Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2076/2025 18.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlu, X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ28755087 saylı inzibati tənbeh tətbiq etmə barədə qərarından verdiyi şikayətin baxmağa hazırlanması məsələsinə baxaraq, MÜƏYYƏNETDİ: X3 şikayətlə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025ci il tarixli EQ28755087 saylı inzibati tənbeh tətbiq etmə barədə qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayətə baxmağa hazırlıq zamanı iş üzrə icraatı rədd edən halların mövcud olmasını müəyyən etmişdir. Belə ki, müəyyən edilmişdir ki, inzibati tənbeh tətbiq etmə barədə qərar X4 barəsində qəbul edilmişdir. Lakin, şikayəti X3 vermişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin tələblərinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin İXM-nin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs şikayət verə bilər. İndiki halda isə X3 qeyd edilən şəxslər dairəsinə aid deyil. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət vermək hüququ olan şəxslərin dairəsi Azərbaycan Respublikası İXM-in 128.1-ci maddəsində dəqiq müəyyən edilmişdir və Konstitusiya Məhkəməsi Plenum qərarında bu subyektlərin dairəsi dəqiq göstərildiyinə görə geniş təfsir edilə bilməməsi göstərilmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, X4 xx.xx.2025-ci il tarixli EQ28755087 saylı inzibati tənbeh tətbiq etmə barədə qərardan şikayət vermiş, həmin şikayət Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə qismən təmin edilərək ləğv edilmiş və yeni araşdırmaya qaytarılmışdır. Bundan əlavə X3 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ28755087 saylı inzibati tənbeh tətbiq etmə barədə qərarından daha öncə də şikayət vermiş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(060)- 1964/2025 saylı qərardadı ilə geri qaytarılmışdır (subyektiv hüququnun olmaması səbəbindən). Materiallara əlavə edilmiş qərarlara əsəsan müəyyən edilir ki, X3 barəsində xx.xx.2025ci il tarixli EQ28755087 saylı inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edilmişdir. Ona görə də sonuncu yalnız həmin qərardan şikayət verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 2 noyabr 2016-cı il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində şikayət vermək hüququ olan subyektlərin dairəsi dəqiq göstərildiyinə görə geniş təfsir edilə bilməz və yalnız həmin maddədə sadalanan şəxslər inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı hakim tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi (132.1.1), inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu (132.1.2), vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır (132.1.3). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət subyektiv hüququ olmayan şəxs tərəfindən verildiyi üçün geri qaytarılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ28755087 saylı inzibati tənbeh tətbiq etmə barədə qərarından X3 tərəfindən verilmiş şikayət icraata qəbul edilməsin, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ28755087 saylı inzibati tənbeh tətbiq etmə barədə qərarından şikayətlə məhkəməyə müraciət edə biləcəyi X2 izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-2076/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2076/2025
18.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver