Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2082/2024 16.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X8 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X4 iştirakı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 23 avqust 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 233.1-ci maddəsi ilə tərtib edilmiş 23 avqust 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokola əsasən xx.xx.2024-cü il tarixdə aparılan monitorinq zamanı "xxxx" MMC-ə məxsus Bakı-Quba yolunun 28-ci km-də yerləşən Asfalt-Beton zavodunda atmosferə atılan zərərli maddələrin miqdarı yol verilən norma həddindən artıq olduğu müəyyən olunduğuna görə həmin MMC barəsində protokol tərtib edilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X14 bildirdi ki, çoxsaylı vətəndaş şikayətləri əsasında 22 avqust 2024-cü il tarixdə 4 saylı RETSN və X15 Monitorinq İdarəsinin əməkdaşları tərəfindən Bakı-Quba yolunun 28-ci kmdə yerləşən Asfalt-Beton zavodunda yoxlama həyata keçirilmiş, yoxlama zamanı atmosferə atılan zərərli maddələrin miqdarının normadan artıq olduğu - 8.4 mq/m3 (norma 5.0 mq/m3) faktı aşkar edilmişdir. Bildirir ki, həmin zavod köhnədir, müasir texnologiyalara cavab vermir. Zavod əvvəllər günün müəyyən saatlarında fəaliyyət göstərmiş, lakin COP- 29 tədbiri ilə əlaqədar mütəmadi fəaliyyət göstərməyə başlamışdır. Zavodun fəaliyyəti artdıqca əhali tərəfindən şikayətlər də çoxalır. Bildirir ki, bundan öncə eyni hərəkətkərə yol verdiyi üçün 20 iyun 2024-cü il tarixdə müəssisənin direktoru vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb edilmiş, həmin qərar 04 iyul 2024-cü il tarixdə qanuni qüvvəsini almışdır. Bundan başqa 30 iyul 2024-cü il tarixdə müəssisənin yanma kamerasının müvəqqəti dayandırılması barədə qərar qəbul edilərək icra edilməsi üçün Sumqayıt şəhər Prokurorluğuna göndərilmişdir. Qeyd olunanların nəzərə alınmasını "xxxx" MMC barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Taleh Əzizov verilən suallara cavab olaraq bildirmişdir ki, bu müəssisə barəsində “Atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə dair” X10 Agentliyi tərəfindən verilmiş 17 may 2024-cü il tarixli sənəddə yalnız il ərzində atmosfer havasına hansı miqdarda atıla biləcək Karbon oksidin miqdarı göstərilmişdir. Lakin tərtib edilmiş protokolda ölçmə işləri aparılarkən atılan CO (dəm qazı)nın miqdarı göstərilmişdir ki, həmin miqdar normadan kifayət qədər artıq olmuşdur. Bildirir ki, MMC tərəfindən hər il fevral ayının 15-də ETSN razılaşdırılmış formada atmosferə atılan zərərli maddələrlə bağlı 2-TG statistik hesabatlar Statistika Komitəsinə təqdim edilməlidir. Həmin hesabat Komitə ilə razılaşdırılmalıdır. Lakin hazırda MMC tərəfindən həmin statistik hesabat təqdim edilmədiyindən hazırkı iş üzrə həmin sənədin hüquqi qüvvəsi yoxdur. Bildirir ki, adı çəkilən icazə sənədinin Qeyd hissəsində belə “Atılmaların miqdarının yol verilən hədlər daxilində olmadığı hallar aşkarlandığı təqdirdə müəssisə barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görüləcəyi” göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X9 tərtib edilmiş protokol üzrə özlərini təqsirli bilməyərək bildirdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, X10 Agentliyi Bakı-Quba avtomobil yolunun 28-ci km-də yerləşən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı 1 №-li Yol İstismarı MMC-yə məxsus asfalt istehsalı sahəsinə Atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə icazə vermişdir. İcazə 17 may 2024-cü il tarixdə 22/0589-AAZM nömrəsi ilə rəsmi qaydada verilmiş, icazədə çirkləndirici maddələr və tullantıların miqdarı konkret göstərilmişdir. Əlavə olaraq bildirir ki, Asfalt Beton zavodunda quraşdırılmış qurğu Almaniya istehsalı olmaqla ən mükəmməl siklon (toz tutma) qurğusuna malikdir. Zavodun tüstü borusunun hündürlüyü 30 m-dir ki, bu da ən maksimal hündürlükdür. İstehsal prosesində təbii qazdan istifadə olunur, yanma prosesinin tam getməsi üçün ventilyator vasitəsi ilə kifayət qədər oksigenlə təmin olunur. Atmosferə yalnız buxar və toz hissəciklərinin bir hissəsi atılır ki, bu tullantılar normativə uyğundur. Bütün bunlara baxmayaraq istifadə olunan qurğuya və tüstü borusuna su ilə təmizləmə sistemi quraşdırılması planlaşdırılıb, avadanlıqlar gətirilib ki, gətirilən avadanlıqlar quraşdırıldıqdan sonra Atmosferə heç bir kimyəvi tullantı atılmayacaqdır. Hazırda Atmosferə buraxılan zərərli maddənin miqdarı yol verilə bilən normadan artıq olmamışdır. 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları tərəfindən İnzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunarkən zavodun məsul işçisi Elşad Abdullayev həmin proseslərdə iştirakı və həmin texniki avadanlıqların göstəricilərinə nəzarət etməsi təmin olunmamışdır. Qeyd olunan nöqsanlarla yanaşı Atmosferə atılan zərərli maddələrin miqdarını aşkar edən xüsusi texniki vasitələrin normal işləməsi müəyyən şübhələr doğurur və göstəricilərin artıq göstərilməsi bunu bir daha sübut edir. Monitorinq aparılarkən qeyd olunan nöqsanlardan ən əsası odur ki, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin istifadə etdiyi, inzibati xətanın aşkar edilməsində istifadə olunan texniki vasitədən istifadə olunmuşdursa, istifadə olunan texniki vasitələrin son dəfə Dövlət Yoxlamasından keçdiyini təsdiq edən Akt və ya hər hansı sənəd bizə təqdim olunmamış, göstərilməmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixdə aparılan monitorinq zamanı, Asfalt Beton zavodundan atmosferə atılan zərərli maddələrin miqdarının normadan artıq olması barədə tərtib olunmuş 23 Avqust 2024-cü il tarixli inzibati xəta haqqında MN №2113034 saylı protokola qanuna müvafiq olaraq 3 nəfər imza atmalı olduğu halda, protokola yalnız 4 saylı RETSN baş məsləhətçisi Bayramov Aysət imza atmışdır ki, bu da qanunvericiliyin tələblərinə ziddir. Hesab edir ki, tərtib edilmiş protokol qanunsuz və əsasdır. Bu məzmunda etirazı məhkəyə təqdim edir. Əlavə olaraq bildirir ki, Onların ETSN Dövlət X2 İdarə heyəti ilə razılaşdırılmış ekoloji pasportları vardır. Qeyd olunanların nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: 18 avqust 2024-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbə sakini X5 və başqaları Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevə ərizə ilə müraciət edərək Sumqayıt şəhəri ətrafındakı istehsal müəssisələrindən kəskin qoxunun gəldiyini, BMT-nin X3 (COP 29) bu il Azərbaycanda keçirilməsi ərəfəsində atmosferin bu şəkildə çirkləndirilməsinin ölkəmiz və sakinlər üçün qəbuledilməz olduğunu bildirərək belə halların aradan qaldırılmasını xahiş etmişlər. 22 avqust 2024-cü il tarixdə 4 saylı RETSİ-nin əməkdaşları tərəfindən "xxxx" MMCə məxsus Bakı-Quba yolunun 28-ci km-də yerləşən Asfalt-Beton zavodunda yoxlama keçirilmiş, yoxlama zamanı atmosferə atılan zərərli maddələrin miqdarının normadan artıq olduğu - 8.4 mq/m3 (norma 5.0 mq/m3) faktı aşkar edilmişdir. Bu barədə 22 avqust 2024-cü il tarixli, 002230 saylı akt tərtib edilmiş, həmin akt yoxlayıcılar Elcan Yunuszadə, Asəf Bayramov və Elvin Səlimov tərəfindən imzalanmış, zavodun nümayəndəsi Elşad Allahverdiyev monitorinqdə iştirak etsə də, aktı imzalamaqdan imtina etmiş, bu barədə fotoşəkillər çəkilərək materiala əlavə edilmişdir "xxxx" MMC-ə məxsus Bakı-Quba yolunun 28-ci km-də yerləşən Asfalt-Beton zavodunun sahə rəisi X1 xx.xx.2024-cü il tarixli izahatında istifadələrində olan qurğunun Almaniya istehsalı olmaqla ən mükəmməl toz tutumu qurğusuna malik olduğunu, tüstü borusunun hündürlüyünün 30 m olduğunu, istehsal prosesində təbii qazdan istifadə olunduğunu, yanma prosesinin tam getməsi üçün ventilyator vasitəsilə kifayət qədər oksigenlə təmin olunduğunu, tezliklə əlavə olaraq tüstü borusunu su ilə təmizləmə sistemi quraşdıracaqlarına planları olduğunu qeyd etmişdir. İnzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitəninin tipi Ankat-64M3-04, markal qaz analizatoru, son dəfə müqayisəli yoxlamadan keçdiyi tarix-xx.xx.2024-cü il, növbəti dövlət yoxlamasından keçirilməli olduğu vaxt isə xx.xx.2024-cü il kimi qeyd olunmuşdur. İş materiallarından görünür ki, "xxxx" MMC-nin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X2 İdarə heyəti ilə razılaşdırılmış ekoloji pasportu vardır. İş materiallarından görünür ki, "xxxx" MMC-nin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X2 İdarə heyəti ilə razılaşdırılmış atıla bilən tullantı həddi (ABTH) layihəsi vardır. İş materiallarından görünür ki, "xxxx" MMC-nin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X6 ilə il ərzində atmosferə atılan zərərli maddələrin maksimum həddini müəyyən edən sənəd mövcuddur. Məhkəmə işin hallarını, protokol tərtib etmiş orqanın nümayəndəsini, barəsində protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsini dinləyib, iş materialları ilə birlikdə qiymətləndirərək hesab edir ki, "xxxx" MMC tərəfindən İXM-nin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları və əlavə edilmiş sənədlərdə sübuta yetirildiyindən həmin maddə üzrə təqsirli bilinib tənbeh edilməlidir. İXM-nin 233.1-ci maddəsinə əsasən Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə - vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. “Ətraf mühitin mühafizəsi haqqında” AR Qanunun 41-ci maddəsinə görə müəssisələrin, qurğuların və başqa obyektlərin istismarı ətraf mühitin mühafizəsi üzrə layihədə göstərilmiş bütün ekoloji tələblərin tam həcmdə yerinə yetirilməsi şərti ilə həyata keçirilir. Son hədləri yol verilən normativlər səviyyəsində zərərli maddələrin və tullantıların zərərsizləşdirilməsi və istifadə edilməsi üzrə təmizləyici qurğularla və avadanlıqlarla təmin edilməyən, təbii resursların səmərəli istifadəsi, bərpası və torpaqların rekultivasiyası üzrə layihələşdirmə işləri başa çatdırılmadıqda müəssisələrin, qurğuların və başqa obyektlərin istismara verilməsi qadağan edilir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X12 xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunarkən zavodun məsul işçisi Elşad Abdullayevin həmin proseslərdə iştirak etməməsi, həmçinin texniki avadanlıqların sonuncu dəfə qeydiyyatda keçib-keçməməsinin sual altında olması ilə bağlı ifadə versə də məhkəmə Elşad Abdullayevin bu mövqeyinə tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətdən yayınmaq, hüquqi şəxsin inzibati qaydada məsuliyyətə cəlb edilməməsi üçün bu məzmunda izahat vermişdir. Onun göstərdikləri işin faktiki hallarına uyğun gəlmir və inandırıcı deyildir. Onun əməli protokolu tərtib etmiş şəxsin izahatı və iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarından görünür ki, BAKİ 1 №Lİ YOL İSTİSMARİ” MMC-ə məxsus Bakı-Quba yolunun 28-ci km-də yerləşən Asfalt-Beton zavodunun sahə rəisi Elşad Allahverdiyev həmin vaxt orada olmuş, hətta izahatı alınmış, lakin aktı imzalmamışdır. 4 saylı RETSN əməkdaşları tərəfindən Elşad Allahverdiyevin aktı imzalamaqdan imtina etməsi barədə aktda müvafiq qeydiyyat aparmışdır. Bundan başqa məhkəmə iclasında Vidadi Həsənovun yoxlamanın aparılmasında istifadə olunan ölçmə cihazının sonuncu dəfə nə zaman sertifikasiyadan keçməsi barədə onlarda məlumatın olmaması və bu barədə onlarda sulların olmasna münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarında olan “Kalibrləmə sertifikatından” görünür ki, yoxlama zamanı istifadə olunan xüsusi texniki vasitəninin tipi Ankat-64M3-04 markal qaz analizatorudur, son dəfə müqayisəli yoxlamadan keçdiyi tarix-xx.xx.2024-cü il, növbəti dövlət yoxlamasından keçirilməli olduğu vaxt isə xx.xx.2024-cü il tarixidir. Bundan başqa məhkəmə iclasında Vidadi Həsənov MMC-nin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X6 ilə il ərzində atmosferə atılan zərərli maddələrin maksimum həddini müəyyən edən sənəd olduğunu göstərsə də, məhkəmə hesab edir ki, qeyd olunan sənəd məsuliyyəti istisna edən hall kimi qəbul edilə bilməz. Belə ki, həmin sənəddə təsbit edilmiş siyahıda karbon oksidin (CO) il ərzində atmosferə atılan miqdarının 3.008 mq/m3 olduğu göstərilmişdir. Məhkəmə qeyd etməyi zərir hesab edir ki, həmin miqdar bütov ilə aid olan göstərici həddi olduğundan bu miqdar ilin on iki ayına bölünməli (bu da təxminən bir il ərzində hər ay üçün 0.25 mq/m3 edir) və yol verilə bilən norma həddinin yəni 5.0 mq/m3 üzərinə gəlinməlidir. Lakin hazırkı işdən görünür ki, yoxlama zamanı atmosferə atılan zərərli maddələrin miqdarı 8.4 mq/m3 aşkar edilmişdir. İXM-nin 76.1-ci maddəsinə görə İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş 4 saylı RETSİ-nin ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin "xxxx" MMC-nin XM-nın qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir. İXM-nin 1-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən həmin məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, "xxxx" MMC İXM-nin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək minimum həddə cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə qərara aldı: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 10500 (on min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-2082/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2082/2024
16.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver