Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-208/2023 23.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X2 katibliyilə, Sumqayıt şəhər Polis İdarəsinin 5-ci polis bölməsinin sahə rəisi, polis baş leytenantı X1, zərərçəkmiş şəxs X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1975-ci ildə Ermənistan SSR, İcevan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 5-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 157-ci maddəsi ilə 23 yanvar 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, xx.xx.2022-ci il tarixdə saat 15:00 radələrində BTZ bağlar ərazisində Qasımov X3 Asya Şıxı qızını əl zərbəsi vuraraq İXM-nin 157-ci maddəsini (döymə) törətmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 5-ci polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 23 yanvar 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsinin sahə rəisi, polis baş leytenantı X5 tərtib etdiyi protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 izahatında göstərdi ki, təxminən 5 ildir ki, Şəxsla qeyri-rəsmi olaraq ailə həyatı qurmuşdur. Şirvan hazırda Sumqayıt şəhəri, BTZ bağları ərazisində yerləşən onlara məxsus yeni tikilmiş fərdi yaşayış evində təmir işləri görür və orada qalır. xx.xx.2022-ci il tarixdə Şirvan ona zəng vuraraq, onun paltarlarını gətirməsini istədiyi üçün təxminən saat 15:00 radələrində Şirvanın paltarlarını götürüb, həmin evə getmişdir. Şirvan həmin evin yaxınlığında yolda ona yaxınlaşıb, nə üçün onu həmin evdə tək qoyduğunu soruşub, onunla mübahisə etmiş və şillələrlə sifətinin sol tərəfindən, başından vurub, təpiklərlə isə kürəyindən və bədəninin müxtəlif yerlərindən vuraraq onu döymüşdü. Bu vaxt yoldan keçən tanımadığı oğlan Şirvanı sakitləşdirərək onları ayırmışdır. O da oradan çıxıb yaşadığı evə qayıtmış və polisə müraciət etmişdi. Qeyd olunanların nəzərə alınaraq Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 157-ci maddəsi ilə təqsirli bilərək göstərdi ki, təxminən 5 ildir ki, X8 ilə qeyri-rəsmi olaraq ailə həyatı qurmuşdur. Onlar ailə qurandan Asyaya məxsus Sumqayıt şəhəri, BTZ bağları ərazisində yerləşən fərdi evdə yaşamışlar. 2022-ci ilin avqust ayında Asya ilə birgə ailə dövründə qazandıqları pulla BTZ bağları ərazisində 4 sot torpaq sahəsini 4500 manata almışlar və həmin vaxtdan aldıqları torpaq sahəsində fərdi ev tikintisinə başlayaraq, özü də tikintidə işlədiyi üçün orada yaşayırdı. Evin tikintisini Nacəddin adlı usta aparırdı və Asya evin tikintisi üçün pulun hamısını əvvəlcədən ona vermişdi. Nacəddin işini ləng gördüyü üçün təxminən bir ay bundan əvvəl ustanı evdən qovduğu üçün Asya ilə aralarında mübahisələr yaranmışdır. xx.xx.2022-ci il tarixdə təxminən saat 13:00 radələrində Asyadan onun evdə olan paltarlarını gətirməsini istəmiş və Asya paltarları onun yaşadığı evə gətirmişdi. Evin yaxınlığında Asya onu görüb, paltarları yerə qoyaraq qaçıb getmək istədikdə, onu paltarından tutub saxlayaraq, nə üçün qaçdığını soruşmuşdu. Asya qışqıraraq səs-küy salmağa başlamış və bunu eşidən orada yaşayan qonşular səsə çölə çıxdıqları üçün Asyanı buraxmış və oradan çıxıb getmişdi. Sonradan isə öyrənmiş ki, Asya onu döyməsi barədə polisə şikayət edib. Qeyd olunanlara əssən barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, protokol tərtib etmiş şəxsin, zərərçəkmiş şəxsin izahatlarını dinləyib və işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 157-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunmalıdır. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər Polis İdarəsinin 5-ci polis bölməsinin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması barədə qərarından görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından fakt əsasında aparılmış araşdırmanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmişdir, lakin Şəxs əməlində döymə, yəni İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati qaydada tədbir görülməsindən ötrü qəbul olunmuş qərarın surəti aidiyyəti xidmət sahəsinə həvalə olunmalıdır. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər MTE və PA şöbəsinin xx.xx.2022-ci il tarixli (bölməyə xx.xx.2022- ci il tarixdə daxil olmuşdur) 1909 saylı ekspert rəyi alınaraq müəyyən edilmişdir ki, X4 bədəni üzərindəki xəsarətlər - «sol gözətrafının qançırı» küt əşya təsirindən törənmişdir, xx.xx.2022-ci il tarixdə göstərilən şəraitdə əmələ gələ bilər, özü-özünə yetirməsi inkar olunur və dərəcəsinə görə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməmişdir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi iş materiallarında olan Sumqayıt ŞPİ-nin 5-ci PB-nin baş təhqiqatçısı, polis mayoru X6 HK-1/1135 saylı yoxlama materialı üzrə qəbul etdiyi “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə də öz təsdiqini tapır. Ona görə də Şəxs İXM-nin 157-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 32 və 33-cü maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 350,00 (üç yüz əlli) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-208/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-208/2023
23.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver