Məhkəmə qərarları › İş №3(060)-2073/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2073/2021

05.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2073/2021 05.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X1 iclas katibliyi, Şikayət vermiş şəxs Babayev Azad Zakir oğlunun, Sumqayıt şəhər X8 Şöbəsi yol patrul xidməti inspektoru, polis baş serjantı X2 iştirakları ilə, Sumqayıt şəhər X8 Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 19.03.2021-ci il tarixli TP ******* saylı Qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Babayev Azad Zakir oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X4 Zakir oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər X8 Şöbəsi tərəfindən qəbul edilmiş 19.03.2021-ci il tarixli TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” Qərarın ləğv edilməsi və şikayətinin təmin olunmasını Məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən şikayətçi Babayev Azad Zakir oğlu izahatında bildirdi ki, barəsində qəbul edilmiiş inzibati tənbeh vermə qərar qanunsuz və əsassızdır. Belə ki, 19.03.2021-ci il tarixdə saat 18:52-də Sumqayıt şəhəri, Sülh küçəsi H.Əliyev prospektinin kəsişməsində idarə etdiyi **-EF-*** dövlət qeydiyyat nişanlı “Hyundai” markalı nəqliyyat vasitəsi ilə sola dönmə zamanı yol polisi tərəfindən saxlanılmış və sola dönmə göstəricisinin işığı sönülü olan zaman hərəkət etdiyini xəbərdar etmək, qayda pozuntusunu göstərmək məqsədilə sənədlərini qəbul etmək tələbini qəbul etmiş, sola dönmə işığı aktiv olduğu zaman döndüyünü onlara etiraz olaraq bildirmiş, videogörüntü tələb etmiş və inspektor ona videogörüntünü 10 gün ərzində “asan pay” dövlət portalına yükləyəcəyini qeyd etmişdir. O da əgər videogörüntüdə qayda pozuntusunu göstərən kadrlar olduğu halda cəriməni qəbul edəcəyini, əks halda şikayət edəcəyini bildirmişdir. Bir ay keçsə də videogörüntü portala yüklənmədiyi üçün “online” BDYPİ-yə şikayət məktubu göndərmişdir. 14.06.2021-ci il tarixdə X6 dəvət olunmuş və ona 1 aydan çox keçdiyi üçün videogörüntünün olmadığını, narazı olduğu halda məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Bütün bunları nəzərə alaraq şikayətinin təmin edilməsini, 19.03.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və həmin qərar üzrə cərimə və hesablanmış dəbbə pulunun ləğv edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən Sumqayıt şəhər X8 Şöbəsi yol patrul xidməti inspektoru, polis baş serjantı X3 izahat verərək bildirdi ki, X4 Zakir oğlu barəsində 19.03.2021-ci il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir ona görə ki, o, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin tələbini pozaraq sola dönmə göstəricisinin işığı sönülü olan zaman sola dönmə hərəkəti etmişdir. Ona görə də Babayev Azad Zakir oğlu barəsində qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddsəinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İş materiallarında olan Babayev Azad Zakir oğluna təqdim edilmiş 19.03.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Babayev Azad Zakir oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə barəsində 60 (altmış) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görəaltmış manat məbləğində cərimə edilir. Məhkəmə inzibati iş üzrə şikayət vermiş şəxs və inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxsin izahatlarındakı ziddiyyətləri aradan qaldırmaq və iş üzrə obyekiv araşdırma aparmaq məqsədilə Sumqayıt şəhər Polis İdarəsi Dövlət X6 sorğu göndərərək 19.03.2021-ci il tarixli, TP ******* saylı qərar üzrə inzibati xəta hadisəsinin baş verdiyini və nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən inzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitə ilə çəkilmiş foto və video materialları Sumqayıt şəhər Məhkəməsinə təqdim etməyi xahiş etmişdir. Lakin üzərindən xeyli vaxt keçməsinə baxmayaraq şəxsin inzibati xətanı törətməsini sübut edən foto və video görüntülər Məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi nzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə, yuxarıda qeyd edilən bütün hallar və normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, Babayev Azad Zakir oğlunun şikayəti təmin edilməli, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair qəbul edilmiş 19.03.2021-ci il tarixli TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” Qərar ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101, və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Babayev Azad Zakir oğlunun şikayəti təmin edilsin. Sumqayıt şəhər X8 Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 19.03.2021-ci il tarixli TP ******* saylı Qərar ləğv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsiilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar