmışdır. İlk dəfə M. Mustafayev onu nalayiq ifadələrlə aralarında olan şəxsi məsələlərə görə təhqir etmişdir. Bundan sonra Mustafa ona telefon zəngi edəndə içkili olduğu üçün onu nalayiq ifadələrlə təhqir etmişdir. Lakin bildirmişdir ki, xx.xx.2025-ci il tarixində avtobus dayanacağında Mustafanı təhqir etməmiş, aralarında münaqişə baş verməmişdir. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, Mustafa ilə iş yoldaşıdır. xx.xx.2025-ci il tarixində hadisə baş verməzdən əvvəl Mustafaya zəng edərək aralarındakı məsələni aydınlaşdırmaq istəsə də, sonuncu onun zənglərinə cavab verməmişdir. Hadisə baş verən gün o, avtovağzal tərəfdən 7 nömrəli avtobusa minmiş, Mustafa isə 8-ci mikrorayon dayanacağından həmin avtobusa minmişdir. Ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, Fəridlə əvvəllər aralarında olmuş şəxsi münasibətlər zəmnində mübahisədə təqsirli olduğu üçün sonuncuya üzrxahlıq etmişdir. Bildirmişdir ki, Fərid ona telefonla zəng edəndə onun zəngini aça bilməməyinin səbəbi atasının əməliyyat olması idi. xx.xx.2025-ci il tarixində 8ci mikrorayon dayanacağından daş bazarına işə getmək üçün avtobusa minmiş və axırıncı oturacaqda əyləşmişdir. Həmin vaxt Fərid də avtobusda olmuşdur. O, avtobusdan düşüb ödənişi edən vaxt Fərid ona “tələsmə, səninlə sonra görüşəcəm” deyərək ona hədə-qorxu gəlmiş, nalayiq ifadələrlə və hərəkətlərlə başqa insanların yanında təhqir etmişdir. Bundan sonra telefonda Fəridə yazaraq ondan niyə onu ictimaiyyət içərisində təhqir etdiyini soruşmuşdur. Məhkəmədən ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi qismində iştirak edən Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil bildirmişdir ki, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxslə Zərərçəkmiş şəxs arasında əvvəllər dostluq münasibətləri olmuşdur. Həmçinin bildirmişdir ki, Fəridin Mustafanı telefonda təhqir etməsi İXM-in 510-cu maddəsinin tərkibini yaratmır. Bundan əlavə, onun avtobus dayanacağında sonuncunu nalayiq ifadələrlə təhqir etməsinin sübutu yoxdur. Qeyd olunanları nəzərə alaraq məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, S.Babayevin təqsiri zərərçəkmiş şəxsin izahatları ilə, digər iş materialları ilə tam sübuta yetirilir. Onun əməli xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərdən ibarətdir. Şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İnzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Şəxs yalnız mobil telefon vasitəsi ilə Zərərçəkmiş şəxs təhqir etməsi, avtobusda onu təhqir etməməsi barədə verdiyi izahatı özünü müdafiə xarakterli izahat olaraq qiymətləndirilir. İş materiallarında olan 15 avqust 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallara əsasən Şəxs xx.xx.2025-ci il tarixdə, saat 08:00 radələrində Sumqayıt şəhəri, 43-cü məhəllə avtobus dayanacağında nalayiq ifadələr və hərəkətlər edərək ictimai asayişi pozmuş, Zərərçəkmiş şəxs göndərdiyi səsdə onu və polis əməkdaşlarını nalayiq ifadələrlə söymüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il saat 22:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Şəxs izahatından görünür ki, Mustafa Mustayevi 5 ildir ki, tanısa da, 2025-ci ilin aprel ayında Sumqayıt şəhəri daş bazarı adlanan yerdə mebel sexində onunla birlikdə işləmiş, lakin may ayında işdən çıxmışdır. Təxminən iyun ayında Ömər adlı şəxs ona zəng edərək Mustafanın onun münasibətdə olduğu Sevinc adlı qadını narahat etdiyini bildirdi və ondan Mustafanın telefon nömrəsini istədi. Bundan 1 həftə sonra Ömər ona təkrar zəng edib Mustafanın ona Fərid və Sevinc arasında münasibət olduğunu bildirmiş, o isə araşdırıb ona zəng edəcəyini bildirmişdir. Bundan sonra o, Mustafaya zəng edərək kafedə oturub məsələni aydınlaşdırmağı təklif etmiş, lakin sonuncu gələcəyinə söz versə də, gəlməmiş, həmçinin, onu əngəlləmişdir. Bundan sonra Mustafa onun tərəfindən şikayət edildiyini düşünüb ona yazmağa və nalayiq ifadələr işlətməyə başlamışdır. Beləliklə, o da əsəbiləşib onu nalayiq ifadələrlə söymüşdür. İş materiallarında olan Zərərçəkmiş şəxs izahatından görünür ki, Fərid adlı şəxsi 2 ildir ki, tanıyır. Sonuncu dəfə Sumqayıt şəhəri, Daş bazarı adlı yerdə qapı sexində 9 ay birlikdə işləyiblər. Həmin vaxt orada işlədiyi müddətdə orada işləyən Sevinc adlı xanımla zarafatı olması səbəbi ilə bir-birlərinə videolar atırmışlar. Bir gün Sevincin telefonundan Ömər adlı şəxs ona zəng edərək Sevincə video atmasının səbəbini soruşmuş, o da sonuncu ilə zarafatı olduğunu bildirmişdir. Bundan sonra Fərid ona zəng edərək görüşə çağırmış, lakin ailə vəziyyəti ilə əlaqədar gedə bilməmiş və Fərid ona whatsapp tətbiqi vasitəsilə zəng edərək nalayiq ifadələr işlətdiyi üçün onu polisə şikayət edəcəyini bildirmiş, Fərid isə həmin vaxt polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-cı maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikasının İXM-in 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın hallarını və xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəuyğundur. Bu növ tənbehin tətbiqi tənbeh tətbiq edilməsinin məqsədlərini təmin edə bilər. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Göstərilən 03 saat hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115.1, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulduğu 01 (bir) gün müddət nəzərə alınaraq 50 (əlli) manat məbləğində cərimə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 03 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-2071/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2071/2025
15.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver