Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2077/2022 22.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X1 qəbul etdiyi 03 avqust 2022-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə baxaraq müəyyən etdi: X4 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən onun barəsində tərtib olunmuş 19 iyul 2022-ciil tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolun və bu protokol əsasında idarənin rəisi X1 qəbul etdiyi 03 avqust 2022-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. X4 şikayətində göstərmişdir ki, o, Sumqayıt şəhəri, Novxanı qəsəbəsi ərazisində «SV Beach» istirahət mərkəzini işlətməklə sahibkarlıq fəaliyyəti ilə məşğuldur. 4 saylı Regional Ekalogiya və Təbii Sərvətlər İdarəsi tərəfindən barəsində 19 iyul 2022-ci il tarixdə «MN № 1434168» saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və İdarənin rəisi X1 03 avqust 2022-ci il tarixli, «MN№ 1288398» saylı inzibati tənbeh vermə haqqında qərarı ilə AR İXM-nin 237.1, 271 və 264.0.1-ci maddələri ilə təqsirli bilinərək 2500 (iki min beş yüz) manat məbləğində cərimə edilmişdir. Qərar xx.xx.2022-ci il tarixdə əldə etmişdir. O, hesab edir ki, həm 4 saylı Regional Ekalogiya və Təbii Sərvətlər İdarəsi tərəfindən barəsində tərtib olunmuş 19 iyul 2022-ci il tarixli, «MN № 1434168» saylı inzibati xəta haqqında protokol, həm də İdarənin rəisi X1 03 avqust 2022-ci il tarixli, «MN№ 1288398» saylı inzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassızdır, ona görə də məhkəmə qaydasında ləğv edilməlidir. Belə ki, «Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması» haqqında Azərbaycan Respublikasının 20 oktyabr 2015-ci il tarixli, «1410-İVQ» saylı Qanununun tələblinə əsasən İdarənin yoxlama aparma hüquqi yox idi, lakin buna baxmayaraq İdarənin əməkdaşları tərəfindən qanunsuz yoxlama aparılaraq barəmdə protokol tərtib olunmuşdur. «Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması» haqqında Azərbaycan Respublikasının 20 oktyabr 2015-ci il tarixli, «1410-İVQ» saylı Qanununun 1-ci maddəsinin tələbində deyilir ki, Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2023-cü ilin yanvar ayının 1- dək dayandırılır. Həmçinin bu qanunun 3.1-ci maddəsində göstərilir ki, bu qanun və onun əsasında qəbul edilmiş normativ hüquqi aktların tələblərinin pozulması ilə aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Göstərilənlərə əsasən hesab edir ki, işlətdiyi istirahət mərkəzində aparılan yoxlama, onun nəticələrinə dair tərtib olunmuş protokol və qəbul edilmiş qərar qanunsuz və əsassızdır, ona görə də həm protokol, həm də qərar məhkəmə qaydasında ləğv olunmalıdır. İnzibati xəta haqqında qərardan şikayət Sumqayıt Şəhər Məhkəməsinə xx.xx.2021ci il tarixdə daxil olmuşdur. İXM-nin 131.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. İnzibati xəta haqqında qərardan şikayətə baxılması 22 avqust 2022-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş şikayət vermiş şəxs X4 və 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlməmənin səbəbləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə hazırki işə şikayət vermiş şəxs X2 və 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materianında olan 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 03 avqust 2022-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “SV Beach” istrahət mərkəzində formalaşan çirkab sular germetik olmayan şamboya axıdılır, işlənmiş avtomobil təkərləri qalaqlanmışdır, məişət tullantıları qalaqlanmışdır, tüstü bacasından atmosfer havasına atılan zərərli maddələrin tutulması üçün qurğu qurlaşdırılmamasına görə X4 İXM-nin 237.1, 271, 264.0.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, təqsirli bilinmiş və 2.500,00 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. İş materianında olan 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 05 avqust 2022-ci il tarixli Ç-BM/4322-330 saylı məktubundan görünür ki, inzibati xəta haqqında iş üzrə tərtib olunmuş qərarın surəti Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan X3 göndərilmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə 15 fevral 2016-cı il tarixli, 795 saylı Azərbaycan Respublikasi Prezidentinin Fərmanının 5.11-ci bəndinə əsasən həmin Məcəllənin 230, 234, 236 - 242, 243.0.3, 243.0.5, 243.0.6, 244 (meşə fondu torpaqlarına aid hissəsində), 253, 253-1.2 - 253-1.4, 254 - 261, 264.0.1, 264.0.4, 264.0.6, 264.0.7, 266.1, 266.2, 269, 271, 273, 274, 275, 291, 292 və 541-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi baxır. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati xəta haqqında 03 avqust 2022-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunvericiliyə uyğun qəbul olunmuşdur. Belə ki, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan X2 (Vöen **********) “SV Beach” istrahət mərkəzində formalaşan çirkab suları germetik olmayan şamboya axıtması, işlənmiş avtomobil təkərlərinin, məişət tullantılarının qalaqlanması, tüstü bacasından atmosfer havasına atılan zərərli maddələrin tutulması üçün qurğunun qurlaşdırılmaması müəyyən edildiyindən X2 İXM-nin 237.1, 271, 264.0.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə tənbeh edilməsi qanuni və əsaslıdır. İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 237.1, 271, 264.0.1-ci maddələri ilə inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin inzibati xəta haqqında iş üzrə 03 avqust 2022-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayət təmin olunmasın, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-2077/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2077/2022
22.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver