Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2075/2025 25.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs X1 iştirakı ilə, Daxili İşlər Nazirliyi BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ seriyalı 29922143 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Daxili İşlər Nazirliyi BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ seriyalı 29922143 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, EQ 29922143 saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat 3 bal məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi 327.2-ci maddəsinə əsasən işıqforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, yaxud sərnişin daşıma qaydasının pozulması, yol ayrıcını keçmə qaydalarının pozulması, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə qaydalarının pozulmasına görə yüz manat üç bal məbləğində cərimə edilir. Ona bu inzibati xəta haqqında qərar əks yola çıxmağına görə verilmiş və cərimə olunmuşdur. Halbuki sərnişin daşıyan nəqliyyat vasitəsi, dayanıb sərnişin götürərkən, dönmə işiqlarını yandırıb ötmə əməliyyatını yerinə yetirmişdir. Göründüyü kimi, ötmə əməliyyatını qanuna uyğun yetirmiş, bu zaman şəxs cərimə oluna bilməz və bu halda sürücü məsuliyyət daşımır. Qərar ilə razılaşmır, qərarın ləğv edilməsini və şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsinin mahiyyətinə uyğun çıxış etmiş və əlavə olaraq bildirmişdir ki, xx.xx.2025-ci il tarixində hadisənin baş verdiyi vaxt ondan öndə olan avtobus qəza işığını yandırmışdı. Bu da o deməkdir ki, qəza işığını yandıran nəqliyyata vasitəsinin yanından ötmə əməliyyatını yerinə yetirə bilər. Məhkəmədən xx.xx.2025-ci il tarixli EQ seriyalı 29922143 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq elektron qərarı qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İXMnin 133.2.4-cü maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Belə ki, iş materiallarında Daxili İşlər Nazirliyinin BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ seriyalı 29922143 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 həmin tarixdə “VAZ 2107 MİNİK” markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində yol verdiyi xətaya görə Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, X2 həmin tarixdə “VAZ 2107 MİNİK” markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində 1.1 üfüqi nişanlanma xəttinin tələblərini pozmuş, bununla da Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu səbəbdən də qeyd edilən maddə ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsassızdır, Daxili İşlər Nazirliyi BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ seriyalı 29922143 nömrəli inzibati tənbeh vermə haqqında qərarı isə qanuni və əsaslıdır. Belə ki, İXM-in 327.2-ci maddəsi əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etməni, həmçinin, 1.1 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək maneəni kənardan keçməyə görə inzibati məsuliyyət müəyyən etmişdir. Şikayətçi tərəfindən təqdim edilmiş xüsusi texniki vasitə göstəriciləri inzibati tənbeh vermə haqqında elektron qərarın qanuniliyini sübut edir. Məhkəmə əlavə olaraq qeyd edir ki, inzibati xəta qanunvericiliyində sərnişin daşıyan nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində dayanıb sərnişin götürməsi səbəbindən arxadan gələn nəqliyyat vasitəsinə 1.1 üfüqi nişanlanma xəttinin tələblərini pozaraq maneəni kənardan keçilməsinə icazə verən norma mövcud deyil. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - 100 manat məbləğində cərimə edilir Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Daxili İşlər Nazirliyi BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ seriyalı 29922143 nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olduğundan X1 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 şikayəti təmin edilməsin. Daxili İşlər Nazirliyi BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ seriyalı 29922143 nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-2075/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2075/2025
25.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver