Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2075/2024 10.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, Şikayət vermiş şəxs – Abışova Mətanət Qüdrət qızının və onun vəkili Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Abşeron Xızı regional şöbəsinin etibarnamə üzrə nümayəndəsi – X2 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Abşeron Xızı Regional Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş 21 avqust 2023cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X8 Qüdrət qızı tərəfindən verilmiş şikayət ərizəsinə baxaraq, müəyyən etdi: X8 Qüdrət qızı Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Abşeron Xızı Regional Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş 21 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məlumat üçün bildirirlər ki, Rusiya Federasiyasının vətəndaşı lusibova Samira Tofikovna xx.xx.2023-cü il tarixli “İşə qəbul barədə” Ərizə ilə "xxxx" MMC-nin (VÖEN**********) direktoru Abışova Mətanət Qüdrət qızına müraciət edərək, onu xx.xx.2023-cü il tarixindən "xxxx" MMC-nə həkim köməkçisi vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. "xxxx" MMC-nin (VÖEN**********) direktoru Abışova Mətanət Qüdrət qızı tərəfindən qəbul edilmiş “İşə qəbul barəsində” xx.xx.2023-cü il tarixli, 56/2023 nömrəli Əmrə əsasən, lusibova Samirə Tofık qızının xx.xx.2023-cü il tarixindən əmək haqqı əmək müqaviləsinə uyğun ödənilməklə cəmiyyətə “həkim köməkçisi” vəzifəsinə işə qəbul edilməsi; işçi ilə tam maddi məsuliyyət haqqında müqavilə bağlanılması əmr edilmişdir (Əsas: İşçinin işə qəbul ərizəsi və xx.xx.2023 -cü il tarixli əmək müqaviləsi). xx.xx.2023-cü il tarixdə işçi ilə kağız daşıyıcıda əmək müqaviləsi bağlanılmış, lakin sistemdə baş verən texniki problemlər səbəbindən həmin gün qeyd olunan əmək müqaviləsinin elektron qaydada təsdiq olunması və elekrton sistemə daxil edilməsi mümkün olmamışdır. Həmin əmək müqaviləsinin elektron qaydada təsdiq olunması və elekrton sistemə daxil edilməsi 23 avqust 2023-cü il tarixdə mümkün olmuşdur. lusibova Samira Tofikovna xx.xx.2024-cü il tarixdə saat 11:58:30-da “+**********68” mobil telefon nömrəsi ilə "xxxx" MMC-də əmək hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin 142 “Çağrı Mərkəzi”nə Şikayət formasında müraciət etmiş və həmin müraciətə aidiyyəti üzrə Nazirlik yanında X7 Xidmətinin Abşeron-Xızı regional şöbəsində baxılmış və guya "xxxx" MMC-nin direktoru Abışova Mətanət Qüdrət qızı tərəfindən Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinin tələblərinin pozularaq lusibova Samira "xxxx" MMC-də Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən hər hansı iş və ya xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunmuşdur. Nəticədə vəzifəli şəxs kimi "xxxx" MMC-nin direktoru Abışova Mətanət Qüdrət qızının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli “İnzibati Xəta haqqında” Protokol tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli “İnzibati Xəta haqqında” Protokola əsasən müəyyən edilmişdir ki, işəgötürən "xxxx" MMC-nin direktoru Abışova Mətanət Qüdrət qızı tərəfindən Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinin tələbləri pozularaq İusibova Samira əmək müqaviləsi hüquqi qüvvəyə minmədən iş və xidmətlərin yerinə yetirilməsinə cəlb olunmuşdur. X9 Qüdrət qızı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Həmin Protokola əsasən, bu fakt guya müəssisənin təqdim etdiyi təsdiqedici sənəd, cavab məktubu və “Əmək və məşğulluq altsistemi” vasitəsilə təsdiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Abışova Mətanət Qüdrət qızı izahatında bildirdi ki, tərtib olunan protokolla razı deyil. Protokolun surəti xx.xx.2024-cü il tarixdə alınmışdır. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin "xxxx" MMC-yə (VÖEN: **********) ünvanlanmış xx.xx.2024-cü il tarixli Məktubunda deyilir ki, “X10 "xxxx" MMC-də əmək hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin 142 “Çağrı Mərkəzi”nə etdiyi müraciət aidiyyəti üzrə Nazirlik yanında X7 XidmətininAAbşeron-Xızı regional şöbəsində baxılmış və "xxxx" MMC-nin direktoru Abışova Mətanət Qüdrət qızı tərəfindən Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinin tələblərinin pozularaq İusibova Samira "xxxx" MMC-də Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən hər hansı iş və ya xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunmuşdur. Nəticədə vəzifəli şəxs kimi Sizin barənizdə Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 192.1- ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli İnzibati Xəta haqqında Protokol tərtib edilmişdir. Sizin barənizdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli İnzibati Xəta haqqında Protokol Sizə göndərilir. Həmçinin məlumat üçün bildirirlər ki, "xxxx" MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli İnzibati Xəta haqqında Protokol tərtib olunmuş və İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli Qərardad qəbul edilərək iş baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin rəisi X12 tərəfindən qəbul edilən “inzibati tənbeh vermə haqqında” 21 avqust 2024 il tarixli, MN ******* №-li Qərarı ilə "xxxx" MMC-nin (VÖEN **********) direktoru Abışova Mətanət Qüdrət qızı (AR vətəndaşı; d/t: xx.xx.1972, FİN: 2N5WT3L; Ş/V: AA3815046) Abışova Mətanət Qüdrət qızı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 3000 (üç min) manat inzibati cərimə tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. Həmin Qərara görə, "xxxx" MMC-nin (VÖEN**********) direktoru Abışova Mətanət Qüdrət qızı barəsində tərtib edilmiş 19 avqust 2024-cü il tarixli, MN ******* nömrəli “İnzibati xəta haqqında” Protokola və inzibati xəta haqqında işin digər materiallarına baxılaraq müəyyən edilmişdir ki, işəgötürən tərəfindən AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri (lusibova Samirə) hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi nəticəsində Abışova Mətanət Qüdrət qızı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Aşağıdakı əsaslara görə, müvafiq qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməlidir: Əvvələn, barəsində aparılan inzibati xəta haqqında iş üzrə tam, hərtərəfli və obyektiv icraat həyata keçirilməmiş və bu icraatın nəticələrinə dair qanuni, əsaslı və ədalətli qərar qəbul edilməmişdir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat aparan orqan heç bir əsas və sübut olmadan, yalnız işəgötürən ilə işçi lusibova Samira Tofikovna arasında əmək müqaviləsinin bağlanıldığı 22 avqust 2023-cü il tarixi ilə “ƏMƏK MÜQAVİLƏSİNİN BAĞLANMASİ İLƏ BAĞLİ X4”nin “Əmək və məşğulluq altsistemi”-nə (bundan sonra müvafiq sistem) daxil edildiyi 23 avqust 2023-cü il tarixi arasıbdakı cəmi 1 günlük fərqi əsas götürərək, işçinin konkret və dəqiq olaraq hansı tarixdən əmək müqaviləsi üzrə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsini düzgün müəyyən etməmişdir. İşçi ilə əmək müqaviləsinin bağlanılması tarixi 22 avqust 2023-cü il kimi və “ƏMƏK MÜQAVİLƏSİNİN BAĞLANMASİ İLƏ BAĞLİ X4”nin müvafiq sistemə daxildiyi tarix 23 avqust 2023-cü il kimi qeyd edilsə də, qeyd edilən işçi əmək müqaviləsi üzrə işlərin (xidmətlərinin) yerinə yetirilməsinə 22 və 23 avqust 2023-cü il tarixlərində deyil, məhz 24 avqust 2023-cü il tarixində cəlb ediilmişdir. İnzibati xəta haqqında iş üzrə icraat aparan orqan həmin faktiki halın düzgün müəyyən edilməsi istiqamətində heç bir araşdırma aparmamış və bu məsələ ilə bağlı müəssisənin direktoru olaraq irəli sürdüyü dəlillərə ümumiyyətlə heç bir münasibət bildirməmiş və həmin dəlillərə düzgün və müfəssəl hüquqi qiymət verməli olduğu halda bunu etməmiş və əmək müqaviləsinin bağlanmış hesab edildiyi tarix ilə sistemə daxil etmə tarixi arasındakı fərqi əsas götürməklə öz işini bitmiş hesab etmişdir. Halbuki, inzibati xəta haqqında iş üzrə hər bir halda tam, obyektiv və hərtərəfli araşdırma aparmaq və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin irəli sürdüyü bütün qanuni və əsaslı dəlillərə geniş və ətraflı münasibət bildirmək və həmin dəlillərə düzgün hüquqi qiymət vermək inzibati xəta haqqında iş üzrə icraat aparan orqanın ən birinci, ən əsas və ən vacib vəzifəsdir. Buna görə də hesab edir ki, onun İXM-nin 192.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmağı və 3000 manat məbləğində inzibati cərimə olunmağı qanunsuz və əsassızdır. Həmin maddə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati məsuliyyəti nəzərdə tutur. Bu maddə “kölgə iqtisadiyyatı”nın qarşısının aslınması, işçilərin hüquqlarının qorunması, o cümlədən onların gələcəkdə pensiya və sosial hüquqlarının təminatı üçün nəzərdə tutulmuşdur və əmək müqaviləsi olmadan işçilərin davamlı şəkildə işə cəlb olunmasının qarşısını almaq məqsədi daşıyır. Hazırki halda isə söhbət X4 ilə işçinin əmək müqaviləsi üzrə işə cəlbi ilə bağlı sənədləşmənin həyata keçirilməsindəki baş verən texniki xətadan gedir. Belə ki, həmin əmək müqaviləsini müvafiq sistemə daxil etməyə cavabdeh olan mühasib sistemdə baş verən çoxsaylı texniki xətalara görə həmin əmək müqaviləsini 22 avqust 2023-cü il tarixdə deyil, 23 avqust 2023-cü il tarixdə müvafiq sistemə daxil etməyə nail olmuşdur. İkincisi onun əməlində Azərbaycan Respublikası İXMnin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin heç bir əlaməti mövcud olmamış və onun qeyd edilən inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında iş üzrə icraat aparan orqan tərəfindən sübut olunmamışdır. Belə ki, bu inzibati xəta subyektiv cəhətdən qəsdlə törədilir. İşəgötürən cəmi 1 gün fərqlə əmək müqaviləsini müvafiq sistemə gec daxil etməsində hansı məqsədi ola bilər? Özü də nəzərə alsaq ki, bu məsələ ilə bağlı həmin işçinin heç bir hüququ pozulmamış və işçinin 2023-cü ilin avqust ayı üzrə işlədiyi bütün günlər üzrə əmək haqqısı, o cümlədən DSMF-na ödənişi və ödənilməli olan vergisi tam və düzgün hesablanaraq ödənilmişdir və bu barədə müvafiq sənədlər də müvafiq orqana təqdim olunmuşdur və həmin orqan tərəfindən bu barədə hər hansı bir pozuntu müəyyən edilməmiş və həmin işçi də bu barədə hər hansı bir orqana, xüsusilə də məhz müvafiq orqana heç bir şikayəti etməmişdir. Digər tərəfdən, işçinin işəgötürən tərəfindən AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxs- tərəflər arasında bağlanmış əmək müqaviləsi üzrə həkim köməkçisi lusibova Samira Tofikovna 22 və 23 avqust 2023-cü il tarixlərində öz əmək müqaviləsi üzrə hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməmiş, 24 avqust 2023-cü ildə işə cəlb edilmişdir. Həmin işçi ilə əmək müqaviləsi 22 avqust 2023-cü il tarixdə bağlanmış və onun işə götürülməsi barədə əmr 22 avqust 2023-cü il tarixdə verilmiş olsa da həm müvafiq sistemdə baş verən texniki problemlər və sistem xətaları nəticəsində “ƏMƏK MÜQAVİLƏSİNİN BAĞLANMASİ İLƏ BAĞLİ X4”nin müvafiq sistemə daxil edilməsi 23 avqust 2023-cü il tarixində mümkün olmuşdur. Lakin yuxarıda qeyd edildiyi kimi işçinin hər hansı bir əmək hüququ pozulmamış, dövlətin ƏMnin 192.1-ci maddəsinin qəbul edilməsində nəzərdə tutulmuş məqsədə zidd hər hansı bir hal baş verməmişdir. Digər tərəfdən, inzibati xəta haqqında icraat aparan orqanın mövqeyindən yanaşsaq belə, həmin inzibati xətaya görə inzibati tənbeh tədbiri həmin inzibati xətanın törədildiyi gündən təxminən 1 il keçdikdən sonra (22 avqust 2023-cü il-21 avqust 2024-cü il) verilmişdir. Bu da AR İXM-nin 38-ci maddəsinin (Müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad etmənin) tətbiqi üçün əsas yaradır. AR İXM-nin 38.1-ci maddəsində deyilir ki, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyrihökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Digər tərəfdən nəzərə alınmalıdır ki, işçinin inzibati xəta haqqında iş üzrə icraata aparan orqana müraciəti tamamilə başqa bir məsələ ilə bağlı olmuşdur. Belə ki, İnzibati orqan tərəfindən müəssisəyə təqdim edilən Müraciət Vərəqəsi adlı sənədin “Müraciətin qısa məzmunu” adlı hissəsində deyilir ki, “...Şəxs bildirir ki, əmək müqaviləsində nəzərdə tutulan əmək məzuniyyətindən istifadə etmək üçün işəgötürənə müraciət etdikdə, 6 gündən çox əmək məzuniyyətinin verilməyəcəyi bildirilmişdir. Vətəndaş əmək məcəlləsinin 137-ci maddəsinin 1-ci bəndində qeyd olunan, əmək məzuniyyətinin bölünmüş hissələrindən birinin müddətinin iki təqvim həftəsindən az olmamağı tələbinin pozulduğunu iddia edir. Vətəndaş əmək məzuniyyətindən səmərəli istifadə edə bilmədiyi üçün narazıdır, müraciətinin qeydə alınaraq araşdırılmasını xahiş edir...” Həmin müraciətlə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Abşeron-Xızı regional şöbəsi tərəfindən "xxxx" MMC-nin rəhbərliyinə ünvanlanmış 10 iyul 2024- cü il tarixli Məktubda deyilir ki, “...Vətəndaş lusibova Samiranın əmək hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 “Çağrı Mərkəzi”nə etdiyi müraciətinə aidiyyəti üzrə Nazirlik yanında X7 Xidmətinin Abşeron- Xızı regional şöbəsində baxılır. Müraciətin tam hərtərəfli araşdırılmasını təmin etmək məqsədi ilə Sizin və ya səlahiyyətli nümayəndənizin iştirakı ilə həyata keçirilməsi üçün 3 (üç) iş günü müddətində qeyd olunan müraciətlə əlaqədar müəssisənizin cavab məktubunu, müraciətdə qeyd edilən məsələlərlə bağlı müvafiq təsdiqlənmiş (imza, möhür, “əsli ilə düzdür” qeydi) sənədləri (ünvan: ünvan 3iyə təqdim etməyiniz xahiş olunur. Məlumat üçün bildiririk ki, “Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun 12.3.2 bəndinə əsasən, müraciətə baxan subyektlərin vəzifəli şəxsləri məsələnin mahiyyətini öyrənməli və onun həlli üçün lazımi sənədləri tələb etməlidirlər. Təqdim olunacaq sənədlərin siyahısı: 1) Yazılı əmək müqaviləsi; 2) İşə qəbul əmri və işçinin ərizəsi; 3) Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı smr və xitam verilməsini təsdiq edən təsdiqedici sənədlər (xitam verilibsə); 4) İşçinin son haqq-hesabının hesablanmasının tam açıqlaması ilə açılışı və ödənilməsini təsdiq edən sənədlər (əmək haqqı bank ödəniş tapşırığı) (xitam verilibsə); 5) əmək məzuniyyətləri ilə bağlı təsdiqedici sənədlər; 6) Müraciətlə bağlı tam ətraflı cavab məktubu Qoşma: Vətəndaşın müraciəti 2 (iki) vərəq...” "xxxx" MMC-nin direktoru olaraq onun tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Abşeron-Xızı regional şöbəsinin rəisi cənab Aqşin Əhədova ünvanlanmış cavab Məktubunda (3-17-5/2-44861/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktuba cavab) deyilir ki: “...xx.xx.2024-cü il tarixində "xxxx" MMC-yə 3-17-5/2-44861/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, vətəndaş Samira Tofik qızı lusibovanın xx.xx.2024-cü il tarixində “142" Çağrı Mərkəzinə müraciəti əsasında əlaqədar məlumat və sənədlərin tərəfimizdən X7 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə təqdim olunması haqqında məktubunuz daxil olmuşdur. Məktuba aidiyyəti üzrə baxılmışdır və vətəndaşın şikayətinə aşağıdakı kimi münasibət bildirmək istəyir. S.T.lusibovanın şikayəti tam əsassızdır. O, xx.xx.2023-cü il tarixində şirkətdə işə başlamışdır, xx.xx.2024-cü il tarixində isə səbəb bildirmədən onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən etibarən öz xahişi əsasında xitam verilməsi üçün ərizə ilə müraciət etmişdir. Bu əsnada onunla şəxsən görüşmüş və ona şirkətə qarşı hər hansısa iddiasının olması haqqında məlumat verməyib. Belə ki, S.T.İusibovanm fəaliyyəti dövründə əmək məzuniyyətinə çıxmaq istəyi ilə bağlı heç bir rəsmi müraciəti qeydə alınmamışdır. Hətta, cari ayın əvvəlində şəxsi ailə məsələlərinin həllini bəhanə gətirərək işə gəlməmişdir ki, həmin dövr üçün dəstək məqsədi ilə ona 6 günlük işəgötürənin hesabına icazə də verilmişdir. Görüldüyü kimi onun Əmək Məcəlləsinin 137-ci maddəsinin 1-ci bəndində qeyd olunan əmək məzuniyyətinin bölünmüş hissələrindən birinin müddətinin iki təqvim həftəsindən az olmamağı tələbinin pozulması haqqında iddiası tam əsassızdır. Məktuba qoşmada yuxarıdakıları sübut edən müvafiq sənədlər əlavə olunur. Şikayətçinin yazılı əmək müqaviləsi, bildirişi, ərizəsi və işə qəbul əmrinin kopyası - 7 vərəq; Şikayətçinin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xitam əmri və çıxarış - 2 vərəq; Son haqq-hesabın hesablamasının tam açıqlaması və bank hesabından çıxarış - 2 vərəq...” Göründüyü kimi, işçi yuxarıda qeyd edilən başqa məsələ üzrə Şikayət etmiş, inzibati orqan üzrə Şikayətin məzmunundan kənara çıxaraq şikayət edilməyən məsələ ilə bağlı inzibati xəta haqqında protokol tərtib etmiş və inzibati tənbeh vermə haqqında müvafiq qərar qəbul etmişdir. Halbuki, inzibati orqan yalnız Şikayətdə qeyd edilən məsələlər üzrə araşdırma apara bilərdi. İnzibati orqanın araşdırılması ondan tələb edilməyən məsələlərə müdaxilə etməsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa ziddir və həmin Qanunun məqsədi sahibkarlıq subyektlərini inzibati orqanların və onların vəzifəli şəxslərinin qanunsuz əməllərindən qorumaq, onların qanunsuz və əsassız olaraq inzibati məsuliyyətə cəlb olunmaması məqsədi daşıyır, inzibati orqan tərəfindən qanunsuz və əsassız bir qərarın qəbul edilməsi sahibkarlıq subyektinin müflisləşməsinə, onların iqtisadi töhfə verməsinə maneçilik törətməsinə səbəb olmuş, mövcud qanunvericiliyin prinsiplərinə ziddir. Həmin Qanunun 4cü maddəsində deyilir ki, yoxlamaların məqsədi sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərə sahibkarlar tərəfindən riayət olunmasının təmin edilməsi, o cümlədən bu sahədə yoxlayıcı orqan tərəfindən sahibkarlara kömək göstərilməsi yolu ilə insanların həyat və ya sağlamlığının, ətraf mühitin və dövlətin əmlak maraqlarının təhlükəsizliyinin təmin edilməsindən ibarətdir. Yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən qəbul edilən “İnzibati tənbeh vermə haqqında” 21 avqust 2024 il tarixli, MN ******* №-li Qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən qərardan şikayət vermiş şəxsin vəkili Vəkil şikayət ərizəsində qeyd olunanları müdafiə edərək, eyni zamanda əmək müfəttişliyi xidməti tərəfindən qanunvericiliyə zidd şəkildə araşdırılma aparıldığı və inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi üçün şikayətin təmin edilməsini və Abışova Mətanət Qüdrət qızı barəsində tərtib olunmuş 21 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən qərardan şikayət vermiş şəxs Abışova Mətanət Qüdrət qızı şikayət ərizəsində qeyd olunanları və vəkilinin dediklərini təsdiq edərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxsin nümayəndəsi X6 izahatında göstərdi ki, araşdırma zamanı müəyyən edilmişdir ki, müəssisə tərəfindən təqdim edilmiş sənədlərə əsasən şəxs xx.xx.2023-cü il tarixdən işə başlamışdır. Eyni zamanda sistemdə olan bildirişdən də görünür ki, bildiriş xx.xx.2023-cü il tarixdə qeydə alınmış, lakin işə başlama tarixi xx.xx.2023-cü il qeyd olunmuşdur. Eyni zamanda əmək müqaviləsində də qeyd olunmuşdur ki, şəxs xx.xx.2023-cü il tarixdə işə başlamışdır. Şəxsin özünün müraciəti isə xx.xx.2023-cü il tarixdədir və həmin müraciətdə də şəxs xx.xx.2023-cü il tarixdə işə qəbul olunmasını xahiş etmişdir. Həmin müraciətdə xx.xx.2023-cü il tarix göstərilmir. Sistemdə olan məlumatlara əsasən daxil olma tarixi xx.xx.2023-cü il saat 18:32:26, təsdiq olunma, yəni sənədin yaradılma tarixi xx.xx.2023-cü il tarix saat 18:33:29-dur. Həmin sənədləri məhkəməyə də təqdim edir. Burada hər hansı xətadan söhbət gedə bilməz. Müddətin keçməsi ilə bağlı hissədə bildirdi ki, inzibati xətanın törədildiyi vaxtdan bir il keçməmiş, yəni xx.xx.2024-cü il tarixdə tərəflərindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, müddəti ötürməmişlər. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Abşeron Xızı Regional Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş 21 avqust 2023cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasını xahiş edir. Məhkəmə şikayət vermiş şəxsi, onun vəkilinin, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Abışova Mətanət Qüdrət qızının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Abşeron Xızı Regional Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş 21 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməməlidir. İş materiallarından görünür ki, Abışova Mətanət Qüdrət qızı barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Abşeron Xızı Regional Ərazi Şöbəsi tərəfindən 19 avqust 2024-cü il tarixli, MN ******* saylı protokol tərtib edilmiş və MN ******* saylı, 21 avqust 2024-cü il tarixli qərarla Abışova Mətanət Qüdrət qızı Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən 3000 manat məbləğində cərimə edilmişdir. İş materiallarından görünür ki, X5 TT Brothers MMC-də xx.xx.2023-cü il tarixdən həkim köməkçisi vəzifəsinə qəbul olunmaq üçün cəmiyyətin direktoru Abışova Mətanət Qüdrət qızına xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət etmişdir. İş materiallarında olan 56/2023 saylı, xx.xx.2023-cü il tarixli əmrin surətindən görünür ki, X5 xx.xx.2023-cü il tarixdən əmək haqqı əmək müqaviləsinə uyğun ödənilməklə cəmiyyətə “həkim köməkçisi” vəzifəsinə işə qəbul edilmiş, işçi ilə tam maddi məsuliyyət haqqında müqavilə bağlanılmışdır. İş materiallarından görünür ki, X5 ilə əmək müqaviləsinin bağlanması ilə bağlı X4 xx.xx.2023-cü il tarixdə imzalanmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan səlahiyyəti çərçivəsində əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 312-ci maddəsinə əsasən əmək qanunvericiliyini pozan işçi, işəgötürən və digər şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər. Azərbayan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Abışova Mətanət Qüdrət qızı X3 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin yerinə yetirilməsinə cəlb etməsi iş materialları və məhkəmədə araşdırılan hallarla sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək müqaviləsi bildirişləri barədə çıxarışdan görünür ki, X5 ilə bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixdə saat 18:32:26-da sistemə daxil edilmiş, əsas sənəd xx.xx.2023-cü il tarixdə 18:33:29-da yaradılmışdır. Lakin X5 ilə əmək müqaviləsi xx.xx.2023-cü il tarixdə bağlanılmışdır. Qərardan şikayət vermiş şəxs tərəfindən şikayətin əsaslı olmasına dair hər hansı mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi ilə bağlı qeyd edir ki, inzibati xəta xx.xx.2023-cü il tarixdə baş vermiş, inzibati tənbeh vermə haqqında qərar isə xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Göründüyü kimi hazırki inzibati xəta “əmək hüquqları əleyhinə olan inzibati xətalar” fəsilində yer aldığından, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən 1 il müddəti keçənədək verilə bilər. Buna görə də inzibati məsuliyyətə cəlb etmə müddəti keçməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 77.2-ci maddəsinə əsasən maddi sübutların fotoşəkilləri çəkilir və onlar inzibati xəta haqqında işə əlavə edilir. Maddi sübutlar inzibati xətalar haqqında protokolda qeyd edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Bununla da məhkəmə gəldiyi qənaətə görə Abışova Mətanət Qüdrət qızı tərəfindən Azərbayan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Abşeron Xızı Regional Ərazi Şöbəsinin 21 avqust 2023-cü il tarixli, MN ******* saylı qərarı ilə Abışova Mətanət Qüdrət qızını 3000 manat məbləğində cərimə etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şikayət təmin olunmasın. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Abşeron Xızı Regional Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş 21 avqust 2023cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-2075/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2075/2024
10.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver