Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2076/2024 24.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X3, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin etibarnamə üzrə nümayəndəsi SRDYNİ-nin DYNŞ-nin böyük inspektoru, d/x mayoru X4 iştirakı ilə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin inzibati xəta haqqında 23 iyul 2024-cü il tarixli, MN ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, Müəyyən etdi: Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən Şəxs (VÖEN **********) barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir, ona görə ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, Bulvar ərazisi 57L-in 1-ci mərtəbəsində yerləşən Şəxs MMC-yə məxsus şirniyyat evində keçirilən YTM zamanı YTQ № 01-2001 bənd 6.1-6.10; bənd 9.1- 9.12 tələbləri pozulmuşdur. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş, xx.xx.2024-cü il tarixdə Məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında protokol tərtib etmiş şəxsin nümayəndəsi X5 bildirdi ki, xx.xx.2024-cü il tarixdə Şəxs MMC-yə məxsus Bulvar ərazisində yerləşən şirniyyat evində müayinə keçirilmiş, nöqsanlar aşkar olunmuş və protokol tərtib edilmişdir. Hal-hazırda hüquqi şəxs tərəfindən həmin nöqsanlar aradan qaldırılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X6 bildirdi ki, protokol düz tərtib edilmiş və aşkar olunan nöqsanlar dərhal aradan qaldırılmışdır. Sənədləri məhkəməyə təqdim edərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 1849 nömrəli yanğın-texniki müayinə materiallarına baxılmasının nəticələri üzrə qərardan görünür ki, müayinə zamanı aşkar olunmuş qanun pozuntularının məzmunu aşağıdakı kimidir: - obyekt yanğın xəbərverici siqnalizasiya qurğusu ilə təmin edilməyib (YTQ № 01.2001 bənd 9.1-9.12); - obyektin elektrik naqilləri EQQQ-nın tələblərinə uyğun quraşdırılmamışdır və kabellərin üst qatının izolyasiyasının müqavimətinin ölçülməsi ilə bağlı akt təqdim edilməmişdir (YTQ № 01.2001 bənd 6.1-6.5). Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən yanğın təhlükəsizliyi sahəsində müəssisələrin yanğın təhlükəsizliyi tələblərinə riayət etmək, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun müvafiq qurumlarının, habelə onların vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirmək və s. digər vəzifələri vardır. Həmin Qanununun 23-cü maddəsinə əsasən yanğından sığortalama könüllü, həmçinin daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası növlərinin tərkibində icbari qaydada həyata keçirilir. Daşınmaz əmlakın, həmçinin daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari qaydada sığortalanması “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır. İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanununun 35.2-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə görə mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığı üçün xitam verilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" Safety Solutions tərəfindən verilmiş SN: EN/YSQA-09, 07 avqust 2024-cü il tarixli yanğın siqnalizasiya quraşdırma aktından görünür ki, ünvan 1 ünvanında yerləşən Osmanov Sərxana məxsus Şəxs MMC-də "xxxx" MMC-nin mühəndis və texniki işçiləri tərəfindən yanğından erkən xəbərdaredici sistemi quraşdırılmışdır. Yanğın siqnalizasiya sistemi tam işlk vəziyyətdə test olunaraq təhvil verilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş kabel xəttinin sınaq protokolundan (№ NSES0xx/xx.2024) görünür ki, ünvan 1 ünvanında yerləşən Şəxs MMCdə sınaq olunan kabellər istismara yararlıdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş torpaqlama konturunun sınaq olunması protokolundan (№ NSES0xx/xx.2024) görünür ki, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-də nəticələr “X2 Qaydaları” normaları daxilindədir. Göründüyü kimi hüquqi şəxs tərəfindən barəsində inzibati xəta haqqında protokol tərtib edilməsinə səbəb olmuş nöqsanlar aradan qaldırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkiblərinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin məcəllənin 105-ci maddəsinə əsasən, İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC barəsində İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: ünvan 2 ünvanında Şəxs (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ZAUR HACİYEV
Məhkəmə qərarları › İş №3(060)-2076/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2076/2024
24.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver