Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2082/2021 16.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polis söbəsinin inzibati xəta haqqında 12.06.2021-ci il tarixli, İXP ******* saylı protokolunun ləğv edilməsinə dair X1 ərizəsinə hazırlıq iclasında baxaraq müəyyən etdi: X3 ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polis söbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında 12.06.2021-ci il tarixli, İXP ******* saylı protokol üzrə hesablanmış cərimənin ləğv edilməsi barəsində yeni qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər 16 iyun 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. Məhkəmə Şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında protokolun mübahisələndirilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Qanunvericilik inzibati xəta haqqında qərardan şikayət verilməsini müəyyən etmişdir. Şikayətə əlavə olunmuş sənədlərə inzibati xəta haqqında qərar əlavə olunmamışdır. Hazırkı şikayət ərizəsi ilə X3 inzibati xəta haqqında protokolun ləğv edilməsini xahiş edir. Qeyd edilənlər hazırkı şikayət ərizəsnin baxılmasını mümkünsüz edən hallar olduğundan məhkəməyə şikayət ərizəsini və ona əlavə sənədlərin geri qaytarılması nəticəsinə gəlməyə əsas verir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132, 132.1.2-ci maddələrinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub olmamasının məsələlərini həll edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polis şöbəsi tərəfindən tərtib edilmiş 12.06.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolunun ləğv edilməsinə dair X1 şikayət ərizəsi və şikayət ərizəsinə əlavə olunmuş sənədlə birlikdə X2 geri qaytarılsın. Bu Qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-2082/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2082/2021
16.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver