Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2080/2022 12.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1966-cı ildə X5 Respublikası, Alışar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, X5 Respublikası, Alışar kəndində qydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə xx.xx.2022-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, xx.xx.2022-ci il tarixdə saat 10:30 radələrində Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində Şəxs saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-də üzərinə keçirilən şəxsi axtarış zamanı 0,088 qram psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 10:30 radələrində polis əməkdaşları narkotik vasitələrin qəbulu və üzərində gəzidirilməsində şübhəli bilindiyi üçün saxladıqlarını bildirirək onu aidiyyəti üzrə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət etmişlər. O, PB-nə getməkdən imtina etməmişdir. PB-nə gətirildikdən sonra polis əməkdaşları videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirəcəklərini bildirdilər. O isə buna etiraz etməmiş və PB-də xidməti otaqların birində ona hüquq və vəzifələrim barədə bildiriş, hüquqlarının müdafiəsini təmin edəcək Sumqayıt Şəhər Regional Vəkil Bürosunun vəkili X3 təqdim edilmişdir. O ona təqdim edilmiş vəkilə heç bir etiraz etməmiş və daha sonra isə ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddi sübütün olubolmadığı sual olunan zaman özü əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibində saxlamış olduğu 01 ədəd ağ rəngli siqaret kağızı bükümünü təqdim etmişdir. Həmin büküm açılan zaman bükümün içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə olan “metamfetamin”ə bənzər maddənin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı üzərindən aşkar edilmiş maddələrin “şüşə” olduğunu, həmin maddəni xx.xx.2022-ci il tarixdə Sumqayıt şənəri, 9-cu mikrorayon ərazisində yerləşən ARAZ marketin yaxınlığında yerkləşən avtodayanacaqdan tapdığını, şəxsi istifadəm üçün üzərimdə gəzdirdiyimi biidirmişdir. Həmin üzərindən aşkar olunmuş 01 ədəd ağ rəngli siqaret kağızına bükülmüş ağ rəngli kristal şəkildə maddələr tərəziyə qoyulub çəkilən zaman həmin maddənin çəkisinin ağ rəngli siqaret kağız ilə çəkisinin 0,17 qram olduğu müəyyən edilmiş, daha sonra həmin maddə xüsusi qaydada qablaşdırılmış, Azərbaycan Respublikasının DİN-nin 127 saylı möhürü ilə möhürlənərək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin MEMnə göndərilmişdir. Əməlindən peşmandır. Bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 xx.xx.2022-ci il tarixli, 4372 nömrəli rəyindən görünür ki, Şəxs Kannabinoidlərdən istifadə etmə halları olub. Hal-hazırda Şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Şəxs Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və onun müdafiəçisinin izahatını, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını alma məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdırılan hallar nəzərə alınır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tədbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 300 (üç yüz) manat cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-2080/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2080/2022
12.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver