Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2085/2021 17.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun, Zərərçəkmiş şəxs “xxxx” MMC-nin nümayəndəsi X1 iştirakları ilə 09.01.2003-cü ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, yataqxana 11 ünvanında yaşayan Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 17.06.2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, 31.05.2021-ci il tarixdə “xxxx” MMC-nin nəzdində olan açıq kanal sahəsindən mühafizə çəpərlərinin 17 ədəd borusunu oğurlamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsi tərəfindən Şəxs oğlu barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu özünün təqsirli olduğunu bilərək göstərdi ki, o, 2021-ci ilin may ayının sonlarında saat təxminən 21:00 radələrində yaşadığı evin yaxınlığında yerləşən “xxxx” MMC-nin bayır hissəsindən keçərkən zavodun kənarındakı çəpərin yaxınlığında yerdə 2 ədəd turba diqqətini cəlb etmiş və o, turbanı götürüb yaşadığı evin arxa hissəsinə hasarın sol tərəfinə qoymuşdur. Bundan sonra həyətə gələn metal alan tanımadığı şəxsə kilosu 20 qəpikdən satmış, satdığı metal müqabilində təxminən 3 manat 60 qəpik pul əldə etmişdir. Hazırda əməlindən səmimi peşmandır və zərərçəkmişə dəyən maddi ziyanı tam ödəmişdir. Zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbi yoxdur. Ona görə də, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs “xxxx” MMC-nin nümayəndəsi X2 izahat verərək bildirdi ki, o, “xxxx” MMC-də hüquqşünas vəzifəsində işləyir. 31.05.2021-ci il tarixdə “xxxx” MMC-nin nəzdində olan açıq kanal sahəsindən mühafizə çəpərlərinin 17 ədəd borusunu oğurlanmışdır. Bu məsələ ilə əlaqədar Sumqayıt ŞPİ-nin 2-ci PB-nə müraciət edilmiş və “xxxx” MMC-nin nəzdində olan açıq kanal sahəsinin yaxınlığında yaşayan Aydın adlı şəxsdən şübhələndiklərini bildirmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu “xxxx” MMC-yə dəyən ziyanı ödəmiş, ona qarşı heç bir şikayət və tələbləri yoxdur. İş materialında olan zərərçəkmiş şəxs “xxxx” MMC-nin nümayəndəsi X1 ərizəsindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu tərəfindən “xxxx” MMC-yə dəymiş ziyan ödənilmişdir. Ona görə də, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsin ifadələrini dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxsoğlu tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu, iş materialları ilə tam təsdiq edilir. Zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsi, təqsirləndirilən şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngünləşdirilən hal kimi müəyyənləşdirildi. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs nəzərdə tutulur. Həmin maddənin qeydinə əsasən, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəməyə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu zərərçəkmiş şəxs “xxxx” MMC-yə dəymiş zərəri ödədiyindən, eyni zamanda zərərçəkmiş şəxs “xxxx” MMC-nin nümayəndəsi X1 da ona qarşı heç bir şikayəti və tələbi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 227, 114, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-2085/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2085/2021
17.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver