Məhkəmə qərarları › İş №3(060)-2079/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2079/2021

16.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2079/2021 16.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Tələbkar Əliyeva (Fərəcova) Təhminə Cəlal qızının iştirakları ilə xx.xx.1988-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinə Sumqayıt şəhəri üzrə İcra idarəsindən Şəxs barəsində 16 iyun 2021-ci il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokol daxil olmuşdur. Protokolda göstərilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4283/2019 saylı, 19.11.2019cu il tarixli icra sənədinə əsasən Şəxs hər ay 160 manat aliment pulunu Əliyeva (Fərəcova) Təhminə Cəlal qızının xeyrinə ödəməlidir. Hazırda 2300 manat aliment borcunu üzürsüz səbəbdən icra etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bidirdi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4283/2019 saylı, 19.11.2019-cu il tarixli icra sənədinə əsasən ondan 12.06.2019-cu il tarixdən başlayaraq 08.12.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat məbləğində aliment tutularaq Əliyeva (Fərəcova) Təhminə Cəlal qızına verilməlidir. Pandemiya vaxtı işləmədiyi və maddi imkanı pis olduğuna görə borcunu ödəyə bilməmişdir. Ha-hazırda marketdə işləyirəm. Gələcəkdə hissə-hissə ödəyəcəyini bildirdi. Ona görə də, məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında tələbkar Əliyeva (Fərəcova) Təhminə Cəlal qızı izahat verərək bidirdi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4283/2019 saylı, 19.11.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs 12.06.2019-cu il tarixdən başlayaraq 08.12.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat məbləğində aliment tutularaq ona verilməlidir. Hazırda 2300 manat borc yaranmışdır. Şəxs ödəniş etmədiyini bildirdi. Şəxs cəza verilməsini məhkəmədən xahiş edir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs bu vaxta qədər heç bir ödəniş etməmişdir. Buna görə də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs tərəfindən icra sənədi üzrə 2300 manat məbləğində alimentin ödənilməməsi məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin qərəzli olaraq icra edilməməsi kimi qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs olunsun. Həbs olunmanın əvvəli 16 iyun 2021-ci il, saat 16:10-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar