Məhkəmə qərarları › İş №3(060)-2083/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2083/2024

17.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2083/2024 17.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X2 iclas katibliyi, Qərardan şikayət vermiş şəxs Məmmədov Tahir Mahir oğlunun iştirakı ilə Sumqayıt şəhər X8 Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli TP ******* saylı qərardan X6 Mahir oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X6 Mahir oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə Sumqayıt şəhər X8 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” Qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məmmədov Tahir Mahir oğlu ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2024 tarixində saat 08:25 radələrində Sumqayıt şəhəri Sülh və Koroğlu küçələrin kəsişməsində yolayırıcını keçərkən YPX əməkdaşı Polis X1 onu saxlayıb yolayrıcını keçmə qaydasını pozduğunu və qarşıdan gələn nəqliyyat vasitəsinə yol vermədiyini bildirdi. O, öz növbəsində qarşıdan gələn KAMAZ markalı yük avtomobilinin uzaqda olduğunu və onun nə hərəkət sürətini, nə də istiqamətini dəyişdirməyə məcbur etmədiyini, dolayısı ilə qayda pozmadığını bildirsə də İXP6373900 nömrəli inzibati protokol tərtib etmiş və 80 AZN cərimə yazmışdır. Azərbaycan Respublikasının Yol hərəkəti haqqında Qanunun 1-ci fəslin 1.47-ci maddəsində "yol vermək" anlayışı açıq şəkildə izah edilir: yol vermək — sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, hər hansı manevr etməsi başqa nəqliyyat vasitələrinin sürücülərini və piyadaları qəflətən hərəkət istiqamətini və ya sürəti dəyişdirməyə məcbur edə biləcəyi halda, onun hərəkəti davam etdirməməsi və ya yenidən hərəkətə başlamaması, manevr etməməsidir. Deməli "Yol verilməməsi" dedikdə, sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, yaxud hər hansı manevr etməsi nəticəsində piyadanın və ya keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitəsinin sürücüsünün hərəkət istiqamətini və ya sürətini dəyişdirməyə məcbur etməsi başa düşülür. Yəni sürücü yolayrıcını keçən zaman digər nəqliyyat vasitəsinin hərəkət sürətini və istiqamətini dəyişmirsə deməli ona mane olmur. Bu halda sürücü məsuliyyətə cəlb edilə bilməz. xx.xx.2024 tarixində Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinə web saytından (www.dyp.gov.az) online müraciət ünvanlamış və xx.xx.2024 tarixində müraciətin Sumqayıt DYP-ə yönləndirildiyini bildirən 3-13-16/2-M- 527xx/xx/2024 nömrəli cavab məktubu almışdır. 10 gün müddətində araşdırmanın nəticəsi barədə vətəndaşa malumat veriləcəyi bildirildiysə də heç bir cavab və məlumat gəlməmişdir. xx.xx.2024 tarixində təkrar online müraciət göndərmiş, amma ondan da bir cavab gəlməmişdir. Məmmədov Tahir Mahir oğluna xx.xx.2024 tarixində yazılmış İXP6373900 nömrəli qərarın ləğv edilməsinə dair qərar çıxarılmaslnı xahiş edir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs Məmmədov Tahir Mahir oğlu şikayət ərizəsini müdafiə edərək bildirdi ki, Koroğlu küçəsi ilə Elmar dairəsinin kəsişməsində hərəkət edən zaman dönmə əməliyyatı etmiş, bu zaman yol polisi onu saxlamış və kamaz markalı avtomobilə yol vermədiyini bildirmişdir. O, şikayət edəcəyini bildirmiş, ona hüququ olduğunu bildirmişlər. Məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxs məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Polis İdarəsi X8 Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli TP ******* saylı qərara əsasən Məmmədov Tahir Mahir oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - səksən manat məbləğində cərimə edilir. Məhkəmə inzibati iş üzrə obyektiv araşdırma aparmaq məqsədilə Sumqayıt şəhər X8 Şöbəsinin səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin edilməsi və videogörüntü təqdim edilməsi üçün məhkəmə iclasını təxirə salsa da Sumqayıt şəhər X8 Şöbəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və bu səbəbədən işlə bağlı əhəmiyyət kəsb edən məlumatların alınması mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsinə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, yuxarıda qeyd edilən bütün hallar və normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, Məmmədov Tahir Mahir oğlunun şikayətində görstərilən halların mövcud olub-olmamasını müəyyən etmədən iş üzrə yekun nəticəyə gəlmək mümkün olmadığından, şikayət qismən təmin edilməli, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə qəbul edilmiş xx.xx.2024cü il tarixli TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X7 göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101, və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Məmmədov Tahir Mahir oğlunun şikayəti qismən təmin edilsin. Sumqayıt şəhər Polis İdarəsinin X8 Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli TP ******* saylı qərar ləğv edilsin və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X7 göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsiilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar