Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2075/2022 25.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 tərəfindən xx.xx.2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin xx.xx.2021-ci il MN ******* nömrəli qərarı ilə 300 manat, xx.xx.2021-ci il tarixli MN ******* nömrəli qərarı ilə 300 manat, X1 xx.xx.2021-ci il tarixli MN ******* nömrəli qərarı ilə 300 manat, xx.xx.2020-ci il tarixli MN ******* nömrəli qərarı ilə 200 manat və xx.xx.2021-ci il tarixli MN ******* nömrəli qərarı ilə 4000 manat, ümumilikdə 5100 manat cəriməni üzrsüz səbəbdən ödənilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, özünü qismən təqsirli bilir, həmin obyekt əvvəllər otel olmuşdur, amma artıq bağlanmışdır. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin və X1 əməkdaşları hər 3 aydan bir gələrək cərimə yazmışlar. O, otelin artıq işləmədiyini bildirsə də, həmin Agentliyin əməkdaşları cərimə yazılmalıdı deyə cərimə yazıb getmişlər. Hazırda işləmir və ona görə də, həmin cərimələri ödəyə bilmir. Barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin xx.xx.2021-ci il MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin xx.xx.2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan X1 xx.xx.2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan X1 xx.xx.2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan X1 xx.xx.2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən 4000 (dörd min) manat məbləğində inzibati cərimə edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinin sanksiyası həddində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə, qərara aldı : Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin xx.xx.2021-ci il MN ******* nömrəli qərarı ilə 300 manat, xx.xx.2021-ci il tarixli MN ******* nömrəli qərarı ilə 300 manat, X1 xx.xx.2021-ci il tarixli MN ******* nömrəli qərarı ilə 300 manat, xx.xx.2020-ci il tarixli MN ******* nömrəli qərarı ilə 200 manat və xx.xx.2021-ci il tarixli MN ******* nömrəli qərarı ilə 4000 manat inzibati cərimə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində müəyyən olunmuş müddətdə ödənilmədiyindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və ona 160 (bir yüz altmış) saat ictimai işlər növündə tənbeh növü tətbiq olunsun. Qərarın icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-2075/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2075/2022
25.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver