Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2072/2025 11.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə icra İdarəsinin icra məmuru X28, Zərərçəkmiş şəxslər X6, X7, X19, X13, Mahmudov Məkan oğlunun, X35, X22 və X14, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, "xxxx" ASC-nin direktoru işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X38 tərəfindən "xxxx" ASC-nin direktoru Şəxs barəsində vəzifəli şəxs kimi Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə 15 avqust 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 6457/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu "xxxx" ASC-dən iddiaçının sağlamlığına vurulmuş zərərin əvəzi olaraq 11 aprel 2022-ci il tarixdən başlayaraq hər ay 404 (dörd yüz dörd) manat məbləğində pul tutularaq tələbkar X23 ödənilməlidir. "xxxx" ASC-dən mediasiya xərcinə görə 50 manat pul tutularaq tələbkar X23 ödənilməlidir; - Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(085)-172/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu "xxxx" ASC-dən tələbkar “Mitta Logistik SL” firmasının xeyrinə 29673,10 ABŞ dolları borc qətnamə icra olunan günə manata nisbətlə və 20 manat dövlət rüsumu tutulmalıdır; - Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(085)-340/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən xx.xx.2014-cü il tarixli, AV-SK003 saylı və xx.xx.2016-cı il tarixli, AV-SK004 saylı müqavilələr üzrə yaranmış 12645,70 ABŞ dolları qətnamənin icra edildiyi günə manata olan nisbətlə və 30 manat dövlət rüsumu borclu "xxxx" ASC-dən tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir; - Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-904/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən "xxxx" ASC-dən 120 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir; - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6330/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu "xxxx" ASC-dən X6 xeyinə 11 aprel 2022-ci il tarixdən başlayaraq X6 peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının əmək xəsarəti nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında artımlar nəzərə alınmaqla hər ay aylıq ödənc ödənilməli və 50 manat mediasiya xərcinin əvəzi alınaraq tələbkar X8 ödənilməlidir; - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-220/2023 saylı, 26.01,2024-cü il tarixli icra sənədinə əsasən borclu "xxxx" ASC-dən iddiaçı X1 vurulmuş zərərin əvəzi olaraq 11 aprel 2022-ci il tarixdən başlayaraq hər ay 483 manat məbləğində ödəniş, hüquqi xidmətlərə görə ödənilmiş 120 manat pul və 50 manat məbləğində mediasiya xərci tutularaq tələbkar X15 ödənilməlidir; - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6148/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən X29 borclu "xxxx" ASC tərəfindən 11 aprel 2022-ci il tarixdən başlayaraq hər ay 600 manat aylıq ödənc ödənilməlidir. Borclu "xxxx" ASC-dən mənəvi zərərə görə 300 manat, 25 manat mediasiya xərci və iddianın verilməsinə görə 155,7 manat dövlət rüsumu tutularaq tələbkar X29 ödənilməlidir; - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6149/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən iddiaçı X24 borclu "xxxx" ASC tərəfindən 11 aprel 2022-ci il tarixdən başlayaraq hər ay 672 manat aylıq ödənc ödənilməlidir. Borclu "xxxx" ASC-dən mənəvi zərərə görə 200 manat, 25 manat mediasiya xərci və iddianın verilməsinə görə 163,18 manat dövlət rüsumu tutularaq tələbkar X24 ödənilməlidir; - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-245/2024 saylı, 22.01,2024-cü il tarixli icra sənədinə əsasən "xxxx" ASC-dən iddiaçı X2 vurulmuş zərərin əvəzi olaraq 11 aprel 2022ci il tarixdən başlayaraq hər ay 480 manat məbləğində ödənc ödənilməlidir. Borclu "xxxx" ASC-dən hüquqi xidmətlərə görə ödənilmiş 150 manat pul və 50 manat məbləğində mediasiya xərci tutularaq tələbkar X16 ödənilməlidir; - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-580/2024 saylı, 22.01,2024-cü il tarixli icra sənədinə əsasən” Superfosfat” ASC-dən iddiaçının sağlamlığına vurulmuş zərərin əvəzi olaraq 11 aprel 2022-ci il tarixdən başlayaraq hər ay 480 manat məbləğində pul və 50 manat məbləğində mediasiya xərci tutularaq tələbkar X20 ödənilməlidir; - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4474/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən istehsalat qəzası nəticəsində əmək xəsarəti alması ilə əlaqədar iddiaçı X32 31 may 2022-ci il tarixdən 31 dekabr 2022-ci il tarixə qədər hər ay 180 manat, 1 yanvar 2023-cü il tarixdən məbləği 207 manat olmaqla ayıq ödənclər hesablanaraq borclu "xxxx" ASC tərəfindən tələbkar X32 ödənilməlidir. Habelə mənəvi zərərin əvəzi olaraq 500 manat və iddianın verilməsinə görə 97,63 manat dövlət rüsumu tutularaq tələbkar X32 ödənilməlidir; - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-301/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən iddiaçı X33 "Sumqayıt Superfosfat” ASC tərəfindən xx.xx.2022-ci il tarixdən etibarən hər ay 566,5 manat aylıq ödənc ödənilməlidir. Borclu "xxxx" ASCdən mənəvi zərər görə 300 manat və 25 manat mediasiya xərci tutularaq tələbkar X33, iddianın verilməsinə görə 152,08 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir; - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-223/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən iddiaçı X5 "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdən etibarən hər ay 480 manat aylıq ödənc ödənilməlidir. Borclu "xxxx" ASC-dən mənəvi zərər görə 300 manat, 25 manat mediasiya xərci və hüquqi yardımla əlaqədar ödənilmiş 120 manat xidmət haqqı tutularaq tələbkar X5, iddianın verilməsinə görə 142,74 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir; - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-226/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən iddiaçı X39 borclu "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdən etibarən hər ay 483 manat aylıq ödənc ödənilməlidir. Borclu "xxxx" ASC-dən mənəvi zərərə görə 300 manat, 25 manat mediasiya xərci və hüquqi yardımla əlaqədar ödənilmiş 120 manat xidmət haqqı tutularaq tələbkar X39, iddianın verilməsinə görə 142,17 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir; - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-222/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu "xxxx" ASC-dən iddiaçı X3 vurulmuş zərərin əvəzi olaraq 11 aprel 2022-ci il tarixdən başlayaraq hər ay 504 manat məbləğində ödənc, hüquqi xidmətə görə ödənilmiş 120 manat pul və 50 manat məbləğində mediasiya xərci tutularaq tələbkar X17 ödənilməlidir; - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-302/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu "xxxx" ASC-dən xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 383,40 manat məbləğində aylıq ödənc alınaraq tələbkar X25 ödənilməlidir. Habelə ödənilmiş 50 manat mediasiya xərcinin əvəzi "xxxx" ASC-dən alınaraq tələbkar X25 ödənilməlidir; - Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-491/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu "xxxx" ASC-dən X14 xeyrinə 11 aprel 2022-ci il tarixdən başlayaraq peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının, peşə xəstəliyi nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin 80 faizi miqdarında, (600%80=480) 480 manat olmaqla hər ay aylıq ödənc ödənilməlidir; - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1343/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu "xxxx" ASC-dən iddiaçı X4 vurulmuş zərərin əvəzi olaraq 11 aprel 2022-ci il tarixdən başlayaraq hər ay 620 (altı yüz iyirmi) manat 80 (səksən) qəpik manat məbləğində ödənc, hüquqi xidmətə görə ödənilmiş 120 (bir yüz iyirmi) manat pul və 50 (əlli) manat məbləğində mediasiya xərci tutularaq iddiaçı X18 ödənilməlidir. İcra sənədlərinin icrası ilə bağlı borclu borclu hüquqi şəxsin vəzifəli şəxsi Şəxs xx.xx.2025-ci il tarixdə izahatı alınmış və icra sənədlərinin könüllü şəkildə icrası üçün 3 (üç) gün vaxt verilmiş, lakin tələb bu günədək təminedilməmişdir. İcra sənədləri üzrə ümumilikdə 279.548,52 manat və 42.318,80 ABŞ dolları borc bu günədək ödənilməmiş qalmışdır. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X38 bildirmişdir ki, inzibati xəta haqqında protokolda qeyd etdiyi icra sənədləri üzrə icraata başlama haqqında qərarlar qəbul edilərək tələbin könüllü icrası haqqında bildirişlər borclu "xxxx" ASC-yə göndərilmiş və rəsmi qaydada qəbul edilmişdir. Şəxs 2023-cü ildən "xxxx" ASC-də olan işindən ayrıldığını, formal olaraq sənədlərdə direktor kimi adının qalmasını və icra sənədlərindən məlumatsız olduğunu bildirsə də onun bu iddiaları işin halları ilə təkzib edilir. Belə ki, bu günə kimi dövlət vergi xidmətində "xxxx" ASC-nin direktoru kimi Şəxs adı qeyd edilir, digər tərəfdən icra işi ilə bağlı bir çox müraciətlər direktor kimi məhz Şəxs adından olmuş, "xxxx" ASC-nin adından 2023, 2024 və 2025-ci illərdə bağlanmış notarial müqavilələri direktor kimi məhz Şəxs imzalamış, həmçinin hazırki icra sənədlərinin bir qisminə görə daha öncədən inzibati qaydada cərimə edilmişdir. Bütün bunlar Şəxs həm rəsmi, həm də faktiki olaraq "xxxx" ASC-nin direktoru olmasını təsdiq edir. İcra işi üzrə borclu hüquqi şəxsin direktoru dəfələrlə icra idarəsinə dəvət edilərək borcun ödənilməsi təklif edilsə də bu günə kimi borc üzrə hər hansı ödəniş olmamışdır. Məcburi icra tədbiri kimi borclu hüquqi şəxs "xxxx" ASC-nin bank hesablarına həbs qoyulmuş, lakin bank hesablarında hər hansı pul vəsaiti olmadığı üçün tutma aparılması mümkün olmamışdır. Eləcə də borclu hüquqi şəxsin adına olan nəqliyyat vasitələrinin üzərinə həbs qoyularaq həmin nəqliyyat vasitələri axtarışa verilmişdir. Lakin, nəqliyyat vasitələrinin tapılması bu günədək mümkün olmamışdır. Aldığı şifahi məlumata əsasən avtomobillər artıq istismar müddətini başa vurduğu üçün istifadə edilmir, ona görə də onların tapılması mümkün olmur. Eyni zamanda borclu hüquqi şəxsə məxsus Sumqayıt şəhəri, Bakı Rostov şossesinin kənarında yerləşən (yeni qaydalarla: AZ5000, Sumqayıt şəhəri, Topçubaşov küçəsi 131) 8,63 ha torpaq sahəsinin üzərinə məhkəmə qərarı ilə həbs qoyularaq hərraca çıxrılsa da həmin torpada sahəsinin hərracda satılması baş tutmamışdır. Hazırda iş üzrə bütün zəruri icra tədbirlərinin davam etdirilməsinə baxmayaraq hər hansı ödənişin təmin edilməsi mümkün olmamışdır. İcra sənədləri üzrə ümumilikdə 279.548,52 manat və 42.318,80 ABŞ dolları borc bu günədək ödənilməmiş qalmışdır. Göstərilən halları nəzərə alaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, 2023-cü ildən "xxxx" ASC-də olan işindən ayrılmışdır. Onun adı orada direktor kimi formal olaraq qalmışdır. O da icra sənədlərinin icra edilməsinin tərəfdarıdır. 2023, 2024 və 2025-ci illərdə "xxxx" ASC-nin adına olan bir sıra müqabilələri mühasibin xahişinə əsasən imzalamışdır. Hazırda bir sıra sənədlərə görə onu yenə dəvət etsələr də zavoda gedərək hər hansı sənəd imzalamır. Göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxslər X21, X26, X34, X30, Mahmudov Məkan oğlu, X47, X36 və X31 bildimişlər ki, tələbkar olduqları icra sənədi üzrə tələb uzun müddətdir ki, qərəzli icra edilmir, Şəxs direktor kimi "xxxx" ASC-yə aid sənədləri imzalayıb onların fəaliyyətinə kömək edir, nəticədə "xxxx" ASC-nin fəaliyyətinə nəzarəti həyata keçirən digər şəxslərə icra sənədinin icrasında yayınmağa şərait yaradır. Göstərilən halları nəzərə alaraq icra sənədlərinin icra edilməsi üçün ciddi tədbirlər görülməsini xahiş etmişlər. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" ASC-nin Şəxs vəzifəli şəxs kimi Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6457/2023 saylı xx.xx.2023-cü il tarixli, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(085)-172/2019 saylı xx.xx.2019-cu il tarixli, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(085)-340/2019 saylı xx.xx.2019-cu il tarixli, Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-904/2023 saylı xx.xx.2023-cü il tarixli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6330/2023 saylı xx.xx.2023-cü il tarixli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-220/2023 saylı 26.01,2024-cü il tarixli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6148/2023 saylı xx.xx.2023-cü il tarixli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6149/2023 saylı xx.xx.2023-cü il tarixli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-245/2024 saylı 22.01,2024-cü il tarixli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-580/2024 saylı 22.01,2024-cü il tarixli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4474/2023 saylı xx.xx.2023-cü il tarixli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-301/2024 saylı xx.xx.2024-cü il tarixli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-223/2024 saylı xx.xx.2024-cü il tarixli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-226/2024 saylı xx.xx.2024-cü il tarixli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-222/2024 saylı xx.xx.2024-cü il tarixli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-302/2024 saylı xx.xx.2024-cü il tarixli, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-491/2024 saylı xx.xx.2024-cü il tarixli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1343/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədləri üzrə icraata başlama haqqında qərarlar qəbul edilərək tələbin könüllü icrası haqqında bildirişlər borclu "xxxx" ASC-yə göndərilmiş və rəsmi qaydada qəbul edilmişdir. İcra işi üzrə borclu hüquqi şəxsin direktoru dəfələrlə icra idarəsinə dəvət edilərək borcun ödənilməsi təklif edilsə də bu günə kimi borc üzrə hər hansı ödəniş olmamışdır. Məcburi icra tədbiri kimi borclu hüquqi şəxs "xxxx" ASC-nin bank hesablarına həbs qoyulmuş, lakin bank hesablarında hər hansı pul vəsaiti olmadığı üçün tutma aparılması mümkün olmamışdır. Eləcə də borclu hüquqi şəxsin adına olan nəqliyyat vasitələrinin üzərinə həbs qoyularaq həmin avtomobillər axtarışa verilsə də nəqliyyat vasitələrinin tapılması bu günədək mümkün olmamışdır. Eyni zamanda borclu hüquqi şəxsə məxsus Sumqayıt şəhəri, Bakı Rostov şossesinin kənarında yerləşən (yeni qaydalarla: AZ5000, Sumqayıt şəhəri, Topçubaşov küçəsi 131) 8,63 ha torpaq sahəsinin üzərinə məhkəmə qərarı ilə həbs qoyularaq hərraca çıxrılsa da həmin torpada sahəsinin hərracda satılması baş tutmamışdır. Hazırda iş üzrə bütün zəruri icra tədbirlərinin davam etdirilməsinə baxmayaraq hər hansı ödənişin təmin edilməsi mümkün olmamışdır. İcra sənədləri üzrə ümumilikdə 279.548,52 manat və 42.318,80 ABŞ dolları borc bu günədək ödənilməmiş qalmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 2023-cü ildən "xxxx" ASC-də olan işindən ayrıldığını, formal olaraq sənədlərdə direktor kimi adının qalmasını və icra sənədlərindən məlumatsız olduğunu bildirsə də onun bu iddiaları işin halları ilə təkzib edilir. Belə ki, bu günə kimi dövlət vergi xidmətində "xxxx" ASC-nin direktoru kimi Şəxs adı qeyd edilir, digər tərəfdən icra işi ilə bağlı bir çox müraciətlər direktor kimi məhz Şəxs adından olmuş, "xxxx" ASC-nin adından 2023, 2024 və 2025-ci illərdə bağlanmış notarial müqavilələri direktor kimi məhz Şəxs imzalamış, həmçinin hazırki icra sənədlərinin bir qisminə görə daha öncədən inzibati qaydada cərimə edilmişdir. Bütün bunlar Şəxs həm rəsmi, həm də faktiki olaraq "xxxx" ASC-nin direktoru olmasını təsdiq edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri, yəni "xxxx" ASC-nin direktoru kimi həmin ASC-nin borclu olduğu icra sənədlərinin icrası istiqamətində bu günə kimi heç bir hərəkət etməməsi icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və icra məmurunun qanuni tələbinin yerinə yetirilməməsi kimi qiymətləndirilməldir. Onun əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. O da qeyd edilməlidir ki, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati hüquq nəzəriyyəsində məhkəmə qətnaməsini, hökmünü, qərarını və yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərini üzrsüz səbəbdən icra etməmə onda ehtiva olunur ki, təqsirkar şəxsə yazılı şəkildə məhkəmə qərarının icra edilməsi barədə xəbərdarlıq edilmiş olsun, həmin xəbərdarlıqdan və icra məmurlarının qanuni tələblərindən təqsirkar şəxsin məlumatı olsun və hər hansı üzrlü səbəb göstərmədən həmin hərəkətlərini davam etdirmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli plenum qərarında göstərilmişdir ki, “...məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir...”. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 2014-cü il 18 dekabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi təkrarlayaraq bir daha qeyd etmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi, borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi, borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi, borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi ilə müəyyən etmək olar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarının hüquqi şəxsin inzibati xəta üzrə məsuliyyətinin yaranması hər bir halda onun vəzifəli şəxslərinin və ya işçilərinin hüquqazidd davranışı nəticəsində baş verir, təqsiri isə İnzibati Xətalar Məcəlləsinin 18.2- ci maddəsində sadalanan şəxslərin təqsirinin törəməsidir. İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsinə əsasən, hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: - hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə müvafiq olaraq, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Göründüyü kimi, vəzifəli şəxs öz vəzifələrini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində, hüquqi şəxs isə məhz onun xeyrinə və ya maraqlarının qorunması üçün onu təmsil etmək, adından qərarlar qəbul etmək və fəaliyyətinə nəzarət etmək səlahiyyətlərinə malik olan vəzifəli şəxslərinin və ya sonuncular tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində işçisinin törətdiyi inzibati xətalara görə məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinə əsasən, hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Qanunvericinin bu mövqeyi onunla bağlıdır ki, hüquqi şəxsin bir işçisinin, vəzifəli şəxsinin hüquqazidd əməllərinin qarşısı digər vəzifəli şəxsləri tərəfindən alına bilər. Belə ki, hüquqi şəxsin məsuliyyəti İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsi ilə ehtiva edilən vəzifəli şəxslər tərəfindən inzibati xətanın törədilməsi zamanı həmin Məcəllənin 18.2.1- 18.2.4-cü maddələrində qeyd edilən şəxslərin buna yol verməsi, qarşısını almaması, təqsirkarın fəaliyyətinə lazımi nəzarəti aparmaması nəticəsində yaranır. Beləliklə, bir xətaya görə iki subyektin, yəni həm hüquqi şəxsin, həm də onun vəzifəli şəxsinin məsuliyyətə cəlb edilməsi ondan irəli gəlir ki, inzibati xətanı törətmiş vəzifəli şəxs hüquqi şəxsin xeyrinə və ya maraqlarının qorunması üçün və məhz onun nəzarətsizliyi nəticəsində hüquqazidd hərəkət (hərəkətsizlik) edir. Bu zaman öz vəzifələrini yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən, yəni İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsi ilə nəzərdə tutulan vəzifəli şəxslə Məcəllənin 18.2-ci maddəsi ilə müəyyən edilən, hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan şəxsin eyni şəxs (fərd) olması müstəqil hüquqi məna kəsb etmir. Belə ki, faktiki məzmun baxımından hər iki subyektin törətdiyi inzibati xətanın eyni xəta olmasına baxmayaraq, onların inzibati xətaya görə məsuliyyətə cəlb edilməsinin əsasları fərqlidir. Azərbaycan Respublikası İXM-in 17-ci maddəsinin Qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İXM-in aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 32 və 33-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində vəzifəli şəxs kimi Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 1.700 (min yeddi yüz) manat məbləğində inzibati cərimə edilsin Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-2072/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2072/2025
11.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver