Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2085/2023 07.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Qararından şikayət verilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Abşeron Xızı regional şöbəsinin etibarnamə üzrə nümayəndəsi Qurbanov Amil Asif oğlunun, Qərardan şikayət vermiş şəxs X9, Onun müdafiəçisi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, Qərardan şikayət vermiş şəxs X9 müdafiəçisi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Vəkil X9 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərardan verdiyi şikayətə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : Qərardan şikayət vermiş şəxs X9 müdafiəçisi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Vəkil X9 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarından şikayət verərək inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X9 müdafiəçisi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Vəkil bildirdi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Abşeron Xızı regional şöbəsinin (bundan sonra “Regional Şöbə” adlandırılcaq) baş əmək müfəttişi Amil Qurbanov Sumqayıt Şəhər Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu və ona əlavə edilmiş sənədlərinə əsaslanaraq, 11 avqust 2023-cü il tarixində, fərdi sahibkar (VÖEN: **********) X13 barəsində MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin protokolda qeyd edilmişdir ki, Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “Comptel 2” telefon mağazasında işəgötürən X15 tərəfindən Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinin tələbləri pozularaq, X12 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirməsinə cəlb edilmiş, nəticədə E.E.Dənyarov tərəfindən, guya Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra “İXM” adlanacaq) 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Daha sonra, sözügedən protokolda qeyd edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan E.E.Dənyarovun etibarnamə üzrə nümayəndəsi olaraq izahatında qeyd etmişdir ki, “bu protokolla razı deyiləm. Bu işin düzgün həlli üçün məsələyə ətraflı yazılı münasibət bildirməyimə şərait, vaxt verməyinizi xahiş edirəm.” Bu məqsədlə, İXM-in 65.4.3-cü maddəsinə {vəsatət və etirazlar vermək) əsaslanaraq, işə baxan baş əmək müfəttişi Amil Qurbanov qarşısında şifahi vəsatət qaldıraraq, iş materiallarında olan, E.E.Dənyarovun və X5 izahatlarının surətlərinin ona verilməsini xahiş etmiş, lakin baş əmək müfəttişi Amil Qurbanov və Regional Şöbənin rəisi Aqşin Əhədov bu vəsatətini qeyri-adi hal kimi qəbul edərək, Bakı ilə uzun-uzadı məsləhətləşmələrdən sonra, İXM-in 65-ci maddəsinə istinad edərək, (izahatların surətinin verilməsi barədə normanın olmaması) vəsatəti, qanunsuz olaraq təmin etməkdən imtina etdilər. Sonra sözügedən inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə baxılması xx.xx.2023-cü il tarixində saat 10:00-a təyin edilmiş və bu barədə Regional Şöbə tərəfindən, 11 avqust 2023-cü il tarixli 3-17-5/2-D- 29866/2023 nömrəli bildiriş də tərtib edilmişdir. Həmin bildirişdə göstərilmişdir: “Gəlmədiyiniz və işə baxılmasının təxirə salınması barədə vəsatət vermədiyiniz halda .. ” İXM-in 61.3-cü maddəsinə uyğun olaraq, inzibati xəta haqqında işə iştirakınız olmadan baxılacaqdır. Bildirişdə qeyd olunanları və İXM-in 61.1.4-cü maddəsini rəhbər tutaraq, E.E.Dənyarovun imzaladığı “sənədlərin surətlərinin təqdim edilməsi və işə baxılmanın təxirə salınmasına dair” yazıb vəsatəti inzibati xəta haqqında işə baxılması təyin edilmiş 18 avqust 2023-cü il tarixində, işə baxılmağa başlamamışdan öncə Regional Şöbəyə təqdim etmiş və bu barədə müvafiq qeydiyyat aparılmışdır. X17 rəis vəzifəsini müvəqqəti icra edən rəis müavini Tural Gözəlov vəsatəti təmin etməkdən qanunsuz olaraq imtina etməklə, İXM-in 61.3-cü maddəsində göstərilmiş, inzibati xəta haqqında işə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılmasına dair tələblərini pozmaqla baxaraq, E.E.Dənyarovu İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilərək, onun 4000 (dörd min) manat inzibati cərimə olunması barədə, 18 avqust 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar (bundan sonra “qərar” adlanacaq) və vəsatətin təmin edilməməsinə dair 18 avqust 2023-cü il tarixli qərardad qəbul etmişdir. Qərar E.E.Dənyarova rəsmi qaydada poçt vasitəsi ilə 21 avqust 2023-cü il tarixində verilmişdir. Aşağıda göstərilən səbəblərə və əsaslara görə Regional Şöbənin sözügedən inzibati tənbeh vermə haqqında qərarı ilə razı deyil. Hesab edir ki, bu qərar inzibati xətalar haqqında qanunvericiliyin kobud pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 61.3-cü maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında işə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİİ hissəsində göstərilmişdir ki, hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Lakin bu işə, qeyd olunan normalar kobud surətdə pozulmaqla, yəni, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X11 iştirakı olmadan baxılmışdır. İXM-in 75.0.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallardan biri də inzibati xəta hadisəsinin (inzibati xəta törədilmişdirmi?) olmasının müəyyən edilməsidir. Lakin bu iş üzrə inzibati xəta hadisəsinin törədilməsi, yəni əmək müqaviləsi qüvvəyə minmədən, E.E.Dənyarov tərəfindən X6 hər hansı işin (xidmətin) yerinə yetirilməsinə cəlb edilməsinə dair hər hansı bir sübut mövcud olmadığından, inzibati xətanın olması müəyyən edilməmiş və edilə də bilməzdi! Çünki, X7, E.E.Dənyarov tərəfindən, hər hansı işin (xidmətin) yerinə yetirilməsi tapşırılmamış və yaxud bu barədə hər hansı bir göstəriş verilməmişdir. İş üzrə inzibati xəta haqqında protokolla və inzibati tənbeh vermə haqqında qərarla da, E.E.Dənyarov tərəfindən X7 hər hansı işin (xidmətin) yerinə yetirilməsinin tapşırılması və yaxud bu barədə hər hansı bir göstərişin verilməsi halları öz təsdiqini tapmır. Bundan əlavə, İXM-in 53.0-ci maddəsinin tələblərinə görə, inzibati xəta hadisəsi olmadıqda (53.0.1-ci maddə) və ya inzibati xəta tərkibi olmadıqda (53.0.2-ci maddə) inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Göründüyü kimi, E.E.Dənyarov tərəfindən inzibati xəta törədilməmiş və yaxud onun əməlində inzibati xəta tərkibi olmamış və belə olan halda, onun inzibati məsuliyyətə cəlb edilməsi, İXM-in inzibati məsuliyyətin əsaslarına həsr edilmiş 3-cü maddəsinin kobud surətdə pozulması kimi qiymətləndirilməlidir. Həmin maddənin tələblərinə əsasən, yalnız İXM ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 192.1-ci maddəsinin dispozisiyasına görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki fəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Bu maddədən göründüyü kimi, sözügedən əmək qanunvericiliyinin pozulması ilə bağlı inzibati məsuliyyət 2 hal eyni vaxtda mövcud olduqda mümkündür: 1) işəgötürən tərəfindən fiziki fəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və 2) Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsinin (kontraktının) hüquqi qüvvəyə minməməsi, yəni, əmək müqaviləsinin bağlanmaması. Beləliklə, yuxarıda qeyd olunanlardan göründüyü kimi, iş üzrə tam, ətraflı və obyektiv araşdırma aparılmadığmdan, kobud qanun pozuntularına yol verildiyindən, E.E.Dənyarov əsassız və qanunsuz olaraq inzibati məsuliyyətə cəlb edilmişdir. Ona görə də, məhkəməyə müraciət edərək X9 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X15 da vəkili Vəkil göstərdiyi xüsusatları təstiq etmişdir. Məhkəmə iclasında iştirak etmiş qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Abşeron Xızı regional şöbəsinin etibarnamə üzrə nümayəndəsi Qurbanov Amil Asif oğlu izahat verərək bildirdi ki, Sumqayıt ŞPİ-dən verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Abşeron Xızı regional şöbəsinə xx.xx.2023-cü il tarixli məktub daxil olmuşdur. Məktubda göstərilmişdir ki, Sumqayıt şəhər ərazisində yetkinlik yaşına çatmayan, azyaşlı uşaqların əməyinin istismarının qarşısının alınması məqsədi ilə Sumqayıt ŞPİ-nin X4 Profilaktiki işin təşkil Bölməsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixində yoxlamalar keçirilmiş, yoxlama zamanı Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “CompTel2” telefon mağazasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən X9 X8 işə cəlb etməsi müəyyən olunmuş və toplanmış material tədbir görülməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Abşeron Xızı regional şöbəsinə göndərilmişdir. Göstərilən xüsusatla əlaqədar tərəflərindən araşdırılma aparılmış və işəgötürən X15 qanunvericiliyin tələblərini pozaraq X5 əmək müqaviləsi sistemə yerləşdirilməmiş onu işə cəlb etməsi müəyyən olunmuşdur. Sumqayıt ŞPİ-dən şöbəyə daxil olmuş materiallarda olan X5 izahatından da görünür ki, xx.xx.2023-cü il tarixdən Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “CompTel2” telefon mağazasında satıcı işini müvəqqəti icra etdiyini, onunla əmək müqaviləsi bağlanılmadığını bildirmişdir. X2 da izahatında X8 xx.xx.2023-cü il tarixdə işlətdiyi “CompTel2” telefon mağazasında işə götürmüş, həmin gün ondan ərizə alaraq sistemə yerləşdirmiş, lakin həmin gün sistem işləmədiyindən sistemə oturmamış və xx.xx.2023-cü il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları yoxlama keçirən zaman müqavilə sistemdə görsənməmişdir. Bununla da, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinin tələbləri pozulmuşdur. Ona görə də, X9 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokol və həmin protokol əsasında xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərar qəbul olunaraq X15 4000 (dörd min) manat inzibati cərimə olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “CompTel2” telefon mağazasında işəgötürən X15 tərəfindən Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinin tələbləri pozularaq X5 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən iş xidmətləri yerinə yetirməyə cəlb olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən şəxs tərəfindən fiziki şəxs X12 hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmuşdur. Ona görə də, X15 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib 4000 (dörd min) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan X5 əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, əmək müqaviləsi xx.xx.2023-cü il tarixdə cap edilmiş və həmin gündən qüvvədədir. İş materiallarında oaln X5 izahatından görünür ki, xx.xx.2023-cü il tarixdən Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “CompTel2” telefon mağazasında satıcı işini müvəqqəti icra etdiyini, onunla əmək müqaviləsi bağlanılmadığını bildirmişdir. İş materiallarında oaln X9 izahatından görünür ki, X8 xx.xx.2023-cü il tarixdə işlətdiyi “CompTel2” telefon mağazasında işə götürdüyünü, həmin gün ondan ərizə alaraq sistemə yerləşdirdiyini, lakin həmin gün sistem işləmədiyindən sistemə oturmamasını, xx.xx.2023-cü il tarixdə əmək müqaviləsini sistemə yerləşdirildiyini və X5 mağazada rəsmi olaraq xx.xx.2023cü il tarixdən işə başladığını bildirmişdir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Yuxarıda qeyd edilənlərə əsasən işə götürən X3 Türkanə Elnur qızını xx.xx.2023-cü il tarixdə işlətdiyi “CompTel2” telefon mağazasında işə götürdüyünü, həmin gün ondan ərizə alaraq sistemə yerləşdirdiyini, lakin həmin gün sistem işləmədiyindən sistemə oturmamasını, xx.xx.2023-cü il tarixdə əmək müqaviləsini sistemə yerləşdirildiyini və X5 mağazada rəsmi olaraq xx.xx.2023-cü il tarixdən işə başladığını göstərmişdir. X1 iş materiallarında olan izahatından görünür ki, xx.xx.2023-cü il tarixdən Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “CompTel2” telefon mağazasında satıcı işini müvəqqəti icra etdiyini, onunla əmək müqaviləsi bağlanılmadığını bildirmişdir. Həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün məhkəmə tərəfindən heç bir hüquqi əsas müəyyən edilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, X9 müdafiəçisi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən X9 barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarlndan vermiş olduğu şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən X9 barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X9 müdafiəçisi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-2085/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2085/2023
07.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver